Alime Abdenanova - Wikipedia
Alimə Seitosmanovna Abdenanova (krımtat. Alime Seitosman qızı Abdenanova; 4 yanvar 1924, Kerç, Krım MSSR – 5 aprel 1944, Simferopol) İkinci Dünya müharibəsi zamanı Qızıl Ordunun Krım tatar əsilli kəşfiyyatçısı olub. 1943-cü ildə Krımın Almaniya tərəfindən işğalı başlayandan sonra başçılıq etdiyi kəşfiyyat qrupu ilə Kerç yarımadasının inzibati ərazisi boyunca alman və rumın qoşunlarının mövqeləri haqqında kəşfiyyat məlumatlarının toplanmasını istiqamətində fəaliyyət göstərib və buna görə "Qırmızı bayraq" ordeni ilə təltif edilib. Qrup fevral ayında almanlar tərəfindən həbs edildikdən sonra Abdenanova bir aydan çox işgəncələrə məruz qalsa da, qarşı tərəfə hər hansısa məlumat verməkdən imtina edib. 5 aprel 1944-cü ildə, iyirmi yaşında Simferopol şəhəri yaxınlığında edam edilib. 1 sentyabr 2014-cü ildə Vladimir Putinin fərmanı ilə ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı elan edilib. Alimə Abdenanova bu mükafata layiq görülən sayca 16-cı qadın, eləcə də ilk Krım tatarı hesab edilir.[1]
Alimə Abdenanova | |
---|---|
krımtat. Alime Abdenanova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 5 aprel 1944 (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Xidmət illəri | 1943-cü ildən |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlimə Abdenanova 4 yanvar 1924-cü ildə Kerçdə Krım tatar türkü olan kəndli ailəsində anadan olub. Anası Meselme qonşu Mayak-Salyn şəhərində çoxuşaqlı ailədə doğulmuş və on yeddi yaşında ailə qurana qədər yoxsulluq və məhrumiyyət içində böyümüşdü. Atası Seit Osman Kerçdə fəaliyyət göstərən metallurgiya zavodunda işləyirdi. 1926-cı ildə Alimənin bacısı Azifə, 1929-cu ildə kiçik bacısı Firuzə dünyaya gəlib. 1930-cu ildə anası, 1931-ci ildə isə atasının ölümündən sonra Alimə və bacıları Cermay-Kaşıkda, nənələrinin yanında yaşamağa başlamış və onun soyadı olan Abdenanovanı götürmüşlər.[2][3]
Yeddi illik orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Lenin rayonunun Uzun-Ayakski kənd Sovetində katib vəzifəsinə işə düzəlir. 1940-cı ildə SSRİ-də yeganə siyasi gənclər təşkilatı olan Komsomola üzv olur. 1941-ci ilin iyununda Almaniyanın Sovet İttifaqına qarşı hücumu başladıqdan sonra bir neçə dəfə Qızıl Orduya qoşulmaq üçün müraciət edir, lakin hər dəfə Lenin Rayon İcraiyyə Komitəsinin üzvü olduğu əsas gətirilərək ona rədd cavabı verilir. 16 noyabr 1941-ci ildə komitə Kerçə, daha sonra isə Temryuk rayonuna köçürülür. Bundan sonra sonra tibb kurslarına yazılmağa nail olur və ardınca Krasnodardakı xəstəxanaya təyin edilir.[4]
Kəşfiyyat qrupunun lideri kimi fəaliyyətləri
redaktəSovet qoşunları Kursk döyüşündə və "Novorossiysk-Taman" əməliyyatı nəticəsində Vermaxtın nəzarətinə keçmiş əraziləri geri aldıqdan sonra Qızıl Ordu rəhbərliyi növbəti dəfə Krım yarımadasını geri almaq üçün hücuma keçmək niyyətində idi. Bunun üçün Hərbi Dəniz Qüvvələrinin Kəşfiyyat İdarəsinin baş qərargah rəisinin müavini general-mayor Nikolay Trusov geri çəkilən Berlin-Roma-Tokio oxu qüvvələrinin arxasına kəşfiyyat dəstələrinin göndərilməsini əmr etdi. Bu məqsədlə kəşfiyyat-diversiya üzrə təlim keçmiş iki kəşfiyyatçı və altı agentdən ibarət "Bast" adlı diversiya qrupu yaradıldı və Starıy Krım şəhərinə göndərilir. Qrup fəaliyyəti ərzində Qızıl Orduya 300-dən artıq kəşfiyyat məlumatı göndərməyə nail olur. Lakin 8 nəfərlik qrup Krım yarımadasının bütün inzibati ərazisi haqqında kəşfiyyat məlumatları toplamaqda çətinlik çəkməklə yanaşı, nasistlərin nəzarətinə də düşür. Nasistlər tərəfindən qəbul edilmiş səyahət məhdudiyyətləri kimi qərarlar qrupun işini getdikcə daha da çətinləşdirir və onun fəaliyyətinin vaxtından əvvəl bitməsinə səbəb olur. Sonra Trusov yarımadaya ikinci kəşfiyyat qrupu göndərmək qərarına gəlir və A. Abdenanova tezliklə könüllü olaraq yeni qrupa qoşulur. Krasnodardakı hərbi kəşfiyyat məktəbinə daxil olduqdan dərhal sonra missiyasına hazırlaşır, təyyarədən paraşütlə tullanmağı öyrənir, həmçinin kəşfiyyat fəaliyyətləri üzrə gərgin və sürətləndirilmiş kurs keçir.[5][6][7]
1943-cü il oktyabrın 2-nə keçən gecə Alimə Abdenanova və radio operatoru Larisa Qulyaçenko "Polikarpov Po-2" hərbi təyyarəsindən paraşüt vasitəsilə Cermay-Kaşık kəndinə tullanırlar. Hədəfdən bir qədər kənara enən Abdenanova ayağını zədələsə də, nəhayət nənəsinin evinə çatmağa nail olur. Orada Abdenanova "Sofiya" kod adı ilə işləməyə başlayır, Qulyaçenko isə "Stasya" və "Proud" adlarından istifadə edir. Qızıl Ordunun tələb etdiyi məlumatları lazımi səviyyədə toplamaq üçün əmisi Abduraki Bolatov, məktəb müəllimi Nəcibə Batalova, Sefidin və Cevat Menanov, Vaspie Acibayeva, Xairla Mambecanov və Battal Battalovdan ibarət kiçik bir casus qrupu təşkil edir. Kəşfiyyatçılara yerli dəmir yoluna daimi nəzarət etmək, düşmən qoşunlarının hərəkəti, ərazidəki qarnizonlar və düşmən bölmələrinin ərazidə yerləşdirilmə mövqeləri haqqında dəqiq məlumat toplamaq barədə tapşırıq verilmişdi. Görüşlər Battal Battalovun evində keçirilirdi, orada Aliməyə məlumatlar verdikdən sonra o, bu kəşfiyyat məlumatlarını radio qurğu vasitəsilə Şimali Qafqaz Cəbhəsinin kəşfiyyat şöbəsinə məruzə edirdi. Cermay-Kaşıkdakı əməliyyatın başlanmasından oktyabrın 19-dək qrup tərəfindən Qızıl Orduya 16 radioqram göndərilmişdi. Halbuki qrup qarşısına qoyulmuş tapşırıq həftədə iki dəfə kəşfiyyat məlumatı göndərməkdən ibarət idi. Ümumilikdə kəşfiyyat-diversiya qrupu 80-dən çox kəşfiyyat məlumatı göndərməyə nail olur, bu isə alman qoşunlarının daha çox itki verməsi ilə nəticələnir.[2][5][8]
13 dekabr 1943-cü ildə Şimali Qafqaz Cəbhəsinin Qərargahının ikinci kəşfiyyat şöbəsinin rəisi mayor Athexovski Abdenanova və Qulyaçenkonun "Qırmızı bayraq" ordeninə namizədliyini irəli sürür. General-mayor Nikolay Trusov bu təklifə dəstək nümayiş etdirir və 5 yanvar 1944-cü ildə Primorsk ordusu şurası namizədliyi təsdiqləyir. Buna baxmayaraq, Abdenanova həmin vaxt işğal olunmuş ərazilərdə missiya icra etdiyinə görə mükafatı şəxsən ala bilmədiyindən medal 1992-ci il mayın 9-da bacısı Firuzəyə rəsmi olaraq təhvil verilən vaxta qədər Moskvada anbar binasında saxlanır. Sonradan mükafat yenidən Moskvaya göndərilir və sərgilənmək üçün Lenino muzeyinə təqdim edilir.[9]
Həbsi və edamı
redaktə1944-cü ilin yanvar və fevral aylarında Alimə Abdenanova radio ötürücü vasitəsilə Qızıl Orduya 42 kəşfiyyat məlumatı məruzə edir. Lakin fevralın 11-də radio cihazının batareyaları bitdiyindən Aleksandr Pavlenko adlı yerli partizandan yeni batareya dəsti istəməyə məcbur olur. Batareyaları Abdenanovaya verdikdən sonra Pavlenko almanlar tərəfindən tutulur. Alimə bu hadisəni qərargaha məruzə edir və Trusov onu yaxınlıqdakı kəndə gedərək qohumlarının yanında qalmaqla təlimatlandırır. Lakin artıq almanlar kəşfiyyat dəstəsinin mövcudluğundan şübhələnməyə başlamışdılar və radio dalğa aşkarlayıcılarından istifadə etməklə Alimənin kəşfiyyat qrupunun üzvlərinin yerlərini müəyyənləşdirə bilmişdilər. Fevralın 25-nə keçən gecə nasistlər Sefidin və Cevat Menanovun evinə basqın edirlər. Bu vaxt kəşfiyyatçıların əksəriyyəti, o cümlədən Abdenanova və Qulyaçenko həbs edilərək Starı Krım həbsxanasına göndərilir. Radio ötürücü qurğu tövlənin içərisində gizlədilsə də, alman qoşunları onu sonradan qısa müddətdə ərzində tapa bilir. Hətta işgəncə altında da Abdenanovanın cəlb etdiyi agentlərdən heç biri həbsxanada almanlara heç bir hərbi sirr təşkil edən məlumat vermir və onların əksəriyyəti martın 9-da "Ağarmış dağı"nda güllələnir. Vaspie Acibayeva edamın icrasından əvvəl həbsxanada məruz qaldığı işgəncələr nəticəsində ölür. Nəcibə Batalova həbsxananın həyətində güllələnərək öldürülür. Krım partizanlarına verilən ağır işgəncələrin şahidi olan radio operatoru Larisa Qulyaçenko nasistlərlə əməkdaşlığa razılıq verir və onlara məlumat ötürmək üçün istifadə etdikləri radio ötürücünün tövlədə gizlədildiyini bildirir. Alimə Abdenanova isə nasistlərə hər hansısa məlumat verməkdən boyun qaçırdığından ağır işgəncələrə məruz qalır. Nasistlərə xidmət edən bir neçə rus Abdenanovaya qarşı işgəncələrdə, həmçinin onun dırnaqlarını qoparmaqda, qollarını və ayaqlarını sındırmaqda iştirak etmiş, sonuncunun dondurucu su ilə isladılaraq işgəncəyə məruz qalması və üzünün eybəcər hala salınması kimi işgəncələrin verilməsində şərik olmuşlar. İşgəncələrə və uzun sürən dindirmələrə baxmayaraq, Abdenanova qarşı tərəfə heç bir məlumat vermir. Martın 27-də yerlı Krım tatar partizanları Starıy Krımdakı həbsxanaya basqın edərək bir çox məhbusu azad edirlər. Amma artıq nasistlər Abdenanovanı Simferopol həbsxanasına göndərdikləri üçün onu tapa bilmirlər. Beləliklə, Abdenanova aprelin 3-də Simferopol həbsxanasına gətirilir və təkadamlıq kameraya salınır. A. Abdenanova 5 aprel 1944-cü il tarixində Gestapo tərəfindən güllələnərək edam edilir və nəşi naməlum yerdə basdırılır.[2][4][10]
Təftif və miras
redaktə1944-cü ilin aprelində Krım yenidən SSRİ-nin nəzarətinə keçdikdən sonra Qızıl Ordunun zabitləri Alimənin ailəsinə baş çəkərək sonuncunun igidliyini tərifləyir və onun xidmətlərinin unudulmayacağını bildirirlər.[11] Buna baxmayaraq 1944-cü il 18–20 may tarixləri aralığında SSRİ tərəfindən Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası Alimə Abdenanovanın sağ qalan ailə üzvlərindən də yan keçmir. Belə ki, kəşfiyyat dəstəsinə kömək edən nənəsi və işğalı zamanı partizan olmuş bacısı Azifə də Özbəkistana sürgün edilir. Sovet hökuməti Qızıl Orduda sədaqətlə xidmət etmiş hərbçilər də daxil olmaqla bütün Krım tatarlarını "satqın" elan etdiyindən Abdenanovanın "Sovet İttifaqı Qəhrəmanı" elan edilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, heç vaxt bu ada layiq görülməmiş və təxminən SSRİ-nin süqutuna qədər, hətta adı belə cəmiyyətdən gizli saxlanılmışdır.[12] SSRİ-nin dağılmasından sonra haqqında "Krımın Zoyası"[13] adlı ədəbi əsər yazılmışdır və 2014-cü ildə Rusiya Federasiyasının Krımı ilhaq etməsindən sonra, həmin ilin 1 sentyabr tarixində "Rusiya Federasiyasının Qəhrəmanı" elan edilmişdir.[14]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Alime Abdenanova – Crimean Tatar scout. en.crimeantatars.club". 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- ↑ 1 2 3 Bekirova, Gulnara. "Легендарная Алиме". Крым.Реалии (rus). 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-17.
- ↑ Lota, Vladimir. "Сильнее "Геркулеса"". redstar.ru (rus). 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ 1 2 Сварцевич, Владимир. ""Софие" против Канариса. Она сражалась за СССР, а стала Героем России". www.aif.ru. 26 March 2015. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ 1 2 "Крымчанка Алиме Абденанова - Герой России. Биография". РИА Новости Крым (rus). 2015-10-19. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-17.
- ↑ "Крымский резидент: как 19-летняя разведчица оставалась неуловимой в тылу фашистов". Телеканал «Звезда» (rus). 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ Bekirova, Gulnara. "Заложники войны: оккупация Крыма (1941–1944)". Крым.Реалии (rus). 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ "Герой России — разведчица Алиме". crimiz.ru (rus). 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ "Орден Красного Знамени Абденановой хранится в Москве - семья". РИА Новости Крым (rus). 2015-10-20. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ "Алиме Абденнанова достойна памятника, - Каджаметова". QHA (rus). 2018-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ Melnikova, Anna. "Центр! Крым на связи!". «Комсомольской правды» (rus). 2015-02-26. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ "Автор книги "Крымская легенда": разведгруппа "Дея" была уникальна". РИА Новости Крым (rus). 2015-10-21. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ "Подвиг разведчицы". portal-kultura.ru (rus). 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
- ↑ Bocharov, Anton. "Абденанова Алиме Сеит-Османовна". warheroes.ru. 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.