Alma Ballicasi - Wikipedia
Alma ballıcası (lat. Psylla malı) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ.
Alma ballıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Alma ballıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarici quruluşu
redaktəYetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir.[1]
Həyat tərzi
redaktəAlma ballıcası yumurta mərhələsində qışlayır. Yazda yumurtalardan sarı rəngli sürfələr çıxır. Sürfələr tumurcuqlarla qidalanır. Sürfələrin inkişafı 29–38 günə başa çatır. Yetkin fərdlər mayalanmadan sonra zoğların dərin yerlərinə tumurcuqların içərisinə yumurtalar qoyur. İl ərzində bir neçə nəsil verir.[2]
Yayılması
redaktəŞimali Amerika, Mərkəzi Avropa, Şimali Avropa, Pribaltika və Leninqrad vilayəti, Kişinyov, Dnepropetrovsk, Volqoqrad, Kiev, Xarkov, Voronej, Samarada yayılıb.[3] Azərbaycanın meyvəçiliklə məşğul olan bütün rayonlarında təsadüf edilir.
Ədəbiyyat
redaktə- S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.
- N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
- ↑ S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.
- ↑ "Psylla mali Schmidber. - Яблонная медяница". 2008-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.