Islam Memarligi - Wikipedia
İslam memarlığı — islam ölkələrində formalaşmış, fərqli üslublara malik olub dini, mədəni, siyasi xarakter daşıyır. Bu memarlıq nümunələrinə həm dini, həm də dünyəvi müəssisələrin binaları daxildir. İslam memarlığı müxtəlif müsəlman dövlətlərinin ənənələrini özündə cəmləşdirir. Quranın incəsənətin bütün növlərinə, xüsusən memarlığa, böyük təsiri olmuşdur. İslam dünyasının hər bir bölgəsinin memarlığı — Səudiyyə Ərəbistanın, İraqın, Türkiyənin, İranın, Azərbaycanın, Suriyanın, Fələstinin, Misirin, Məqribin, Cənubi İspaniyanın yerli köklərindən yaranırdı. Hər bir islam ölkələrinin özünə məxsus xüsusiyyətləri olmuşdur. Buna görə də Suriyanın abidələri — İraqın və İranın abidələrindən orta əsr Əndəluz-Məqrib reqionundan seçilirdi. Ərəb işğalçıları fəth etdikləri xalqların məbədlərinin (Roma, Yunan və Zərdüştlər məbədlərinin) yerində gözəl məscidlər yaradırdılar[1].
Tarixi
redaktəMəhəmməd peygəmbərin dövründə tikilmiş bir neçə binanı islam memarlığının ilki hesab olunsada, ilk məscid Mədinədə inşa olundu[2]. 632-ci ildə Məkkədə Kəbə yenidən bərpa olundu ve rekonstruksiya olundu. İlk vaxtlarda islam memarlığında daha sadə binalar inşa olunardaı, daha çox peğəmbərin evinin forması təkrarlanardı[3]
İslami bina və qurğuların layihələndirilməsinə ilk dəfə olaraq fəlsəfi konsepsiya gətirən Əl-Fərabi olmuşdur. O göstərir ki, bu proses insanın yaşayış tərzinə uyğun ağıllı prinsiplərlə insan bədəninin quruluşu və kosmik vahidlik qanunlarına əsasən qurulur. Əl-Fərabinin "Əlverişli həndəsi əməliyyatlar" əsəri ilahi-gözəl memarlıq nümunələrinin həndəsi əsasını təşkil etmişdir ki, memar Əcəmi də bundan bəhrələnmişdir[4]
Əsas xüsusiyyətləri
redaktəMəscid
redaktəMəscid (ərəb dilində (مسجد) — "təzim yeri"[5][6]) — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər
Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir.
Məscid tipləri
redaktə- məhəllə məscidi — gündəlik beşdəfəlik məscid üçün nəzərdə tutulanlar;
- cümə məscidi — kollektiv şəkildə cümə namazı üçün nəzərdə tutulanlar;
- kəbirə — mərkəzi şəhər məscidi;
- müsəllə — açıq meydanlı Qurban bayramıı üşün nəzərdə tutulan ümumşəhər məscidi.
Kompozisiya baxımından məscidlər aşağıdakı tiplərə bölünür:
- Frontal kompopzisiyalı məscidlər — Frontal kompozisiyalı məscidlər ancaq vahid baş ox boyunca inkişaf etmiş fəza əlaqalərinə malikdir. Bu məscidlərin bəzi tipi kümbəz örtüklü tirli taxtapuşlu konstruksiyadan asılı olaraq görünüş ifadə edir.
- Portal kümbəzli kjompozisiyalı məscidlər — Bu tip məscidlərdə əsas elementlər olaraq kürəvi kümbəzi və portal kompozisiyasını daşıyan kvadrat, yaxud düzbucaqlı prizmatik həcm qəbul edilir. Portal – kümbəzli kompozisiyaya malik məscidlərdə baraban üzərində qaldırılmış kümbəz portalla bərabər nisbətdə ayrılır.
- Sütunlu kiompozisiyalı məscidlər — Xristianlığın Bazilik məbədlərindən fərqli olaraq sütunlu məscidlərdən ibadət edənləri mehraba istiqamətləndirən mərkəzi ox olmur. Nizamlı düzülmüş sütunlar bir-birindən bərabər məsafədə yerləşirlər. Dörd sütunlu məscidlərdə "Cənubi Azərbaycanın Ashak şəhərindəki Cümə məscidi" sütunların sayı minimuma qədər azaldılmışdır[7].
Mədrəsə
redaktəMüsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələrin ümumi adı. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır.
Mədrəsələrin memarlıq üslubu
redaktəMədrəsələr müsəlman dünyasında daha çox X–XII əsrlərdən sonra tikilməyə başladı. Adətən mədrəsə binası ərazisində məsgid, yataqxana və ümumi dinləmə zalı olardı. Bəzi mədrəsə tipində isə məscid ayırı yerləşərdi.
Xanəgah
redaktəXanəgah (fars. خانگاه), (türk. tekke) və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir. Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.
Karvansara
redaktəKarvanların dayanacaq yeri. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.
Mavzoley
redaktəMavzoley lat. mausoleum — от q.yun. Μαυσωλεῖον[8]; на Востоке: ərəb. مزار — мазар) — məzar üzərində tikilən böyük memarlıq abidəsi, türbə. Xüsusi kamerda ölmüş insanın nəşi yerləşdirilir. Dünyanın yeni yeddi möcüzəsindən biri hesab olunan Tac Mahal Təbrizdən gətirilən türk memarlarının yaratdığı bir tikilidir.
Memarlıq üslubları
redaktəFars memarlığı
redaktəFars memarlığı üçün daha çox konusvarı kərpic sütunlar, böyük tağlar xarakterikdir. Adətən belə tağlar bir neçə sütun üzərində dayanır. Tikintidə daha çox ulduzşəkilli və xaçşəkilli piltələrdən istifadə olunurdu[9]
Osmanlı memarlığı
redaktəOsmanlı memarlığında Bizans, Suriya və Fars memarlığının təsiri hiss olunur. Bu memarlıq üslubu XV–XVI əsrlərdə Bursa və Ədirnədə ilkin olaraq formalaşdı. Osmanlılar daha çox daxili genişliyə malik tikililər timəkdə mahir idilər. Böyük günbəzlərinin olması osmanlı memarlığının xatakterik cəhətidir. Ümumən Osmanlı memarlığı özündə fərqli üslubları birləşdirir.
- Osmanlı əvvəlki dövr.
- Erkən dövr arxitekturası və ya Bursa üslubu.
- Klassik dövr.
- Lalə dövrü.
- Barok dövrü.
- Ampir üslub dövrü.
- Tənzimat dövrü.
Moğol memarlığı
redaktəMəğrib memarlığı
redaktəKordobada Böyük məscidinin tikintisi Priney yarımadasında və Şimali Afrikada islam memarlığının əsasını qoydu. Qısa zamanda çox əzmətli memarlıq abidələri bu bölgədə inşa olundu. Əlhambra sarayı, Kordoba məscidi, Kutubiyyə məscidi Məğrib memarlığının inciləri hesab olunur.
Xarakterik memarlıq elementləri
redaktəİslam memarlığının əsasını aşağıdakii elementlər təşkil edir.
- Günbəz—dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementi. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çəx böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür.
- Minarə — (ərəb. منارة) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.[10]
- İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir[11].
- Qiblə — ("əks tərəfdə yerləşən") məscidin Kəbəyə yönələn divarı.
- Mehrab — — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer[10].
- Ənəzə ("qüllə") — məscidə girişə yaxın bir yerdə xüsusi qoyulmuş divar, mərmər və ya taxta lövhə, həyətdə mehrab əvəzi.
- Minbər — mehrabdan sağda bir qədər yüksəkdə qurulan xüsusi yer. Oradan vaiz dindarlara xütbə oxuyur və ya müraciər edir. Belə qayda xristianlıqdan əvvəlki dini inanclarda da var idi[10].
- Məksurə — Mehrab və minbərin yanında nazik taxta və ya metal lövhə ilə ayrılmış kvadrat ərazi. Yer məsciddə hökmdarın və ya hakimiyyət nümayəndəsinin iştirakı üçündür.
- Diqqə — müəzzinlərin dayandığı xüsusi platforma. Müəzzinlər imamın hərəkətlərinin təkrarlayır və dindarların hərəkətlərini yönəldirlər.
- Kürsü — Quranın qoyularaq rahat oxunması üçün xüsusi taxta söykənək[12].
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-03.
- ↑ Исламская архитектура (англ. Islamic architecture)
- ↑ "Исламская (мусульманская) архитектура". 2016-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
- ↑ "İşlam memarlığı və inşaat" (PDF). 2011-09-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-04.
- ↑ "Большая Советская Энциклопедия. Мечеть. Бартольд В.В." 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
- ↑ "А. Д. Михельсон. Объяснение 25000 иностранных слов, вошедших в употребление в русский язык, с означением их корней. — 1865". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
- ↑ "Azərbaycanda islam dininin inkişafı və dini abidələrin tikintisi". 2015-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ "Словарь русского языка в 4-х томах. Т. 2. — 1999". 2008-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
- ↑ "Arxivlənmiş surət". 2016-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
- ↑ 1 2 3 Azərbaycan dilinin izahlı lüğəti. III cild. Bakı, Şərq-Qərb, 2006
- ↑ "İslimi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
- ↑ "Arxivlənmiş surət". 2015-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.