Emek Huququ - Wikipedia
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququ anlayışı
redaktəƏmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır.
Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.
Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu cür münasibətlərə əmək münasibətləri ilə sıxsürətdə bağlı olan digər münasibətlər deyilir.
Əmək münasibətlərində 2 tərəf iştirak edir: işçi və işəgötürən. Onlar arasında olan münasibətlər əvəzlidir.
Əmək münasibətlərinin obyekti rolunda iş çıxış edir. Əmək münasibətlərinin məzmunu subyektlərin bu hüquq münasibətlərin yarandığ andan əldə etikləri konkret hüquq və vəzifələr təşkil edir.
Əmək münasibətləri ilə bilavasitə bağlı olan digər münasibətlər əmək munsb+dən asılı olub, onlardan törəyir. Bunalara əmək münsb+dən törəmə münasibətlər deyilir.
Əmək hüququnun mənbələri
redaktəƏmək münasibətləri, bu münasibətlərdən törəyən digər münasibətlər əmək hüquq normaları ilə tənzimlənir. Həmin normalar müxtəlif normativ hüquqi aktlarla nəzərdə tutulur və müəyyənləşdirilir. Bu aktlar əmək hüququnun mənbəyi adlanır.
Azərbaycan Respublikasının Konstitusiyası əmək hüququnun əsas mənbəyidir. Burada əmək hüququ baxımından prinsipial əhəmiyyətə malik olan bir sıra normalar(35ci maddə) nəzərdə tutulmuşdur. Konst-da əməyin tənzimlənməsinin başlica və əsas prinsipləri müəyyən edilmişdir.
Konstdan sonra əmək hüququ mənbələri sitemində Azərb. Resp-in Əmək Məcəlləsi (ƏM) mühüm yer tutur. Əmək məcəlləsi sistemləşdirilmiş normativ aktdır. 1999-cu ilin fevralın 1-də qəbul olunan bu akt 1999-cu il iyulun 1-də qüvvəyə minmişdir. Bu kollektiv müqavilə, əmək müqaviləsi, iş və istiraahət vaxtı, əməyin ödənilməsi, əmək intizamı, maddi məsuliyyət, əməyin mühafizəsi və digər məsələri tənzimləyir.
Kollektiv müqavilə və saziş
redaktəƏmək münasibətlərində iştirak edən tərəflər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində müqavilə metodu böyük rol oynayir, üstünlük təşkil edir. Müasir dövrdə müqavilə metodunun vacib hüququi forması kollektiv müqavilə və saziş hesab olunur.
Kollektiv müqavilə dedikdə, işəgötürənin, əmək kollektivinin və ya həmkərlar ittifaqları təşkilatlarının arasında yazılı formada bağlanan elə bir müqavilə başa düşülür ki, bu müqavilə əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyir.
Bazar münasibətlərinə keçid şəraitində kollektiv müqavilələr əmək şəraitini və ya əmək şəraiti ilə bağlı olan digər şəraiti tənzimləyən əsas hüququ sənəd hesab olunur.
Kollektiv müqavilələr bağlanmamışdan öncə kolletiv danışıqlar aparılır. Bu təşəbbüsə əsasən həmkarlar ittifaqı təşkilatları, əmək kollektivləri və işəgötürənlər malikdirlər.
Kollektiv müqavilə 2 tərəf arasında bağlanılır. Bunlardan biri işəgötürən, digər tərəf isə həmkarlar ittifaqı təşkilatıdır. Müəsisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda kollektiv müqavilənin digər tərəfi əmək kollektivi hesab olunur.
Kollektiv müqavilənin layihəsini müvafiq komissiya (işçi qrupu) hazırlayır. Bu komissiya tərəflərin bərabər sayda nümayəndələrindən ibarətdir. Onun hazırladığı layihə iclasda iştşrak edənlərin səs çoxluğu ilə qəbul olunur. Kollektiv müqavələ təsdiq edildikdən sonra tərəflər onu 3 gün ərzində imzalayırlar.
Əmək müqaviləsinin anlayışı
redaktəƏmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan, əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı sənəd başa düşülür.
Əmək müqaviləsinin elementləri dedikdə, onun tərkib hissələri başa düşülür. Subyekt tərkibi əmək müqaviləsinin əsas elementlərindən biridir. Əmək müqaviləsinin subyekt tərkibi müqaviləni bağlayan tərəflərdən ibarətdir. Əmək müqaviləsində 2 tərəf iştirak edir:işçi; işəgötürən.
Işçiləri işə qəbul etmək, işçilərə iş vermək və onlarla əmək müqaviləsi bağlamaq hüququna malik olan şəxslərə işəgötürən deyilir. Bu rolda həm təşkilatlar, həm də sahibkar statusu olan fiziki şəxslər çıxış edə bilər.
Əmək müqaviləsinin digər tərəflərindən biri isə işçidir. Işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan şəxs başa düşülür. Işçi rolunda yalnız fiziki şəxslər çıxış edə bilərlər. Işçi kimi əmək müqaviləsi bağlayan şəxsin 15 yaşına çatması tələb olunur.
Əmək müqaviləsinin məzmunu onun elementlərindən ibarətdir. Tərəflərin razılığa gəldikləri müqavilə şərtləri əmək müqaviləsinin məzmununu təşkil edir. Bu şərtlərdə tərəflərin hüquq və vəzifələri nəzərdə tutulur. Müqavilə şərtləri 2 cür olur:
Əsas müqavilə şərtləri odur ki, onların olması əmək müqaviləsini bağlanmış hesab etmək üçün kifəyətdir.
15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanan zaman onlarin valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur. Razılıq yazılı formada olmalıdır. Əmək müqaviləsi imzalandığı gündən qüvvəyə minir.
İş vaxtının anlayışı və növləri
redaktəIşcilərin əmək fəaliyyəti vaxt anlayışı ilə sıx sürətdə bağlıdır. İş vaxtı əmək prosesində işçinin işəgötürənin sərəncamının və öz əmək vəzifələrinin yerinə yetirilməsinə sərf etdiyi vaxtdır. Bu işəgötürənin bütün sərəncamlarına deyil, yalnız əmək müqaviləsi və daxili əmək nizam qaydlarına uyğun surətdə verilən sərəncamlarına aiddir.
Iş vaxti bir qayda olaraq qanunla müəyyən edilir. Bununla belə, iş vaxtının qanun əsasında da müəyyənləşdirilməsi mümkündür. Tam iş vaxtı dedikdə, müddəti qanunla müəyyən tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin öz əmək funk+i yerinə yetirməsi üçün müəyyən edilmiş zaman başa düşülür. Buna normal iş vaxtı deyilir. Qanun iş vaxtənın 2normasıni müəyyən edir:gündəlik və həftəlik iş norması. Gündəlik iş vaxti norması 8 saatdan ibarətdir. Həftəlik iş vaxtı norması 40 saatdan çox ola bilməz. Həm 5 günlük, həm də 6günlük iş həftəsi müəyyən edilə bilər.
Qisaldılmış iş vaxtı odur ki, o, normal iş vaxtına nisbətən “qısadır”. İş vaxtının bu növü həftəlik və günlük iş vaxtının azaldılması deməkdir. Qeyd etmək lazəmdər ki, iş vaxtının qısaldılması əmək haqqına qəti təsir göstərmir.
İstirahət vaxtının anlayışı və növləri
redaktəİstirahət vaxtı odur ki, həmin vaxt ərzində işçi öz əmək funksiyasını yerinə yetirməkdən azad olur və ondan istədiyi kimi istifadə edir.
İstirahət vaxtə şəxsin istirahət hüququ ilə bağlıdır. Konstitusiyanın 36-cı maddəsi vətəndaşın istirahət hüququnu təsbit edir: hər kəsin istirahət hüququ vardır. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən 4 növünü fərqləndirir.
· Fasilə
· İstirahət günləri
· Bayram günləri
· Məzuniyyət
İstirahət günlərində iş qadağandır. Bundan əlavə, həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.
Ümumi istirahət günü bazar günüdür. 5 günlük iş həftəsində 2, 6 günlük iş həftəsində 1 gün istirahət günü verilir.
Bayram günləri iş günü hesab edilən və edilməyən olmaqla 2 qrupa bölünür. İstirahət vaxtı iş günü hesab edilən bayram günlərini əhatə edir. Bunlar adətən ictimai əhəmiyyətli əlamətdar hadisələrə, ənənəvi tarixə həsr edilir (1 ve 2 yanvar, 8 mart, 9 may, 28 may, 15 iyun, 26 iyun, 31 dekabr, 5 gün Novruz bayramı, 2 gün Qurban bayramı, 2 gün Ramazan bayramı). Iş günü hesab edilməyən günlər bunlardır: 18 oktaybr, 12 noyabr, 17 noyabr.
Həftələrarası istirahət və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bayram günləri yalnız istehsalat-texniki şəraitinə görə dayandırılması mümkün olmayan işlərə, habelə əhaliyə xidmətlə əlaqədar işlərə yol verilir.