Ivan Katayev - Wikipedia
İvan İvanoviç Katayev(rus. Ива́н Ива́нович Ката́ев; 14 (27) may 1902, Moskva – 19 avqust 1937[1][2], Moskva) — rus sovet yazıçısı. Maksim Qorki ilə birlikdə "Leteraturnaya qazeta"nın yaradıcılarından biri, 1937-ci il repressiya qurbanı.
İvan Katayev | |
---|---|
Doğum tarixi | 14 (27) may 1902 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 avqust 1937[1][2] (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist, yazıçı, hərbi qulluqçu |
Fəaliyyət illəri | 1923-cü ildən |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİvan Katayevin atası İvan Matveyeviç Katayev tarix professoru, məşhur tarix dərsliyinin müəllifidir. Anasının qızlıq soyadı Kropotkina idi. Bəzi mənbələrə görə, coğrafiyaçı və anarxist nəzəriyyəçi Pyotr Alekseeviç Kropotkinin qardaşı qızı idi.[3] Məşhur riyaziyyatçı akademik Andrey Nikolayeviç Kolmoqorovun qohumu olub.
İvan Katayev anasını erkən yaşlarda itirib. İvan Moskvada və Suzdalda gimnaziyada oxuyub. O, 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyası (Sov. İKP) və Qırmızı Ordu sıralarına daxil olub. 1921 - Qafqazda (Qroznı) döyüşüb. Burda ordunun siyasi idarəsinə təyin edilib. Ordu qəzetinin redaksiyasında işləməyə başlayıb. İlk poetik və publisistik təcrübələri burda ortaya çıxıb. Orduda siyasi mövzularda dram əsərləri yazırdı ("İmanla gəzinti" və s.). Əsgərlər qarşısında rus ədəbiyyatından mühazirələr oxuyurdu. 8-ci Ordu Qafqaz Fəhlə Ordusuna çevrildikdən sonra o, “Krasnıy leyborist” (sonralar – “Neftçi”, “Qroznı işçisi”) qəzetinin redaktoru təyin edildi. O, yazıçı kimi qeyri-adi istedada malik idi və tezliklə klub şöbəsinin müdiri təyin edildi. Burda İvan Katayev İnqilabçı Satira Teatrının təşkilatçılarından biri oldu.
1922-ci ildə Katayev Ümumrusiya Jurnalistlər İttifaqının işində iştirak etdi. Ordudan tərxis olunduqdan sonra o, bir neçə ay “Tambovskaya Pravda”da işləmişdi. 1922-ci ildə onun “Fikir dəhlizi”, “Küçə”, “Şəhərlər” şeirləri, habelə bir neçə məqaləsi dərc edilmişdir. Həmçinin Katayev ərxis olunduqdan sonra Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldu.[4]
Katayev iqtisadçı olur. Bu zaman o, “İqtisadi qəzet”lə əməkdaşlıq edir. Redaksiya heyətinin göstərişi ilə İvanovo-Voznesensk, Qroznı və başqa şəhərlərə səfər edir. İqtisadi mövzularda esselər dərc edir.
Katayev 1923-cü ildən Rusiya Proletar Yazıçılar Assosiasiyasının üzvü seçilib. 1926-cı ildən - "Dolaylar" ədəbi qrupunun liderlərindən birinı çevrilib. İvan Katayev 1934-cü ildən SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olub. “Ədəbiyyat qəzeti”nin yaradılmasında iştirak edib. Qısa bir müddət “Şəhər və kənd” nəşriyyatında işləyib, hekayə və esselər çap etdirib.
İvan Katayev 1927-ci ildə "Ürək" hekayəsi nəşr olunub. Sonra - "Şair", "Arvad", "Vətən" toplusunu dərc etdirib.
1930-cu ildə Katayevin iki cildliyinin nəşrindən sonra "Dolaylar" ədəbi qrupuna qarşı mətbuatda kampaniya başladı. “Süd” hekayəsinə görə yazıçı xristianlığı təbliğ etməkdə ittiham olunurdu.[5]
1934-cu ildə İvan Katayevin "Görüş" və "Leninqrad şossesi" hekayələri nəşr olundu.
Repressiya, həbs və edam
redaktə1936-cı ildə Sov.İKP (b) sıralarından “xarici ünsür” kimi xaric edilir. 1937-ci ildə N.Zarudinlə birlikdə Katayev Dağlıq Altaya səfərə gedir. Oradan son, yarımçıq işini - "Aydın ulduzlar altında" hekayəsini (1956-cı ildə nəşr olunub) yazıb gətirir. Katayevin bu əsərində insan dünya həyatının yaradıcısı kimi, “onun qədim təmkinli qüdrətinin əsas mərkəzi” kimi verilir. Povestdə özünü tanıma, mənəvi yetkinlik əsas mövzudur.[6]
İvan Katayev 1937-ci il martın 18-də həbs olunur. Antisovet əksinqilabi terror təşkilatında iştirakda ittiham olunur. İvan Katayevin adı 10 avqust 1937-ci il tarixli Stalinin edam siyahısına daxil edilmişdi. "Moskva-Mərkəz" başlığı altında 81 ad və soyaddan ibarət ölüm cəzasına məhkum edilmiş şəxslərin siyahısında (35 saylı siyahı) NKVD GUGB-nin 8-ci şöbəsinin rəisi, dövlət təhlükəsizlik xidmətinin böyük mayoru Vladimir Sesarskoqun imzası var idi. İosif Stalin, Vyaçeslav Molotov, Lazar Kaqanoviç və Kliment Voroşilov tərəfindən edam olunmağa məhkum edilmişdir. Onların imzası siyahının titul vərəqində çəkilib. 1937-ci il avqustun 19-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının iclasında hökm rəsmən təsdiq edildi. İvan Katayev eyni gündəcə edam olundu.
1956-cı il aprelin 18-də ölümündən sonra reabilitasiya olunub. Bundan sonra İvan Katayevin həyat yoldaşı Mariya Terentyeva-Katayevaya saxta ölüm şəhadətnaməsi verildi. Orada ölüm tarixi 2 may 1939-cu ildə göstərilib. "Ölüm yeri" və "Ölüm səbəbi" sütunlarında imzalar var idi.
Ailəsi
redaktəHəyat yoldaşı - Mariya Terentyeva-Katayevaya (1906-1996) şairə.
Oğulları:
- Georgi İvanoviç Kataev, fizik. O, psixoloq və defektoloq A. A. Vengerlə evli idi.
- Dmitri İvanoviç Kataev - 1990-1993-cü illərdə Moskva Şəhər Şurasının, daha sonra isə 1993-2005-ci illərdə Moskva Dumasının deputatı olub.
Əsərləri
redaktə- Ürək. Nağıllar. Moskva., "Federasiya", [1928]. 199 səh. 5000 nüsxə; 2-ci nəşr. 1930. 256 s. 5000 nüsxə; 3-cü nəşr. 1931. 254 s. 5200 nüsxə
- Arvad, “Qığılcım”, 1930. 64 s. 20.000 nüsxə
Süd, 1930
- Hərəkət, 1932
- Leninqrad şossesi, 1933
- Dağdakı adam, 1934
- Vətən, 1935
- Saf ulduzlar altında, 1956 (ölümündən sonra nəşr)
Nəşrləri
redaktə- Seçilmiş əsərləri, 1957.
- Saf ulduzlar altında. Romanlar, hekayələr, esselər, 1969.
- Ürək, 1980
- Çörək və Düşüncə, 1983
Postsovet dövründə İvan Katayevin kitabları yenidən nəşr olunmayıb.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France Ivan Ivanovič Kataev // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 КАТАЕВ Иван Иванович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 173–175. ISBN 5-94848-262-6
- ↑ Катаев, Иван Иванович // Русские писатели XX века: Биографический словарь / Под ред. П. А. Николаева. — М.: Большая Российская энциклопедия, 2000.
- ↑ Atarov, Nikolai. Immortality, Anthology of Soviet Short Stories, Vol 1; Introduction. Moscow: Progress Publishers. 1976. səh. 53.
- ↑ Статья в «Правде» под заголовком «О „сладеньких попиках“ и „всеобщем молочке“».
- ↑ Катаев Иван Иванович.Н.А.Грознова Использованы материалы кн.: Русская литература XX века. Прозаики, поэты, драматурги. Биобиблиографический словарь. Том 2. З - О. с. 173-175.[ölü keçid]
- ↑ "Дмитрий Быков — Один — Эхо Москвы, 25.03.2016". 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
Xarici keçidlər
redaktə- Катаев Иван Иванович Arxiv surəti 16 sentyabr 2011 tarixindən Wayback Machine saytında в Библиотеке Максима Мошкова
- Классика Ру.: рассказ «Молоко» и повесть «Сердце»
- Отец: Иван Иванович Катаев