Baki Quberniyasi - Wikipedia
Bakı quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə. 1859-cu ildə yaranıb. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köçdü və adı dəyişdirilərək Bakı quberniyası adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu.
Bakı quberniyası | |||||
---|---|---|---|---|---|
40°21′59″ şm. e. 49°50′06″ ş. u.HGYO |
|||||
Ölkə |
Rusiya imperiyası AXC |
||||
İnzibati mərkəz | Bakı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1859 | ||||
Ləğv edilib | 1920 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | Azərbaycan | ||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Quberniyaya daxil olan qəzalar:
Ümumi məlumat
redaktəRusiya çar hökumətinin inzibati islahatına əsasən Cənubi Qafqaz 1846-cı il 14 dekabr tarixli fərmanla 4 quberniya (Tiflis, Kutais, Şamaxı, Dərbənd) bölündü. Azərbaycan ərazisi, əsasən, Şamaxı quberniyasına daxil edildi. Şamaxı zəlzələ nəticəsində dağılandan (1859) sonra quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Bakı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Nuxa (Şəki), Bakı və Lənkəran qəzaları, Xəzər dənizindəki Böyük Zirə, Daş Zirə, Pirallahı, Çilov və s. adalar daxil idi. Dərbənd quberniyasının ləğvindən (1860, may) sonra Quba qəzası da Bakı quberniyasının tərkibinə qatıldı. 1867-ci ilin dekabrında Yelizavetpol quberniyası təşkil edildi. Şuşa və Nuxa qəzaları Bakı quberniyasından ayrılıb Yelizavetpol quberniyasına verildi. Bakı quberniyasında Cavad və Göyçay kimi yeni qəzalar yaradıldı. Bakı quberniyası şimalda Dağıstan vilayəti., qərbdə Nuxa və Şuşa qəzaları, cənubda Astara və Araz çayları, şərqdə isə Xəzər dənizi ilə həmsərhəd idi. Quberniyanın ərazisi 39075,15 kv.km, əhalisi 789 659 nəfər idi (1897). Bakı quberniyasının təsərrüfatında əsas yeri neft sənayesi tuturdu. Quberniyada 1200-dən artıq fabrik və zavod var idi. Quberniyanın əhalisi (Bakı şəhəri istisna edilməklə) taxılçılıq, tütünçülük, bağçılıq, bostançılıq, pambıqçılıq, heyvandarlıq, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı quberniyasının ixracatında neft, duz, ipək, zəfəran mühüm yer tuturdu. Bakı quberniyasını Bakı hərbi qubernatoru (1872-ci ilin mayından Bakı qubernatoru) idarə edirdi. Hərbi və mülki hakimiyyət onun əlində idi. Quberniya inzibati-polis aparatı və bütün hökumət idarələri qubernatorun nəzarətində idi. 1905-ci ildə Bakı quberniyasında müvəqqəti gen.-qubernator vəzifəsi yaradıldı. 1906-cı il sentyabrın 28-də Bakı və onun fabrik-mədən rayonları Bakı quberniyasından ayrıldı. Ayrıca inzibati vahid olan Bakı şəhər rəisliyi (Bakı qradonaçalnikliyi) təşkil edildi. Bununla əlaqədar 1906-cı ilin dekabrında Bakı gen.-qubernatoru vəzifəsi ləğv edildi. Birinci dünya müharibəsi ərəfəsində Bakı quberniyası sosial-iqtisadi səviyyəsinə görə Rusiyanın inkişaf etmiş quberniyaları ilə yanaşı dururdu. Bakının Sovet Rusiyası tərəfindən işğalından (1920) sonra Bakı quberniyası ləğv olundu.
Qubernatorlar
redaktəHərbi qubernatorlar:
- Konstantin Davıdoviç Tarxan-Mouravov, 1859–1863
- Mixail Kolyubakin, 1863–1872
Qubernatorlar:
- Dmitri Staroselski, 29 mart 1872– 1 iyun 1876
- Valeri Pozen, 1876–1882
- Justin von Huebsch Grostal, 24 mart 1882– 8 yanvar 1888
- Vladimir Rogge, 21 yanvar 1888– 1 iyun 1899
- Dmitry Odintsov, 18 iyun 1899– 27 Fevral 1904
- Mixail Nakaşidze, 27 fevral 1904–1may 1905
- Pavel Lileyev, 13 may 1905 - 10 noyabr 1905
- Vladimir Alişevski, 11 noyabr 1905–1915
- Lev Potulov, 1916– 8 mart 1917
- Pyotr İlyuşkin 8 mart 1917-? (Müvəqqəti)
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
- Müseyib bəy Əxicanov, 1918–5 fevral 1919
- Rəşid bəy Axundzadə, 5 fevral 1919–25 avqust 1919
- Əmir bəy Nərimanbəyov, 2 sentyabr 1919 — aprel 1920
General-qubernatorlar hərbi dövrdə fəaliyyət göstərmişdir:
- İvan Amilaxvari 19 fevral 1905- 5 iyun 1906
- Semen Faddeyev 5 iyun 1906 - 22 dekabr 1906
Ərazi
redaktə10 aprel 1840-cı ildə yaradılan Kaspi vilayəti 14 dekabr 1846-cı ildə ləğv edildi, Quba və Dərbənd qəzaları və yeni işğal olunmuş digər Dağıstan əraziləri ilə birlikdə Dərbənd quberniyası yaradıldı. Quba və Dərbənd qəzalarından başqa Kaspi vilayətinin tərkibinə daxil olan digər qəzaları əhatə edən Şamaxı quberniyası təşkil edildi. 1859-cu ildə adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdır. 5 aprel 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi onun tərkibinə daxil olan Quba qəzası Bakı quberniyasına qaytarıldı, Dərbənd quberniyasının mərkəzi olan Dərbənd şəhəri və onun inzibati mərkəz olduğu Dərbənd qəzası yeni yaradılan Dağıstan vilayətinin tərkibinə daxil edildi, Dərbənd şəhəri 1966-cı ilədək Dağıstan vilayətinin inzibati mərkəzi oldu. Bakı quberniyası 19 fevral 1868-ci il tarixinədək 57,696 kvadrat verst idi. Qeyd edilən tarixdə Yelizavetpol quberniyasının yaradılarkən Nuxa və Şuşa qəzaları Bakı quberniyasının tərkibindən çıxardılaraq Yelizavetpol quberniyası tərkibinə daxil edildi. Beləliklə Bakı quberniyası ərazisi azalaraq 34,286 kvadrat verst oldu.
Əhali
redaktəMilli tərkib
redaktəEtnik qrup | Bakı q. | Cavad q. | Göyçay q. | Şamaxı q. | Lənkəran q. | Quba q. | Toplam |
---|---|---|---|---|---|---|---|
azərbaycan tatarı | 37 401 | 49 925 | 49 804 | 43 031 | 35 035 | 75 047 | 291 223 |
tat | 1834 | … | … | 1709 | … | 9516 | 13059 |
talış | … | … | … | … | 34 344 | … | 34 344 |
kürəli | … | … | … | … | … | 28 641 | 28 641 |
erməni | … | … | … | 18 183 | … | 528 | 18 711 |
rus | … | 252 | 128 | 6 533 | 5 534 | 157 | 12 604 |
yəhudi | … | … | … | 1 065 | … | … | 1 065 |
haputlu | … | … | … | 659 | … | … | 659 |
cekli | … | … | … | … | … | 9 767 | 9 767 |
buduqlu | … | … | … | … | … | 3 420 | 3 420 |
xınalıq | … | … | … | … | … | 2 315 | 2 315 |
milliyyəti göstərilmədən | 12 217 | 10 789 | 121 | 25 143 | 4 345 | 10 854 | 63 469 |
toplam | 51 452 | 60 966 | 50 053 | 96 303 | 79 258 | 130 245 | 468 277 |
Etnik qrup | Sayı | Nisbəti |
---|---|---|
azərbaycan tatarı | 364 049 | 68.22 % |
tat | 19 112 | 3.93 % |
talış | 42 999 | 7.95 % |
kürəli | 42 243 | 7.81 % |
erməni | 27 791 | 5.14 % |
rus | 18 229 | 3.37 % |
yəhudi | 6 415 | 1.19 % |
fars | 5 941 | 1.1 % |
cekli (haputlu daxil) | 5 635 | 1.04 % |
qrız | 4 795 | 1.55 %* |
xınalıq | 2 196 | * |
bilinməyən | 658 | * |
yekun | 540 773 | 100 % |
- Qeyd: 1880-ci ilin əvvəlinə olan 540,773 nəfər əhalinin 11,556 nəfəri Bakı quberniyasında 1879-cu ildə məskunlaşmışdır.[3] Onlardan 5,941 nəfərini farslar, 4,121 nəfərini kürəlilər, 740 nəfərini azərbaycan tatarları, 664 nəfərini ermənilər, 92 nəfərini yəhudilər, 28 nəfərini isə ruslar təşkil edirdilər.[3]
İstinadlar
redaktə- ↑ http://demoscope.ru/weekly/ssp/rus_gub_97.php?reg=61.
- ↑ Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 79[ölü keçid]
- ↑ 1 2 3 Тифлис, типография Главного Управления Наместника Кавказского. 1880. "Кавказский календарь на 1881 год"./П. Пространство и население Завказскаго Наместничества. стр.22