Zeytun Ballicasi - Wikipedia
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ.
Zeytun ballıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Zeytun ballıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarici quruluşu
redaktəYetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır.[1]
Həyat tərzi
redaktəQışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur. Sürfələrin yumurtadan çıxması may ayının sonuna qədər uzanır və onlar bütün iyun ayı ərzində inkişaf edir. Qanadlı fərdlərə isə bütün iyul ayı ərzində təsadüf edilir. Zərərverici il ərzində bir nəsil verir.[2]
Yayılması
redaktəAzərbaycan ərazisində ən çox Abşeronda yayılmışdır.
Ədəbiyyat
redaktə- S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.
- N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.