Zaur Ehmedov - Wikipedia
Əhmədov Zaur Musa oğlu — texnika elmləri doktoru, professor.
Zaur Əhmədov | |
---|---|
Əhmədov Zaur Musa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Mükafatları |
Həyatı
redaktəƏhmədov Zaur Musa oğlu 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, 1962-ci ilə qədər "Azneft" İB neft mədənlərində işləmişdir. 1962-ci ildən müxtəlif vəzifələrdə işləmişdir. ADNA-da tədris işləri üzrə prorektor işləmişdir, hazırda isə kafedra müdürüdür. 1965-ci ildə "Qaz-kondensat sistemlərinin süzülməsinin hidrodinamik tədqiqi" mövzusunda namizədlik, 1971-ci ildə isə "Neft və qaz-kondensat yataqlarının işlənilməsində tətbiq olunan maye-qaz sistemlərinin süzülməsinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktəƏhmədov Z.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft-qaz və qaz-kondensat yataqlarının işlənilməsi məsələləri; qaz-kondensat yataqlarının işlənilməsinin nəzəri əsaslarının yaradılması; neft-qaz yataqlarının səmərəli işlənilməsi sisteminin yaradılması üzrə fundamental işlər; gilli məsaməli mühitlərdə qazların və aşağı özlülüklü neftlərin süzülməsi zamanı təzyiqin ilkin qradiyentinin yaradılması səmərəsinin aşkar edilməsi; qeyri-nyuton neftlərin süzülməsinin tədqiqi və oxşar yataqların işlənilməsinin yeni keyfiyyətlərinin təyin edilməsi. Əhmədov Z.M. 150-dən artıq elmi məqalənin, metodik rəhbərlik, tədris vəsaitinin müəllifidir. İxtira və patentlərə görə müəlliflik şəhadətnaməsi alıb. Elmi kadrların hazırlığı ilə məşğul olur. Əhmədov Z.M. Azərbaycanın Dövlət mükafatı laureatı, "Əməkdar elm və texnika xadimi", "SSRİ fəxri neftçisi" kimi adlara layiq görülüb. O, "Ekoenergetika" Beynəlxalq Akademiyasının həqiqi üzvüdür.