Qamisliq Pisiyi - Wikipedia
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür.
Qamışlıq pişiyi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qamışlıq pişiyi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qısa təsviri
redaktəXarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir. Göz bəbəyi çatdaqşəkilli, şaqulidir. Burnu çəhrayıdır. Pəncələrin yasdıqları çılpaqdır, üzərində xəz yoxdur, qara rənglidir. Cinsi demorfizm nəzərə çarpır – erkəklər dişilərdən fərqlənir. Ömrünün uzunluğu 15 ildir..[3]
Yayılması
redaktəKiçik və orta Asiya, Zaqafqaziya, Hindistan, Çinə doğru ərazilərdə yayılmışdır. Azərbaycanda yayılma ərazisi Samur-Dəvəçi düzənliyini, Quba-Qusar rayonunun dağətəyi yerlər, Xəzər dənizinin sahillərini əhatə edir. Kür, Araz, Alazan çaylarının sahillərində də rast gəlinir.[4]
Yaşayış yeri və həyat tərzi
redaktəSoyuq hava şəraitinə qarşı davamsızdır. Bəzən insanların yaşayış yerlərinə yaxın məskunlaşır. Cütləşmə fevral-mart aylarında baş verir və pişiklər üçün xarakterik olan erkək fərdlərin bərk qışqırıqları ilə müşahidə olunur. Hamiləlik dövrü 66 gün davam edir. May ayında 2 - 5 bala doğulur. Yarım ildən sonra cinsi yetişkənliyə çatır. Heyvanlar cütləşmə dövründə insanlar üçün təhlükəli ola bilər. Qidasının tərkibi məskunlaşma zonasından asılıdır. Əsasən, qunduz, gəmiricilər (tarla siçanları, siçanlar və ərəbdovşanları) və suda üzən quşlarla qidalanır. Tısbağa, ilan, kərtənkələ yeyir.[5]
Məhdudlaşdırıcı amillər
redaktəYaşayış yerlərinin deqradasiyası sayında kəskin azalmaya səbəb olmuşdur
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəİUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri mövcud deyil.
Qorunması üçünt məsləhət görülmüş tədbirlər
redaktəəsas yaşayış biotopları olan qamışlıq ərazilərdə brakonyarlər və çobanlar tərəfindən yanğınlar törədilməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirlərinin gücləndirilməsi
Yarımnövləri
redaktə- Felis chaus chaus, Türkiyə, Qafqaz, İordaniya, Livan, Suriya, İsrail, İraq, İran, Pakistan, Afghanistan, Rusiya , Mərkəzi Asiya
- Felis chaus affinis, Kashmir , Nepal, Butan
- Felis chaus fulvidina Tayland, Laos, Kamboca və Vyetnam
- Felis chaus furax
- Felis chaus kelaarti, Şri Lanka
- Felis chaus kutas, Hindistan, Pakistan
- Felis chaus maimanah
- Felis chaus nilotica, Misir
- Felis chaus oxiana
- Felis chaus prateri, Qərbi Hindistan
Ədəbiyyat
redaktə- Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
- Аzərbaycan faunası. Məməlilər (Mammalia). Bakı: Elm, 1978. с.159-161. 2.
- Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522. 3.
- Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.
- Насибов С.Б., Гидаятов Ю.Х. 1985. Распространение и численность камышового кота на Большом и Малом Кавказе в пределах Азербайджана. Баку. c. 120-131.
İstinadlar
redaktə- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Smith A. T., Xie Y., Lunde D. P., Wilson D. E., Wozencraft W. C., Hoffmann R. S., Sung W., MacKinnon J. R. A Guide to the Mammals of China. (ing.). / A. T. Smith, Y. Xie Princeton: Princeton University Press, 2008. P. 394.
- ↑ Məməlilər (AMEA-nın Zoologiya İnstitutu Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine)
- ↑ Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
- ↑ Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.