Agabaci Rzayeva - Wikipedia
Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912, Bakı – 5 iyul 1975, Bakı) — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).[1]
Ağabacı Rzayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1975 (62 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, bəstəkar |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəAğabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir.
Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmov, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır.[2]
Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış "Vətənpərvərlik Marşı" idi.O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələmişdir. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.).[1]
O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş, 1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdur.
5 iyul 1975-ci ildə Bakıda vəfat etmiş bəstəkar 2-ci fəxri xiyabanda dəfn olunmuşdur.
Mükafatları
redaktə- Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1960[3]
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə);
- "Şərəf nişanı" ordeni — 1972.
Mahnıları
redaktə
|
|
|
İstinadlar
redaktə- ↑ 1 2 "Ağabacı Rzayeva - Azərbaycanda ilk qadın bəstəkar". www.ens.az. May 17, 2020. September 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2021.
- ↑ "Rzayeva Ağabacı". music.mctgov.az. August 31, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 3, 2021.
- ↑ 1 2 "Nəğmələrdə yaşayan ömur- Ağabacı Rzayeva – 100". anl.az. December 26, 2012. September 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2021.
Mənbə
redaktə- Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.181.
- Babayeva, H. Nəğmələrdə yaşayan ömur- Ağabacı Rzayeva – 100: //525-ci qəzet.- 2012.- 26 dekabr.- S. 5.
- Əsgərova, Z. Nəğmələrdə "gəlin" köçən arzular: [görkəmli bəstəkar haqqında] //Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 10; Kaspi.- 2012.- 6 dekabr.- S.12.
- Xəlilzadə, F. Sənət xəzinəmizin bəzəyi //Azərbaycan.- 2012.- 13 dekabr.- S.7.
- Osmanova, A. Azərbaycanın ilk qadın bəstəkarının 100 illik yubileyi qeyd olundu //Mərkəz.- 2012.- 13 dekabr.- S.14.
- Təranə. Böyük sənətkarlara ən böyük qiyməti zaman verir: [R.Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkarın yubileyinə həsr edilmiş tədbir keçirildi] //Mədəniyyət. — 2012.- 12 dekabr.- S. 7.
- Vahid, T. "Biz səni heç vaxt unutmayacağıq" //Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 12.
Xarici keçidlər
redaktə- Azərbaycan tarixində iz qoyan qadınlar at the Wayback Machine (archived 2016-03-11)