Almati Beynelxalq Hava Limani - Wikipedia
Almatı Beynəlxalq Hava Limanı (qaz. Халықаралық Алматы Әуежайы) (IATA: ALA, ICAO: UAAA) — Qazaxıstanın ən böyük beynəlxalq hava limanı. Aeroport, Qazaxıstanın ən böyük şəhəri və ticarət paytaxtı olan Almatının təxminən 15 km şimal-şərqində yerləşir.[2] Almatı Beynəlxalq Hava Limanı, Qazaxıstanın sərnişin gediş-gəlişinin yarısına və yük gediş-gəlişinin 68%-ə sahibdir.[3] 2012-ci ildə hava limanında, 4,003,004 sərnişin var idi. Bunların 1,997,570-i hava limanına gələn, 2,005,434-ü isə hava limanını tərk edən idi.
Almatı Beynəlxalq Hava Limanı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
43°21′19″ şm. e. 077°02′41″ ş. u.HGYO |
|||||||||||||||
IATA: ALA – ICAO: UAAA | |||||||||||||||
Məlumat | |||||||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||||||
Ölkə | |||||||||||||||
Yeri | Almatı, Qazaxıstan (Şəhər daxilində məhdudlaşdırır) | ||||||||||||||
Açılış tarixi | 1935 | ||||||||||||||
Qovşaq | |||||||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
681 m / 2.234 ft | ||||||||||||||
Xəritə | |||||||||||||||
|
|||||||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||||||
|
|||||||||||||||
Statistika (2016) | |||||||||||||||
|
|||||||||||||||
Rəsmi saytı | |||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk illəri
redaktəHava limanı 1935-ci ildə bütün kiçik mülki və hərbi uçan gəmiləri üçün tikilmişdir. 1990-cı ilə qədər Qazaxıstan Mülki Aviasiya Şöbəsinin tərkibində olmuş və 1991-ci ildə "Alma-Ata Hava Limanı"-na çevrilmişdir. 1993-cü ildən bü günə qədər müstəqil biznes vahidi kimi işləyir. 1994-cü ildə "Almatı Hava Limanı ASC"-ə çevrilmişdir və daha sonra "Almatı Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
Supersonic Transport (SST) Tupolev Tu-144 ilə 1975-ci ilin dekabr ayının 26-da xidmətə başlamış, 1977-ci ilin noyabrında isə Moskva və Alma Ata arasında sərnişin xidmətləri üçün poçt və yük gəmisini göndərmışdır. 1 iyun 1978-ci ildə "Aeroflot" uçuşu Tu-144-ün 55-ci və sonuncu planlaşdırılmış sərnişin xidməti idi.
1998-ci ildə, yolun yenidən qurulmasından sonra, Almatı Hava Limanı II dərəcəli və Beynəlxalq Hava Limanı statusuna layiq görülmüşdür.
9 iyul 1999-cu ildə hava limanı restoranının şaşlıq mətbəxində yanğın baş vermişdir. Terminal binası bir neçə saat ərzində heç kəsə ciddi zədə vurmadan yanmışdır.
2000-ci ildən bəri inkişaf
redaktə2004-cü ildə yeni bir terminalın tikintisi sona çatmışdır. 30 sentyabr 2008-ci ildə, Londonun Heatrou Hava Limanına bağlı BMI uçuşunun ilk səfəriylə ikinci bir uçuş-enmə zolağı açılmışdır. Yeni zolağa, qış aylarında təyyarəçilərin görünürlüyünün zəif olması səbəbiylə yaxınlardakı hava limanına istiqamətləndirilən təyyarələr sayını əhəmiyyətli dərəcədə azaltmaq üçün CAT III enişləri üçün BMAT (abr. "Beynəlxalq Mülki Aviasiya Təşkilatı", ing. ICAO) sertifikatı verilmişdi. Bu zolaq Mərkəzi Asiyanın ən uzun uçuş-enmə zolağıdır. Yeni zolaq uçuş ağırlığı və əməliyyat sıxlığı limiti olmadan hər cür təyyarəni qəbul edə bilir.
Hava yolları və istiqamətləri
redaktəSərnişin
redaktəYük
redaktəQəzalar və hadisələr
redaktə- 7 iyul 1980, Aeroflot reys № 4227: Quyruq nömrəsi CCCP-85355 olan Tupolev Tu-154B-2-in bütün 163 sərnişini və işçisi, təyyarə Almatı Aerodromundan çıxdıqdan qısa müddət sonra təyarrənin qəzaya uğradığından sonra canlarını itirdi. Təyyarə, Qazaxıstan bölüyündə, reys 4227 olaraq yerli planlı Almatı-Simferopol sərnişin xidmətindən keçəcəkdi. Uçuş sürəti, təyyarənin qalxması əsnasında qarşılaşdığı istilik axınlar səbəbiylə birdən düşdü. Bu təyyarənin təqribən 5 km uzaqda dayanaraq qəzaya uğramasına və alışmasına səbəb oldu.
- 30 avqust 1980, Aeroflot reys № 5463: Tupolev Tu-134, Çelyabinskdən Almatı Hava Limanına gedərkən, Almatıya yaxınlaşarkən qəzaya uğradı. Bu qəza 90 sərnişin və ekipajın ölümü ilə nəticələnmişdir.[4]
- 29 yanvar 2013, SKAT Hava Yolları reys 760: UR-CJ006 olaraq qeydiyyatdan keçmiş Bombardier CRJ-200ER, Kokşetaudan başlanğıcını götürən və Almatı Beynəlxalq Hava Limanına gedərkən, aşağı-görünürlüklü yaxınlaşma zamanı qəzaya uğradı. Təyyarədə olan bütün 21 şəxs vəfat etdi.
Sahiblər və rəhbərlik
redaktə"Almatı Beynəlxalq Hava Limanı ASC"-in sahibi Amsterdamda qeydiyyatdan keçmiş Venus Hava Limanı Sərmayələri B. V. (abr. Besloten vennootschap met beperkte aansprakelijkheid, azərb. Məhdudi məsuliyyət daşıyan özəl şirkət)-dir.[5]
- Aybol (Aybola) Anuaroviç Bekmuxambetov, Prezident və Direktor[6]
- Bəxtiyar Kadırov, Maliyyə Vitse-Prezidenti
- E. L. Eliseva, İqtisadiyyat və Maliyyə Təhlili Şöbə Müdiri
- Akcoltayev Murad Serikoviç, Avtomatik Sistemlər — Terminal Xidməti Rəhbəri
- Nurimanov Səqdat Yerikbəkoviç, Tibb Məntəqəsinin Rəhbəri
- Ənvər Saydenov, Direktorlar Şurasının üzvü, Şirkətin müstəqil direktoru[7]
- Diyar Kanaşev, Direktorlar Şurasının üzvü.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-24.
- ↑ 1 2 "Arxiv surəti". 30 iyun, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.
- ↑ "ISI Intellinews". euromoney.com.
- ↑ Harro Ranter. "ASN Aircraft accident Tupolev 134A CCCP-65129 Alma-Ata". 30 avqust, 1983. 2011-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ "Who is the Owner of Joint-Stock Company Almaty International Airport?". 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ "Aibol Bekmukhambetov Appointed President of JSC "Almaty International Airport"?". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ "New independent director of "International Airport of Almaty" JSC named". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
Xarici keçidlər
redaktə- Vikianbarda Almatı Beynəlxalq Hava Limanı ilə əlaqəli mediafayllar var.
- en.alaport.com — Rəsmi saytı
- Aviasiya Təhlükəsizliyi Şəbəkəsində ALA-nın qəza tarixçəsi
- NOAA/NWS-də UAAA üçün hava proqnozu