Zengezur Zengciceyi - Wikipedia
Zəngəzur zəngçiçəyi (lat. Campanula zangezura) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU C2a (i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Zəngəzur zəngçiçəyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Zəngəzur zəngçiçəyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik bitkidir. Gövdələr 20-40 sm hündürlükdədir. Altyarpaqlar uzun saplaqlı, dərin ürəkvari, 5 künclü, ortaya qədər dərin kəsilmiş rombvari, uzunsov-üçkünc və ya uzunsov seqmentli, üst yarpaqlar tədricən azalan və oturaqdır. Çiçəklər nazik saplaqların üzərindədirlər, əyilən, iri, diametri 3 sm, bənövşəyi-göyümtül rəngdədir. Kasacıq sərt tükcüklü, əyilmiş lansetvari-xətvari dişciklidir. tac xaricindən çılpaq, içəridən zəif kirpiklidir. Sütuncuq 3, burulmuş, dişiciyin ağzı uzun tükcüklüdür .
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə - meyvə mələgəlmə dövrü iyun-sentyabr aylarına təsadüf edir. Kserofit bitkidir.
Yayılması
redaktəNaxçıvanın dağlıq hissəsidir (Qapıcıq dağı, Parağa Umus kəndləri ətrafı).
Sayı və tendensiyası
redaktəPopulyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen, iqlim və zoogen amillərdir.
Mühafizə tədbirləri
redaktəAntropogen təsirlərin azaldılması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur. Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi akademik H.Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Symphyandra zangezura Lipsky