Elengezdagi - Wikipedia
Ələngəzdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2369,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayırıcısında, Nəsirvaz kəndindən 1,2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında Zəngəzur qalxım zonası ilə təmas zolağında müşahidə edilən eyniadlı sinklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində Kələki lay dəstəsinin süxurlarını yaran andezitli porfirit tərkibli kiçik subvulkanik kütlə müşahidə edilir. Cənub-şərq yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.[1]
Ələngəzdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2369,9 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
ALANGÖZDAĞ – Ordubad rayonu ərazisində Ələngəz dağının (hünd. 2369,9 m) yerli əhali arasında işlədilən başqa adı.
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.