Yasil Quru Qurbagasi - Wikipedia
Yaşıl quru qurbağası (lat. Bufo viridis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü.
Yaşıl quru qurbağası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Sinif: Yarımsinif: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Yaşıl quru qurbağası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yaşıl quru qurbağaları Cənubi və Mərkəzi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiya ərazisində yayılmışlar. Cənub arealları Qafqaz quru qurbağasına nisbətdə daha cənubda yerləşir.
Əsasən tarlalar, açıq sahələr, çay ətrafı ərazilərdə yayılırlar. Rəngi: üzərində tünd ysşıl ləkələr vardır. Qidalanmasında onurğasızlar üstünlük təşkil edir. İki qorunma üsuluna sahibdir: 1 - maskalanmış rəngi, 2 - dərisindən buraxılan toksiki maddə. Çoxalma fevral-iyul aylarına təsadüf edor. Ancaq yaşadığı ərazinin hündürlüyündən asılı olaraq müddət dəyişə bilər. Çütləşmə dayaz sulu ərazilərdə baş tutur. Çömçəquyruqlar əsasən mayda müşahidə edilirlər. Bəzən onların kiçik bir dayazlıqlarda sayları minlərlə olur. Kiçik tez quruyan dayazlıqlarda çömçəquyruqların ölüm faizi daha çox olur. Metamorfoz cənub arealında iyun-avqust, bəzən isə sentyabr ayında baş verir.
Yaşıl quru qurbağaları yalnız kürü tökərkən su tutarlarına üz tuturlar. Gecə həyat tərzi keçirirlər. Gündüz gəmiricilərin yuvalarında gizlənirlər. Onların arxa ayaqları ön ətraflarına nisbətdə daha uzundur. Bu isə onlara elədə böyük olmayan atışlarla hərəkət etməyə imkan verir.