Enver Cingizoglu - Wikipedia
Ənvər Çingiz oğlu Fərəcov və ya Ənvər Çingizoğlu (10 may 1962, Xudayarlı, Cəbrayıl rayonu – 10 iyul 2022[1], Bakı) — azərbaycanlı yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar (2007), Azərbaycan Jurnalistlər birliklərinin (1987), Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü (2003); "Qızıl qələm" mükafatı laureatı (2012), Əməkdar mədəniyyət işçisi (2019),[2] vikipediyaçı.
Ənvər Çingizoğlu | |
---|---|
Ənvər Çingiz oğlu Fərəcov | |
Təxəllüsü | Çingizoğlu |
Doğum tarixi | 10 may 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 2022[1] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | tarixçi, jurnalist, yazıçı, ssenarist |
Əsərlərinin dili | Azərbaycanca |
Üzvlüyü |
|
Mükafatları |
"Qızıl qələm" mükafatı (2012) |
Ənvər Çingizoğlu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏnvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980).
Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982).
Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990).
Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.
Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur.
Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.
Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", "Xurşidbanu Natəvan", "Nəvvab", "Kəminə" adlı televiziya filmləri çəkilib.
Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.
Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.
Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.
Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:
- Azərbaycan xalqının soy-kökünün araşdırılması;
- Azərbaycan xanlıqları tarixinin tədqiqi.
10 iyul 2022-ci ildə vəfat edib.[3]
Mükafatları
redaktə- "Qızıl qələm" mükafatı — 2012
- Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin "Jurnalist-etnoqrafı" diplomuna layiq görülmüşdür. — 2017
- Əməkdar mədəniyyət işçisi[2] — 2019
Kitabları
redaktə- Məhəmməd bəy Aşiqin şeirləri. Bakı: Şuşa, 2000, (tərtibatçı)
- Rzaqulu bəy Vəzirovun əsərləri. Bakı: "Şuşa", 2005, (tərtibatçı)
- Qarabağ 1918–1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibatçı)
- Ağaməhəmməd xan Qacarın ölümünə qədər baş vermiş əsas hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı, Bakı: "Mütərcim", 2011, (tərtibatçı)
- Bayram xan Baharlı, Əsərləri, Bakı: "Mütərcim", 2013, (tərtibatçı)
- Aleksandr Sokolov, Gündəlik qeydlər, Bakı: "Mütərcim", 2013, (tərtibatçı)
- Pyotr Berje, A. P. Yermolovun İrana səfirliyi, Bakı: "Mütərcim", 2014, (tərtibatçı)
- Mahal Qacar-75, Bakı: "Mütərcim", 2014, (tərtibatçı)
- Abbas Ramazani, Fətəli şah Qacar, Bakı: "Mütərcim", 2015, (tərtibatçı)
- Məhəmməd Rəfi Ənsari, Dəstur ül-müluk, Bakı: "Mütərcim", 2015, (tərtibatçı)
- Mirzə Rza xan Ərfə, Xatirat, Bakı: "Mütərcim", 2017, (tərtibatçı)
Müəllifi və həmmüəllifi olduğu kitablar
redaktə- Abbasilər dövründə türklər
- Abbasqulu xan Kəngərli
- Arazbar bölgəsinin mənəvi mədəniyyəti
- Cuvarlı və cuvarlılar (Rafiq Mahmudov ilə)
- Avşarlar (Aydın Avşar ilə)
- Baharlılar
- Cavanşir-Dizaq mahalı
- Cəfərqulu xan Sarıcalı-Cavanşir
- Əbdürrəhmanbəyli obası
- Ərdəbil xanlığı
- Hacı Rəhim xan Çələbiyanlı
- Qaradağlılar
- Maku xanlığı
- Tarixi ilu-Əfşar (Aydın Avşar ilə)
- Zəncan xanlığı
- Zülqədər eli (Nərminə Məmmədova ilə)
- Səfikürdlülər
- Sərab xanlığı
- Sultanlıq soydan gəlir
- Xalxal xanlığı
- Xosrov bəy Sultanov
- İqbalüssəltənə Murtuzaqulu xan Bayat
- Qacarlar dövrünün diplomatları (Mahal Qacar ilə)
- Qacarlar və Qacar kəndi
- Qarabağda sənət və sənətkarlar (Rizvan Qarabağlı ilə)
- Qarabağlı hərbçilər (Qasım Hacıyev ilə)
- Qarabağlı hüquqşünaslar
- Qaradağ xanlığı (Mahal Qacar ilə)
- Şuşa şəhəri (1750–1850)
- Hüseynqulu xan Qasımlı-Avşar
- Hüseynqulu xan Qovanlı-Qacar
- Püsyan eli
- Şəmşəddil sultanlığı
Verilişləri
redaktəFilmoqrafiya
redaktə- Avşarlar (film, 1996)
- Xurşidbanu Natəvan (film, 2012)
- Zəngəzur qartalı (film, 2012)
- Ucalıq düsturu (film, 2012)
- Nəvvab (film, 2014)
- Sarı simin sızıltısı (film, 2016)
- Aydın Ziyadlı: Aydın və ziyalı (film, 2016)
- Cəsarətin anatomiyası (film, 2017)
- Kəminə (film, 2018)
İstinadlar
redaktə- ↑ 1 2 Ənvər Çingizoğlu vəfat etdi.
- ↑ 1 2 "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 06.11.2019. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.11.2019.
- ↑ Mədəniyyət TV. "Əməkdar mədəniyyət işçisi, Yazıçı publisist Ənvər Çingizoğlu vəfat edib" (az.). Youtube.com. 12.07.2022. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.