Istanbul Universitetinin Huquq Fakultesi - Wikipedia
İstanbul Universiteti Hüquq Fakültəsi — Türkiyənin ilk hüquq fakültəsidir, inzibati və akademik vahidlərlə İstanbul Universitetinin Beyazit meydanında yerləşən əsas korpusunda fəaliyyət göstərir. Türkiyə Barolar Birliyinin 22 kriteriyalı qiymətləndirməsinə görə Türkiyənin ən yaxşı hüquq fakültəsidir.
İstanbul Universiteti Hüquq Fakültəsi | |
---|---|
İstanbul Universiteti | |
Yaradılma tarixi | 1874 [1] |
Dekan | Prof. Dr. Ömər Ekmekçi |
Yerləşməsi | |
Ölkə | |
Ünvan | Beyazit, Fateh, İstanbul |
Digər məlumatlar | |
Sayt | hukuk.istanbul.edu.tr |
Tarixi
redaktəFakültənin əsasını təşkil edən Mekteb-i Hüquq-i Sultani 1878-ci ildə bağlanmışdır. Yerində qurulan Mekteb-i Hüquq 17 iyun 1880-ci ildə Ədliyyə Nazirliyinin həyətində fəaliyyətə başladı. Daha sonra 1 sentyabr 1900-cü ildə açılan Darülfünun-ı Şahane (İstanbul Darülfününü) bünyəsində bir fakültəyə çevrildi. 11 oktyabr 1919-cu ildə hüquqi və elmi muxtariyyət və 7 oktyabr 1925-ci ildə isə İstanbul Darülfününü Təlimatı ilə inzibati muxtariyyət almışdı. Darülfünun 31 iyul 1933-cü ildə ləğv edildi və İstanbul Universiteti olaraq yenidən təşkil edildi. Bu dövrdən sonra faktiki olaraq qərbli müəllimlər fakültədə işə başladılar. Həmin müəllimlər arasında Andreas Bertalan Şvarz, Ernest Eduard Hirş ve Riçard Honq kimi nasist Almaniyasından qaçmaq məcburiyyətində qalan professorlar da var idi. [2]
Fakültənin qolları
redaktəFakültədə Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosesi, ümumi Dövlət hüququ, Hüquq fəlsəfəsi, Hüquq sosiologiyası, Roma hüququ, Hüquq tarixi,[3] İnzibati hüquq, İnsan hüquqları, Əmək hüququ, Sosial təminat hüququ, Maliyyə hüququ, Sivil hüququ, Mülki prosessual hüquq, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq, Kommersiya hüququ, Dəniz ticarəti hüququ, Sığorta hüququ, Avropa İttifaqı hüququ, müqayisəli hüquq bölmələri, eyni zamanda Cinayət hüququ, Cinayət prosesi şöbələrinin nəzdində Kriminologiya fəaliyyət göstərir.
Tədqiqat və Tətbiq Mərkəzləri
redaktəFakültə daxilində cinayət hüququ və kriminologiya, müqayisəli hüquq, inzibati hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, insan haqları hüququ, Avropa birliyi hüququ, hüquq tarixi, əmək hüququ və sosial təminat hüququ sahələrində institutlar və tədqiqat və tətbiq mərkəzləri mövcuddur.
Kitabxanası
redaktə1950-ci ildə fəaliyyətə başlayan İstanbul Universiteti Hüquq Fakültəsi kitabxanasında 115.000-dən[4] çox yerli və xarici kitabla, 25.600 cilddən daha çox yerli və xarici ardı davam edən dövri nəşrlə[5] həm fondu, həm də yerləşmə yeri baxımından Türkiyənin ən böyük hüquq kitabxanası olmaqla yanaşı, həftənin 7 günü 24 saat fəaliyyət göstərən ilk hüquq kitabxanasıdır. Bu nəşrlər arasında fakültənin öz dərc etdiyi jurnallarından 1935-ci ildən bəri türkcə və xarici dildə nəşr olunan İstanbul Universiteti Hüquq Fakültəsi məcmuəsi, 1951-ci ildən bəri xarici dillərdə nəşr olunan Annales de la Faculté de Droit d’Istanbul jurnalı, 1957-ci ildən bəri türk və xarici dillərində nəşr olunan İstanbul Universiteti Müqayisəli Hüquq araşdırmaları jurnalı, 1978-ci ildən bəri Türk və xarici dillərdə dərc olunan Cinayət Hüququ və Kriminologiya jurnalı, 1980-ci ildən bəri türk dilində dərc olunan İnzibati hüquq və Elm jurnalı və 1981-ci ildən bu yana türk və xarici dillərdə yayımlanan Beynəlxalq və Beynəlxalq xüsusi hüquq bülleteni də vardır.
Əlaqəli vəqflər
redaktəFakültə daxilində fəaliyyət göstərən İstanbul Hüquq Vəqfi, Vedat Ərdəhan Vəqfi, Tahir Tanər Vəqfi, Kamal Xəlil Tanır Vəqfi, Tinçəl Kültür Vəqfi və İstanbul Universiteti Hüquq Fakültəsi Təhsil və Həmrəylik Vəqfi təxminən 1200 tələbəyə pulsuz təqaüd verir.
Dekanlar
redaktə1946 Universitet Qanunundan öncəki dekanlar | ||||
Adları | Başlanma tarixi | Çıxma tarixi | ||
---|---|---|---|---|
Müderris Mehmet Emin Əfəndi | 1879 | 1888 | ||
Müderris Mehmet Əziz bəy | 1888 | 1891 | ||
Müderris Mehmet Kazım Əfəndi | 1891 | 1908 | ||
Müderris Kevakibizadə Əbdülxaliq Mithat Əfəndi | 1908 | 1911 | ||
Müderris Muslihiddin Adil Taylan | 1913 | 1913 | ||
Müderris Hüseyin Rafiq Kırış | 1913 | 1914 | ||
Müderris Əhməd Səlahəddin Bəy | 1914 | 1920 | ||
Müderris Həsən Tahsin Ayni | 1920 | 1927 | ||
Ord. Prof. Tahir Tanər | 1927 | 1931 | ||
Ord. Prof. Sıddık Sami Onar | 1934 | 1937 | ||
Ord. Prof. Əli Fuad Başgil | 1938 | 1942 | ||
1946 Universitet Qanunundan sonraki dekanlar | ||||
Ord. Prof. Hıfzı Veldet Vəlidədəoğlu | 1946 | 1948 | ||
Prof. Hüseyn Nail Kubalı | 1948 | 1950 | ||
Prof. Şövkət Mehmet Əli Bilgişin | 1950 | 1952 | ||
Ord. Prof. Hıfzı Veldet Vəlidədəoğlu | 1952 | 1953 | ||
Ord. Prof. Sulhi Dönməzər | 1953 | 1955 | ||
Ord. Prof. Rəcai Qalib Okandan | 1955 | 1957 | ||
Prof. Hıfzı Teymur | 1957 | 1959 | ||
Prof. Naci Şənsoy | 1959 | 1964 | ||
Prof. Bülənt Davran | 1964 | 1966 | ||
Prof. Reha Poroy | 1966 | 1968 | ||
Prof. Tarix Zəfər Tunaya | 1968 | 1969 | ||
Prof. Orxan Aldıqaçdı | 1969 | 1972 | ||
Prof. İlhan Akın | 1972 | 1980 | ||
Prof. Ərgin Nami Nomər | 1980 | 1982 | ||
Prof. Yılmaz Altuğ | 1982 | 1983 | ||
Prof. Orxan Aldıqaçdı | 1983 | 1986 | ||
Prof. İlhan Akın | 1986 | 1994 | ||
Prof. Aysel Çelikəl | 1994 | 1999 | ||
Prof. Tankut Centəl | 1999 | 2008 | ||
Prof. Adəm Sözüər | 2009 | 2017 | ||
Prof. Abuzər Kendigələn | 2017 | 2020 | ||
Prof. Ömər Əkməkçi | 2020 |
Tələbə klubları
redaktə2020-2021-ci tədris ilində fakültədə fəaliyyətini davam etdirən tələbə klubları aşağıdakılardır:
- Bayazit Hüquq klubu;
- Cinayət hüququ və kriminologiya klubu;
- Respublika Hüquqşünaslar klubu;
- Dinamik Gənclər klubu
- Təbiət Hüquq klubu;
- Düşüncə, fikir və ədəbiyyat klubu;
- Heyvan Hüquqları klubu;
- Hüquq Atelyesi klubu;
- Hüquqi Araşdırmalar klubu;
- Hüquqi Fikir klubu;
- Pulsuz Hüquq klubu;
- Mükəmməl Hüquq klubu;
- İstanbul Hüquq Musiqi klubu;
- Mədəniyyət və hüquq klubu;
- Mədəniyyət və idman klubu;
- Rəssamlıq və heykəltəraşlıq klubu;
- Radio Hüquq klubu;
- Teatr klubu;
- İctimai Hüquqşünaslar klubu;
- Beynəlxalq hüquq klubu;
- Mübahisələrin həlli üsulları klubu.
İstinadlar
redaktə- ↑ "İstanbul universiteti hequq fakültəsi". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ "Turkey's Invitations to Nazi-Persecuted Intellectuals Circa 1933: A Bibliographic Essay on History's Blind Spot". 17 Aug 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ "hüquq tarixi mərkəzi". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ "İstanbul universiteti kitabxanası". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ "İSTANBUL ÜNİVERSİTESİ HUKUK FAKÜLTESİ" (PDF). 2020-11-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-15.