Sirvan Seher - Wikipedia
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.[2]
Respublika tabeli şəhər | |
Şirvan | |
---|---|
39°55′55″ şm. e. 48°55′13″ ş. u.HGYO | |
Ölkə | |
Region | Şirvan-Salyan iqtisadi rayonu |
Başçı | İlqar Abbasov |
Tarixi və coğrafiyası | |
Sahəsi | 70[1] |
Mərkəzin hündürlüyü | 12 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 87.946 nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1800 |
Nəqliyyat kodu | 18 |
Digər | |
shirvan-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır.[3] 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər[4], əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.
Tarixi
redaktəAzərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.
Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çılpaqlı kəndi Zubovka adlandırılmışdır.
1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. II Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı, keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər.
Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. İlk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar. Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.[5]. Qəsəbədəki rusların sayı sonrakı illərdə artaraq 3 min nəfərə çatdı. Onlar bura əsasən sənaye müəssəsisələrinin tikintisi üçün köçürdülər.
1938-ci ildə Zubovka adı Əli Bayramovun şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir. 2008-ci ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Şirvan şəhəri tarixi boyunca çayın yaxınlığında yerləşməsi və şəhərin əksəriyyətinin nisbətən aşağıda olmasından ötəri daşqınlardan əziyyət çəkirdi.
28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı. 1956–1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi.[6]
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Şirvan şəhər bələdiyyəsi | 69861 |
2 | Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi | 2600 |
3 | Cəmi | 72461 |
Təbiəti
redaktəməməlilər: adi tülkü, boz dovşan,ev iti, ərəbdovşanı, şərqi avropa kirpisi,ev pişiyi, adi çaqqal, adi canavar,safsar,qamışlıq pişiyi,gəlincik,yarasa,boz siçovul,ev siçanı və hindistan tirəndazı.
quşlar: dam xarabaçılı,çöl göyərçin, ev sərçəsi, quzğun, adi sağsağan, yaxalıqlı qurqur və daha çox növlər.
sürünənlər:gürzə,su ilanı,xəzər gekkonu,cəld kərtənkələcik,koramal,aralıq dənizi tısbağası,,bataqlıq tısbağası,xəzər tısbağası
suda-quruda yaşayanlar: göl qurbağası və yaşıl quru qurbağası
böcəklər:arı,milçək,qarışqa,çəyirtkə və.s
balıqlar: çəki,ilanbalığı,naqqa və.s
flora: kol, qamış, yulğun, böyürtkən, iti cığ, adi durnaotu, mamır, dovşankələmi və.s
İqlimi
redaktəFəsil | Payız | Qış | Bahar | Yay | |||||||||||
Ay | Sen | Okt | Noy | Dek | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | ildə | ||
Orta maksimum | °C | 26 | 19 | 13 | 8 | 6 | 7 | 11 | 18 | 23 | 28 | 31 | 30 | 18 | |
Orta temperatur | °C | 22 | 16 | 12 | 6 | 4 | 4 | 7 | 14 | 19 | 24 | 27 | 26 | 15 | |
Orta minimum | °C | 17 | 11 | 6 | 2 | -3 | -4 | 3 | 9 | 13 | 18 | 21 | 20 | 10 | |
Dumanlı | Günlər | 0 | 0 | 1 | 0 | 9 | 7 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 19 | |
Yağıntı | mm. | 17 | 37 | 33 | 25 | 23 | 40 | 32 | 33 | 28 | 20 | 5 | 8 | 302 | |
Rütubətlilik | % | 69 | 77 | 68 | 76 | 78 | 80 | 74 | 70 | 66 | 61 | 57 | 62 | 70 | |
Küləyin Sürəti | Km/s | 8 | 8 | 8 | 8 | 9 | 9 | 9 | 9 | 9 | 8 | 8 | 8 | 9 | |
İşıqlı Vaxt Müddəti | saat | 13 | 12 | 11 | 10 | 10 | 11 | 12 | 12 | 15 | 16 | 15 | 14 | 13 | |
Çiy nöqtəsi temperaturu | °C | 16 | 12 | 6 | 2 | 0 | 1 | 3 | 8 | 13 | 16 | 18 | 18 | 113 | |
Aktiv temperatur cəmi | °C | 369 | 186 | 66 | 0 | 0 | 0 | 0 | 117 | 279 | 417 | 521 | 493 | 2448 | |
Günəş radiasiyası | Mj/m2 | 15 | 10 | 7 | 6 | 7 | 10 | 13 | 17 | 20 | 22 | 22 | 19 | 14 |
Əhalisi
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İqtisadi xarakteristikası
redaktəŞəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.
Foto məlumatlar
redaktəŞirvan şəhəri 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine
İncəsənət
redaktəŞirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir.
Təhsil
redaktəSon vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür.
İdman
redaktə"Energetik Əli-Bayramlı FK" futbol klubu — Şirvanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1992-ci ildə keçirilən ilk turnirə qatılan "Energetik" 17 xal ilə 24-cü yeri tutmuşdur.
Şirvan Olimpiya İdman Kompleksi (rəsmi adı: "Şirvan Olimpiya İdman Kompleksi" MMC) — Azərbaycan Respublikasının Şirvan şəhərində yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur
Qardaşlaşmış şəhərlər
redaktəTanınmış şəxsləri
redaktə- İlqar Məmmədov---Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi.
- Şirin Şükürov — Sovet İttifaqı qəhrəmanı
- Ənvər Bariyev — 2005–2011-ci illərdə Belarus Respublikasının Fövqəladə Hallar naziri
- Anatoli Kuleşov — 2009–2012-ci illərdə Belarus Respublikasının Daxili İşlər naziri
- Nofəl Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
- Rəfael Həbibov — Azərbaycanın Milli Qəhrəmanı
- Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist
- Fəridə Məmmədova — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü
- Qan Turalı — Azərbaycan yazıçısı, jurnalist.
Xarici keçidlər
redaktə- http://www.azregionaldevelopment.az/cities/354-399li-bayraml305.html Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine
- http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-23.htm Arxivləşdirilib 2009-01-19 at the Wayback Machine
- Şirvan şəhəri poçt indeksləri — Poçt indekslərin axtarış sistemi — Azərbaycan Arxivləşdirilib 2015-03-27 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-19.
- ↑ "Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8
- ↑ "Əhalisi | Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti". shirvan-ih.gov.az. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
- ↑ "VAHİD MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA PORTALI". shirvan.cls.az. 2018-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-14.
- ↑ "Şirvan şəhərinin tarixinə yeni səhifələr yazılır". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11.
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Şirvan şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |