Artim Sakiri - Wikipedia
Artim Şakiri (mak. Артим Шаќири; 23 sentyabr 1973[1][2], Struqa[d]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Məşqçi. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı.
Artim Şakiri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
mak. Артим Шаќири | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 23 sentyabr 1973[1][2] (51 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 179 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Futbolçu karyerası
redaktəKlub karyerası
redaktəArtim Şakiri 23 sentyabr 1973-cü ildə Struqa yaxınlığındakı Livada kəndində alban ailəsində anadan olmuşdur.[3][4] Livadanın "Dinamo" komandasının yetirməsidir.[5] Peşəkar karyerasını 1991-ci ildə Struqa şəhərini təmsil edən "Karaorman" klubunda başlayıb. 1992/93 mövsümündə bu komandanın heyətində birinci diviziondan yüksək liqaya vəsiqə qazanıb. Yüksək liqada öz oyunu ilə diqqət çəkməyi bacaran futbolçunu mövsümün sonunda ölkənin aparıcı klubu olan "Vardar" heyətinə qatıb. Vardarın heyətində ölkə çempionatının qızıl (1994/95), gümüş (2000/01) və bürünc (1995/96) mükafatçısı, Makedoniya Kubokunun isə ikiqat (1994/95, 1998/99) qalibi olmuşdur.
1997 və 1998 mövsümlərini icarə əsasında İsveçin "Halmstad" komandasında keçirib. Buradakı ilk mövsümündə ölkə çempionatının qalibi olub. 2000-2001-ci illərdə Sloveniyanın "HİT-Qoritsa" və "Korotan" komandalarında forma geyinib. 2001/02 mövsümünü Türkiyə Super Liqası təmsilçisi olan "Malatyaspor" komandasında keçirib. Burada 23 oyun keçirib, 3 qol vurub. 2002/03 mövsümündə Bolqarıstanın "MOİK Sofiya" klubu ilə ölkə çempionluğu qazanıb. Lakin buna baxmayaq, növbəti mövsüm komandanı tərk edib və Çempionşipdə mübarizə aparan "Vest Bromviç Albion" komandasına keçib. Komanda Çempionşipdə ikinci yeri tutaraq növbəti mövsüm Premyer Liqada çıxış etmək hüququnu qazanıb. 2004/05 mövsümündə əsas heyətə düşməkdə çətinlik çəkib və cəmi 3 oyunda forma geyinib.
2003-2008-ci illər aralığında müvafiq olaraq "Olborq", "İnter Turku", "Vaduts", "Şkendiya" və "Besa Kavaya" komandalarında forma geyinib. 2008-ci ilin yayında Azərbaycanın "Qarabağ" komandasına transfer olunub.[6] Ağdam təmsilçisi mövsümün yekununda ölkə Kubokunun qalibi olub, çempionatı isə beşinci pillədə başa vurub.
Milli karyerası
redaktə28 may 1996-cı ildə Bolqarıstan milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Şimali Makedoniya milli futbol komandasının heyətində debüt edib. Şakiri 1996–2006-cı illər aralığında formasını geyindiyi Şimali Makedoniya milli futbol komandasının heyətində ümumilikdə 73 oyun keçirib və 15 qol vurub.
Artim Şakiri Şimali Makedoniya milli futbol komandasının heyətində ən çox oyun keçirmiş altıncı, ən çox qol vurmuş isə dördüncü futbolçudur.[7][8]
Məşqçi karyerası
redaktəArtim Şakiri müxtəlif illərdə Şimali Makedoniyanın "Şkendiya", Albaniyanın "Kukesi", Maltanın "Pembruk Atletik" və Kosovonun "Flamurtari" komandalarında baş məşqçi işləyib. "Kukesi" 2014/15 mövsümündə onun rəhbərliyi altında Albaniya çempionatının və Kubokunun gümüş mükafatçısı olub.
Mükafatları
redaktə- Makedoniya çempionatı: 1994/95
- Şimali Makedoniya Kuboku: 1994/95, 1998/99
- İsveç çempionatı: 1997
- Bolqarıstan çempionatı: 2002/03
İstinadlar
redaktə- ↑ 1 2 Artim Sakiri // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 ARTIM SAKIRI // Argentine Soccer Database (isp.).
- ↑ "Shaqiri: E ardhmja ime në Angli" (alban). Portalb. 27 December 2012. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2016.
- ↑ "Hasi e Shaqiri trajnerët më të mirë shqiptar". alsat-m.tv (alban). 22 December 2014. 25 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2016.
- ↑ "Artim Shakjiri". macedonianfootball.com. 12 January 2010. 22 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2014.
- ↑ "Kapitan, rekordçu, xeyriyyəçi...-Artim Şakiri !". qarabagh.com. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-29.
- ↑ Mamrud, Roberto. "(North) Macedonia - Record International Players". RSSSF. 1 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2023.
- ↑ "North Macedonia national football team individual records and stats" (ingilis). eu-football.info. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.