Adpu Nezdinde Azerbaycan Dovlet Pedaqoji Kolleci - Wikipedia
Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci | |
---|---|
Əsası qoyulub | 1919 |
Tip | Orta-ixtisas təhsili müəssisəsi |
Direktor | Dosent İsrayıl İsgəndərov |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan |
Əsas korpus, Bakı şəhəri, İnşaatçılar pr.45 2-ci korpus, Sabunçu rayon Yusif Qasımov küçəsi,(keçmiş Firudin bəy Köçərli) |
Sayt | adpk.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda dosent İsrayıl İsgəndərov[2] rəhbərlik edir.
Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır.[3] 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.[4]
1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir.
Adları
redaktəKollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:
- 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası;
- 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası;
- 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası;
- 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu;
- 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu;
- 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi;
- 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi;
- 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu;
- 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci;
- 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci;
- 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci.
İxtisaslar
redaktəKollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
- Məktəbəqədər təlim və tərbiyə;
- İnkluziv təhsil;
- Ailə və ev təhsili;
- Fiziki tərbiyə müəllimliyi;
- Sosial iş.
Kontingent
redaktəKollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 4169 tələbə təhsil alır. Həmçinin "Moodle"[1]-tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir.
260 nəfər müəllim fəaliyyət göstərir ki, onlardan 1 nəfər elmlər doktoru, professor, 12 nəfər elmlər namizədi, 14 nəfər baş müəllim, 18 nəfəri isə dissertantdır[5].
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ (#empty_citation)
- ↑ "M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli, 195 nömrəli Qərarı. Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Dövlət Pedaqoji Kolleci haqqında məlumat". 2012-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-06.
Xarici keçidlər
redaktə- adpk.edu.az — Rəsmi saytı