Ebulhesen Tana Sah - Wikipedia
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydərabad – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi.
Əbülhəsən Tana şah | |
---|---|
tel. అబుల్ హసన్ కుతుబ్ షా | |
Qütbşahların VIII sultanı | |
1672 – 1686 | |
Əvvəlki | Abdullah şah |
Sonrakı | Böyük Moğollar imperiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 oktyabr 1600 |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Abdullah şahın qızı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÖncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır.[1]
Hakimiyyəti
redaktə1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər. Birdən-birə əsir düşən Əbülhəsənin təslim olmaqdan başqa çarəsi qalmamışdı.
Ölümü
redaktəHəyatının son illərini əsirlikdə keçirən şah 1699-cu ildə vəfat etmişdi. Ölümü ilə Qütbşahlar sülaləsi sona çatmışdır.
Xarici keçidlər
redaktə- [1] Narendra Luther Archives-Strange life of Tana Shah
- [2] Narendra Luther Archives-Fall of Tana Shah
- [3] Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Hyderabad Planet-History of Hyderabad
- [4] A city of bulging domes.
- [5] Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine Qutb Shahi Tombs
- [6] Arxivləşdirilib 2005-12-19 at the Wayback Machine AP online -History Medieval Period
- [7] Arxivləşdirilib 2011-05-25 at the Wayback Machine Hyderabad Timeline
- [8] Arxivləşdirilib 2009-06-14 at the Wayback Machine Indian Classical Dances-Kuchipudi
- [9] [ölü keçid] On the use of 'Tana Shahi' by Indian parliamentarians
İstinadlar
redaktə- ↑ Narendra Luther Archives-Strange life of Tana Shah