Eli Bey Beylerbeyov - Wikipedia
Əli bəy Bəylərbəyov (Tam adı: Əli bəy Şahkərim oğlu Bəylərbəyov; 1894, Masallı rayonu – 2 yanvar 1938, Bakı) — Azərbaycan hərbi xadimi, I Dünya Müharibəsi iştirakçısı, Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi (1922–1924), ilk daxili işlər komissarı, general-mayor.[1]
Əli bəy Bəylərbəyov | |
---|---|
15 noyabr 1922 – 20 fevral 1924 | |
Əvvəlki | İsrafil İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1938 |
Vəfat yeri |
Həyatı
redaktəƏli bəy Bəylərbəyov 1894-cü ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. O, kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki təqribən orta məktəb həcmində təhsil verən rus məktəbinə — Gimnaziyaya daxil olaraq həmin məktəbi 1911-ci ildə bitirmiş və həmin ildə Tiflis şəhərindəki ali hərbi məktəbə daxil olmuşdur. 1919-cu ildə həmin məktəbi əla qiymətlə başa vurmuşdur.[2]
Ailəsi
redaktə1923-cü ildə Şahkərim adlı bir oğlu olmuşdur. Səhiyyə nazirinin müavini, Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, tibb elmləri doktoru və professor Şahkərim Əli bəy oqlu Bəylərbəyov 1990-cı ildə dünyasını dəyişmişdir. Nəvələri: Alim Şahkərim oğlu Bəylərbəyov, Akif Şahkərim oğlu Bəylərbəyov, Məmməd Şahkərim oğlu Bəylərbəyov, Gülnarə Şahkərim qızı Bəylərbəyova (Məmmədova).
Nəticələri:Əli bəy Məmməd oğlu Bəylərbəyov, Afaq Məmməd qızı Bəylərbəyova(Neymətova), Ülkər Məmməq qızı Bəylərbəyova (Əliyeva), Rasim Alim Oğlu Bəylərbəyov, Humay Alim qızı Bəylərbəyova, Əfqan Akif oğlu Bəylərbəyov, Fərid Akif oğlu Bəylərbəyov, Səbinə Akif qızı Bəylərbəyova, Əsəd Şahsəddin oğlu Məmmədov (Gülnarə xanımın oğlu).
Kötücələri:Şahkərim Əli bəy oğlu Bəylərbəyov, Nigar Əli bəy qızı Bəylərbəyova, Əsəd Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), Kamran Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), İradə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ülviyyə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ədalət Vüsal oğlu Əliyev (Ülkər xanımın oğlu), Səid Əsəd oğlu Məmmədsoy.
Müharibədə iştirakı
redaktə1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olur, oranı zabit rütbəsi ilə bitirmişdir. 1914–1918-ci illərdə I Dünya Müharibəsində iştirak etmişdir. O, Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə Ali baş komandan tərəfindən "Qızıl Qılınc"la mükafatlandırılmışdır.
Fəaliyyəti
redaktəI Dünya Müharibəsi qurtarandan sora o, hərbi xidmətlərdən — Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Çingiz İldırım və başqaları ilə birlikdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında mühüm sahələr üzrə hərbi rəhbər vəzifələrinə cəlb edilmişdir. 1918–1920-ci illərdə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə B. Quba alayının komandiri olmuşdur. O, sonralar Respublikada Zabitlər hazırlayan məktəbin hərbi vəzifələrində və direktor vəzifəsində işləmişdir. Respublikada aparılan hərbi işlərdəki 1918 ildə Gubada Ermənilərin və Qizil ordunun Azərbaycan Türklərinin kütləvi qətliyaminin qarşisin almişdir, bu və diğər səmərəli fəaliyyətinə görə ADR tərəfindən "Gümüş medal" ilə mükafatlanmışdır. "Ermənilərin kabusu" ləqəbini alan Əli bəy qısa ömrünü Azərbaycan üçün həsr etmişdir.
O, 1922-ci ilin 15 noyabr tarixindən 1924-cü ilin 20 fevral tarixinədək Azərbaycan Sovet Respublikasında Baş Milis İdarəsinin rəisi, ilk daxili işlər komissarı vəzifələrində işləmişdi. Ona 1923-cü ildə yüksək və səmərəli fəaliyyət göstərdiyinə görə "General Mayor" rütbəsi verilmişdir.
Azərbaycan Balıq Trestində şöbə müdiri işləyən Əli bəy Bəylərbəyova şər atılaraq töhmət verilmişdir. O, bu dövrdə könüllü olaraq vəzifəsindən istefa vermişdir. 1933-cü il dekabr ayının 10-da Mir Cəfər Bağırov Azərbaycan K(b) P Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra hərbi işlərdən uzaqlaşıb mülki işlərdə işləmək məqsədilə xüsusi bir ixtisas almaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun plan-iqtisad şöbəsinə daxil olmuş, təhsil aldığı vaxtda 1934-cü ilin sentyabrında Azərbaycan SSSR Xalq Komissarlığı yanında plan iqtisadiyyat və statistika şöbəsinə müdiri vəzifəsində çalışmış, həmin ilin oktyabr ayından Dövlət Plan Komitəsi Sənaye İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin illərdə doğulduğu kənddə geniş həcmli orta məktəb tikilməsinə nail olmuşdur.[2]
Mükafatları
redaktə- "Qızıl Qılınc" (Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə)
- "Gümüş medal" (1921-ci il, Respublikada aparılan hərbi işlərdəki səmərəli fəaliyyətinə görə)[1]
Repressiya qurbanı
redaktə1937-ci ildə 19 sentyabr həbs edilmiş, 44 yaşında ikən SSRİ-nin hərbi kollegiyasının 1938-ci il 2 yanvar qərarı ilə "xalq düşməni" kimi mühakimə olunaraq güllələnmişdir. 1938-ci il Moskva "Üçlüyü"nün ("Toyka") çıxardığı hökmdə deyilirdi:[1]
"Əlibəy Bəylərbəyov burjua millətçilərinin Bakı şəhərində fəaliyyət göstərən antisovet terrorçuluq və təxribatçı-ziyankar təşkilatında iştirak etmişdir. 1933-cü ildən Dövlət Plan Komitəsi sistemində ziyanverici iş aparmışdır. SSRİ Partiya və Dövlət rəhbərlərinə qarşı terrorçuluq fəaliyyəti təbliğatında iştirak etmişdir" |
Bəraəti
redaktəÖlümündən sonra SSRİ ali məhkəməsinin 28 noyabr 1956-cı il qərarı ilə bəraət qazanmışdır. Milli Təhlükəsizlik Nazirliyinin arxivində Ə. Bəylərbəyovun bəraət sənədində yazılmışdır:
"SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1956-cı il 28 noyabr tarixli qərarı ilə Bəylərbəyov Əlibəy Şahkərim oğlu barəsində 1938-ci il 2 yanvar tarixli hökm işdə cinayət tərkibi olmadığına görə ləğv edilsin". |
Xatirəsi
redaktə1933–37-ci illər arasında Əli bəy Bəylərbəyovun Masallı rayon Xıl kəndində tikdirdiyi tam orta məktəb onun adını daşıyır. 2017-ci il tarixdə Masallı rayon Xıl kəndində küçə adın daşıyır.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Cümhuriyyət tələbələri I fəsil". 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015 14-16 mart.
- ↑ 1 2 ""Az tanıdığımız böyük şəxsiyyətlərdən biri – Əli bəy Bəylərbəyov"". 16 October 2014 tarixində arxivləşdirilib.