Herbi Teyyareler - Wikipedia
Hərbi təyyarələr və helikopterlər, müharibələrdə quru və sudakı hədəfləri bombalamaq, digər təyyarələri izləmək və zərərsizləşdirmək, kəşfiyyat aparmaq, şəxsi heyətin və ya sursatların daşınması üçün nəzərdə tutulmuş müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunan təyyarə növüdür. Xüsusilə qırıcı və bombardmançı məqsədlər üçün istifadə olunanlar hücum təyyarələri və hücum helikopterləri adlandırılırlar. Hərbi təyyarələr qırıcı, bombardmançı, qırıcı-bombardmançı, kəşfiyyatçı kimi növlərə ayrılırlar.
Hərbi təyyarələr | |
---|---|
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu təyyarələr daşıdıqları vəzifələrinə görə havadan yerə raket, havadan havaya raket və top daşıya bilərlər. Ayrıca olaraq hədəflərin yerlərinin müəyyənləşdirilməsi və müşahidəsi üçün radar və pod daşımağa qadirdirlər. Qırıcı təyyarələr öz aralarında siniflərə ayrılırlar: Havada üstünlüyü təmin etmək məqsədi daşıyan təyyarələr təkoturacaqlı, sürətli, yüksəkdən uçan təyyarələrdirlər (MiG-25, Su-27, F-14A, F-15C); hücum təyyarələri 15–20 ton ağırlığında olan, təkmotorlu, atəş gücü olduqca yüksək olan təyyarələrdirlər (F-16C, Mirage 2000, MiG-29, F-18C, MiG-23, F-15C); hücumlara dəstək təyyarələri ağır silahlar ilə təchiz olunurlar və onlardan daha çox düşmənin quru qoşunlarını təzyiq altında saxlamaq üçün istifadə olunur (MiG-27,Su-25, Jaguar, AV-8B Harrier, A-10). Bunlardan əlavə olaraq xəyal təyyarələri kimi tanınan radarlarda görünməyən təyyarələrdə mövcuddur (Northrop Grummman B-2 Spirit bombardmançı təyyarəsi və F-117 Nighthawk qırıcı təyyarəsi)
Hərbi təyyarə istənilən növ hüquqi və ya silahlı xidmət tərəfindən istismar edilən hər hansı bir sabit qanadlı və ya fırlanan qanadlı təyyarədir. Hərbi təyyarə döyüş və ya qeyri-döyüş təyinatlı ola bilər.
Müdafiə təyinatlı hərbi təyyarələr öz təyyarələrindən istifadə edərək düşmən avadanlıqlarını məhv etmək üçün nəzərdə tutulmuşdurlar. Müdafiə təyinatlı təyyarələr normal olaraq hərbi təyinatlı müəssisələr tərəfindən hazırlanırlar, inkişaf etdirilirlər və tədarük edilirlər. Qeyri-döyüş təyinatlı təyyarələr isə döyüş üçün nəzərdə tutulmayıblar, lakin özlərini müdafiə etmək üçün silahlar daşıya bilərlər. Bunlar əsasən dəstək rollarında fəaliyyət göstərirlər və bunlar hərbi təyinatlı müəssisələr və ya mülki təşkilatlar tərəfindən hazırlana bilərlər.
1783-cü ildə, ilk praktik təyyarə (isti hava və hidrogen balonları) yaradıldığı zaman tez bir zamanda hərbi vəzifələr üçün qəbul edildi.