Acicesme Dagi - Wikipedia
Acıçeşmə_dağı - Haqqında Məlumat
Acıçeşmə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2094,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Gilançayın sağ sahilində zirvə. Ələhi kəndindən 2,2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Adı cənub yamacındakı acıtəhər dadı olan mineral bulaqla əlaqədardır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələngəzdağ sinklinalının nüvə hissəsində yerləşir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri müşahidə edilir.[1]
Acıçeşmə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2094,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.