Zindanmuruq - Wikipedia
Zindanmuruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi.
Kənd | |
Zindanmuruq | |
---|---|
41°19′51″ şm. e. 48°11′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Quba-Xaçmaz iqtisadi rayonu |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1 254.4[K 1] |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3839[1] |
Toponimikası
redaktəZindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır. Vaxtilə Azərbaycana köçmüş əhali əvvəlki yaşayış məntəqəsinin adını yeni kəndə vermişdir. Rayon ərazisində Böyük Muruq adlı kənd də var.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 807 nəfər əhali yaşayır.[3] Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur.
Təhsilin vəziyyəti
redaktəZindan-Muruq kənd tam orta məktəbi 2013-cü ildə yenidən tikilərək şagirdlərin və müəllim heyətinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Qusar rayonu Zindan-Muruq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 390 000 manat vəsait ayrılmışdır[5].
Mədəniyyəti
redaktəKənd klubu, kitabxanası fəaliyyət göstərməkdədir. Hər il mart ayının ortalarında Novruz bayramı qabağı məktəb uşaqları konsert proqramı ilə çıxış edirlər.
Din
redaktəKənd ərazisində yerləşən köhnə məscidin yerində 2013-cü ildə xarici görünüşü eyni olmaqla yeni məscid inşa olunmuşdur. Yenidənqurulmuş məscidin yerindəki əvvəlki məscid 1825-ci ildə tikilmişdir. SSRİ dövründə anbar kimi istifadə olunmuşdur. Məsciddə eyni vaxtda 150 nəfər ibadət edə bilər[6].
Dili
redaktəKənddə ləzgilər yaşayır. Bu səbəbdən ana dilləri ləzgi dilidir.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı:2010, səh.629
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az (az.)
- ↑ Sumqayıtda yşayan iş adamı məscid tikdirib [ölü keçid]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Sitat səhvi: " K " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="K"/>
teq tapılmadı