Hitrou Hava Limani - Wikipedia
Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHR, ICAO: EGLL) — İngiltərə və Böyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″).
Hitrou Beynəlxalq Hava Limanı | |
---|---|
London Heathrow Airport | |
51°28′39″ şm. e. 0°27′41″ q. u.HGYO |
|
IATA: LHR – ICAO: EGLL | |
Ölkə | |
Açılış tarixi | 31 may 1946 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var.
Zolaqların tikintisi 1944-cü ildə başlamışdır. 1955-ci ildə 2-ci terminal və yeni dispetçer qülləsi istifadəyə verilmişdir. 60-cı illərdə yük terminalı tikilmiş, 1977-ci ildə hava limanının binası London metropolitenilə birləşdirilmişdir.
Aeroportda 90-dan çox hava yolu şirkəti fəaliyyət göstərir, o cümlədən Azərbaycan Hava Yolları (2-ci terminalda). 2006-cı ildə 67 527 923 sərnişinə xidmət göstərilmişdir.
Hava limanında anqlikan, katolik, müsəlman, induist və yəhudi dua otaqları var.
Xarici keçidlər
redaktə- Rəsmi səhifəsi Arxivləşdirilib 2011-02-21 at the Wayback Machine
Həmçinin bax
redaktə Hava limanı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.