Ingilis Teri - Wikipedia
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik.
Epidemiya
redaktə"İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
1492-ci ildə bu xəstəlik İrlandiyaya ingilis taunu kimi yayılmışdır. Lakin bir sıra tədqiqatçılar bu xəstəliyin qızdırma olması bildirilmişdir.
1507 və 1517-ci illərdə bu xəstəlik yenidən ölkədə yayılmağa başladı. Oksford və Kembric şəhərlərində əhalinin yarısı bu xəstəlikdən dünyasını dəyişmişdir. Bu vaxt ərzində xəstəlik qitədə nüfuz etməyə başlayır. Əsasən Kale (o dövrdə ingilislərin hakimiyyəti altında idi) və Antverpendə yayılmışdı.
1528-ci ilin mayında xəstəlik dördüncü dəfə İngiltərədə peyda olmuş və bütün ölkə ərazisinə yayılmışdır. VII Henrix xəstəlik səbəbindən öz iqamətgahını və Londonu tərk etməyə məcbur olur. Bu dəfə xəstəlik qitədə daha ciddi nüfuz etməyə başladı. İlk əvvəl Hamburqda peyda olduqdan sonra, şərqə doğru Polşaya, Böyük Litva knyazlığına, Böyük Moskva knyazlığına, daha sonra şimala Norveçə və İsveçə doğru yayılmağa başlamışdır. Adətən xəstəlik peyda olduğu ərazidə 2 həftədən çox davam etmirdi. Lakin bu xəstəlik Fransa və İtaliyadan yan keçmişdir. İlin axırında bu xəstəlik hər yerdə yox oldu, ancaq İsveçrədə növbəti ilin sonuna qədər qalmışdır.
Sonuncu dəfə bu xəstəlik 1551-ci ildə yenidən peyda olmuşdur. Bu xəstəliyin şahidi kimi məşhur ingilis həkimi Con Kiz xüsusi kitabda təsvir etmişdir: A Boke or Counseill Against the Disease Commonly Called the Sweate, or Sweatyng Sicknesse.
XVIII-XIX əsrlərdə Fransada buna oxşar "pikardiya təri" adlanan xəstəlik peyda olmuşdur. Lakin bu xəstəlik ingilis tərindən fərqli olaraq dəridə ləkələrlə və sızanaqlarla müşahidə olunmuşdur.
Bu xəstəlik ilk dəfə peyda olduqda bundan Londonun 2 lord-meri, 6 oldermeni və 3 şerifi dünyasını dəyişmişdir. Bu xəstəlikdən kral ailəsi olan Tüdorlara yaxın olan insanlar vəfat etmişdir.
Deyilənə görə, VIII Henrixin gələcək həyat yoldaşı olacaq Anna Boleyn 1528-ci ildə "ingilis təri"nə yoluxmuş, lakin bu xəstəlikdən sağala bilmişdir.
Simptomları
redaktəBu xəstəlik güclü titrəmə, başgicəllənməsi və baş ağrısı, həmçinin boyunda, çiyinlərdə və əzalarda güclü ağrılarla başlayırmış. Bu haldan 3 saat sonra güclü tər, yanğı, nəbzin sürətlə vurulması, ürəkdə ağrı başlayır. Bu zaman dəridə heç bir sızanaq peyda olmurdu. Bu xəstəliyin əsas əlaməti güclü şəkildə yuxuya getmə idi. Hesab olunurdu ki, bu xəstəliyə tutulmuş insana yatmağa icazə versən, o yuxudan ayılmaya da bilər.
Bir dəfə bu güclü qızdırmadan canını qurtara bilən insan ikinci dəfə bu baş verəndə artıq sağ qalmırdı.
Frensis Bekon "VII Henrixin hakimiyyət tarixi" əsərində bu xəstəlik haqda belə yazmışdı:
Elə bu vaxtlar, payızda - sentyabrın sonunda Londonda və krallığın digər yerlərində indiyədək məlum olmayan bir epidemiya yayılmağa başlamışdır. Buna tutulan xəstə 24 saat ərzində ölmürdüsə, bununla onu bundan xilas olmuş hesab etmək olardı. Bu xəstəliyin yayılması sentyabrın 21-də başlayıb oktyabrın axırlarında dayanmışdır. Bu xəstəlik nə tacqoyma mərasiminə, nə də bundan 7 gün sonra baş tutacaq parlamentin iclasının keçirilməsinə mane olmuşdur. Bu taun idi, lakin bu xəstəlik çibanla, bənövşəyi və mavi ləkələrlə müşahidə olunmamışdır. Əgər xəstəni daima orta temperaturda saxlasalar, onun paltarı və ocağa baxsalar, onu soyuğa verməsəydilər o adətən sağalırdı. Lakin bu xəstəlikdən sağalmanın əlacı tapılana qədər saysız hesabsız insan bu xəstəlikdən dünyasını dəyişmişdir. |
Səbəbləri
redaktə"İngilis təri"nin səbəbləri sirr olaraq qalır. Belə ki Tomas Mor və ondan sonrakılar bunu təbiətdəki çirkli və zərərli maddələrlə əlaqələndirirdilər.
Ədəbiyyat
redaktə- Karl Sudhoff: Ein Regiment gegen den «Englischen Schweiß» (sudor anglicus). Fliegendes Blatt aus dem Schweißsuchtjahr 1529, in: ArchGeschMed 1, 1907, S. 72
- Gunter Mann: Euricius Cordus. Der Englische Schweiß. 1529 hrsg. und mit einem Nachwort von G. Mann, Marburg, 1967
- G. Thwaites, M. Taviner, V. Gant: The English Sweating Sickness, 1485 to 1551. In: The New England Journal of Medicine, 336.1997; S. 580—582
- E. Bridson — «The English 'sweate' (Sudor Anglicus) and Hantavirus pulmonary syndrome» in Br J Biomed Sci. 2001;58(1):1-6.