Azerbaycan Gurcustan Munasibetleri - Wikipedia
Azərbaycan–Gürcüstan münasibətləri — Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Gürcüstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Gürcüstanın Azərbaycandakı səfirliyi | |||||
Səfir | Zurab Pataradze | ||||
Ünvan | Bakı, Yaşar Hüseynov küçəsi, 15 AZ 1069 | ||||
Azərbaycanın Gürcüstandakı səfirliyi | |||||
Səfir | Faiq Quliyev | ||||
Ünvan | Tbilisi, Vaxtanq Qorqasali küçəsi, 4 | ||||
Digər | |||||
Quruluş tarixi | 18 noyabr 1992 | ||||
Dövriyyə | 0,772 mlrd doll. (2022) | ||||
Sərhəd | 428 km | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAXC dövrü
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Politseyskaya küçəsi 20 ünvanında Gürcüstanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə N.S.Alışbey rəhbərlik etmişdir[1].
Sovet dövrü
redaktəHər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur[2].
1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ — 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:
- Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi
- Qafqazda nisbi siyasi sabitliyin yaranması
- Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi
- Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəmərini işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.
Son zamanlar Gürcüstanın bəzi ictimai-siyasi dairələrində Azərbaycanın ərazisi olan şimal-qərb bölgəsinə, həmçinin David Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir.[3]
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Zahid Qaralov olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Əflatun Amaşov işçi qrupunun rəhbəridir[4].
İqtisadi əlaqələr
redaktə2012-ci il yekunlarına görə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.
Aqrar sahədə əlaqələr
redaktəİki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2011-ci ildə Gürcüstandan ölkəmizə 12754,9 min ABŞ dolları dəyərində bar gətirən ağaclar, kolluqlar, peyvənd edilmiş və edilməmiş tinglər, heyvan və bitki mənşəli piylər və yağlar, mandarin və digər sitrus meyvə məhsulları, kartof, tərəvəz bitkilərinin toxumu, ədviyyatlar və digər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Gürcüstana isə 17346,4 min ABŞ dolları dəyərində faraş meyvə-tərəvəz, bitki yağları, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan arasında aqrar elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik Institutu ilə Gürcüstan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu arasında Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) maliyyə dəstəyi ilə taxıl əkinlərində xəstəliklərin arealının müəyyənləşdirilməsi üzrə vaxtaşırı birgə ekspedisiyalar keçirilir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gürcüstanın müvafiq elmi-tədqiqat institutu ilə əməkdaşlıq əlaqəsi davam etdirilir. İki ölkə arasında mütəmadi olaraq aqrar elmi tədqiqatların nəticələri barədə infоrmasiya mübadiləsi aparılır.
Əmtəə dövriyyəsi (min doll.)
redaktəİl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[6] | 461 924,63 | 74 293,52 | 536 218,15 |
2021[7] | 661 080,66 | 102 614,39 | 763 695,05 |
2022[8] | 635 664,33 | 136 117,24 | 771 781,57 |
Səfirliklər və konsulluqlar
redaktəAzərbaycanın Gürcüstanda:
- Tbilisidə Azərbaycan səfirliyi
- Batumidə Baş Konsulluq
Gürcüstanın Azərbaycanda:
- Bakıda Gürcüstan səfirliyi
- Gəncədə Baş Konsulluq
Diaspora
redaktəGürcüstan azərbaycanlıları
redaktəMədəni əlaqələr
redaktəQardaşlaşmış şəhərlər
redaktəİdman sahəsində əməkdaşlıq
redaktəFutbol qarşılaşmaları
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine Şamil Rəhmanzadə, Bakı-2008
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-09.
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-09.
- ↑ AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
- ↑ Qardaşlaşmış şəhərlər Arxivləşdirilib 2019-06-17 at the Wayback Machine. azerbaijans.com (az.)
Xarici keçidlər
redaktə- Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Rəsmi sayti
- Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi Rəsmi sayti
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |