Ziraat Bank - Wikipedia
Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir.
Ziraat Bank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Dövlət bankı |
Sənaye | Maliyyə xidmətləri |
Məhsulları | Maliyyə xidmətləri, kredit kartı, pərakəndə bankçılıq, kommersiya bankı, investisiya bankçılığı, girov, özəl bankçılıq |
Təsis tarixi | 20 noyabr 1863 |
Baş qərargahın yeri | Millət, Altındağ Ankara |
İqtisadi göstəriciləri | |
Birjada listinqi | BIST:TCZB |
Ümumi kapital | ▲ 31,546 milyard ₺ |
Ümumi aktivlər | ▲ 302,848 milyard ₺ |
Ümumi gəliri | ▲ 22,050 milyard ₺ |
Xalis mənfəəti | ▲ 5,126 milyard ₺ |
Struktur | |
İşçi sayı | 25 697 |
Ana şirkət | Türkiyə Varlıq Fondu |
Rəhbərlik | |
Təsisçi | Əhməd Şəfiq Mithat Paşa |
Ziraat Bank | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçə
redaktəTürkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir.[1]
Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir. Belə ki, 2013-cü il ilə müqayisədə, 2014-cü ildə Bankın aktivləri 19% artaraq 108 milyard dollar, kreditləri 27.8% artaraq 74.5 milyar dollar, mənfəəti 21.6% faiz artaraq 1.75 milyard dollar təşkil etmişdir.
Ziraat Bank Azərbaycan
redaktəMakro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.
Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səsvermə
hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səsvermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səsvermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.[2]
İstinadlar
redaktə- ↑ "Ziraat Bank Azərbaycan". Tarixçə. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
- ↑ "Ziraat Bank Azərbaycan". Haqqımızda. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.