Ismayil Efendiyev - Wikipedia
İsmayıl Mahmud oğlu Əfəndiyev (10 avqust 1910, Şamaxı – 30 may 1967, Bakı) — görkəmli Azərbaycan aktyor və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. "Səbuhi", "Fətəli xan", "O olmasın, bu olsun" və s. filmlərdə çəkilmişdir. "Arşın mal alan" (1945) filmindəki Süleyman obrazı İsmayıl Əfəndiyevin ən yaxşı rollarındandır.
İsmayıl Əfəndiyev | |
---|---|
Doğum tarixi | 10 avqust 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1967 (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Fəaliyyəti | aktyor, kinorejissor |
Mükafatları |
|
IMDb | ID0250549 |
Həyatı
redaktəİsmayıl Əfəndiyev 1910-cu ildə Şamaxıda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır. 1935-ci ildə rejissor A. M. Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Arşın mal alan"da Süleyman, "Fətəli xan"da Həmzə və "O olmasın, bu olsun"da Həsənqulu bəy filmləri aktyora şöhrət qazandırıb. Bundan başqa İ. Əfəndiyev "Bəxtiyar" bədii filmində ikinci rejissor işləyib, Ş. Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib.[1] O, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib[2].
O, 1946-cı ildə Təbrizə gedir və bir neçə tamaşanı səhnəyə qoyur.
1967-ci ildə vəfat edib.
Filmoqrafiya
redaktə- Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (arxiv kadrlar) ("Məhəbbət oyunu" filmində)
- Alagöz yaylağında (film, 1955)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
- Arazın o tayında (film, 1947)
- Arşın mal alan (film, 1945)
- Azərbaycan atları (film, 1953)
- Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942)
- Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
- Bəxtiyar (film, 1955)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Əmanət kassası (film, 1950)
- Əmək və qızılgül (film, 1962)
- Əsl dost (film, 1959)
- Fətəli xan (film, 1947)
- İnsan məskən salır (film, 1967)
- Kölgələr sürünür (film, 1958)
- Qara daşlar (film, 1956)
- Qızmar günəş altında (film, 1957)
- Qüdsi (film, 2007)
- Mavi dənizin sahilində (film, 1935)
- Məhəbbət oyunu (film, 1935)
- Məktuba cavab (film, 1944)
- Nağılların Dərbəndi (film, 2006)
- O olmasın, bu olsun (film, 1956)
- Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942)
- Səbuhi (film, 1941)
- Sovqat (film, 1942)
- Ulduz (film, 1964)
- Üzeyir ömrü (film, 1981)
- Vətən oğlu (film, 1941)
- Yeni horizont (film, 1940)
- Bir qalanın sirri (film, 1959) — film səsləndirən: Eldostu (Məmmədrza Şeyxzamanov)
İstinadlar
redaktə- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "İsmayıl Əfəndiyevin xatirə gecəsi keçirildi". 2010-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-25.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.