Yusif Musabeyov - Wikipedia
Yusif Süleyman bəy oğlu Musabəyov (10 aprel 1910, Tiflis – 8 may 1970, Yaroslavl) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü.
Yusif Musabəyov | |
---|---|
Yusif Süleyman bəy oğlu Musabəyov | |
Doğum tarixi | 10 aprel 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1970 (60 yaşında) |
Vəfat yeri | |
İş yeri |
|
Həyatı
redaktəYusif Süleyman bəy oğlu Musabəyov 10 aprel 1910-cu ildə Tiflis şəhərində anadan olub. Əslən Qəbələ bölgəsindəndir.[1] O, Yaroslavl Texnologiya İnstitutunun üzvi kimya kafedrasının yaradılmasına və inkişafında iştirak etmişdir. Musabəyov Beynəlxalq Təbiətşünaslıq və Fəlsəfə Tarixi Akademiyasının (Paris, Fransa) müxbir üzvü, üzvi kimya kafedrasının əvəzsiz rəhbəri, Yaroslavl Texniki Universitetinin texnologiya fakültəsinin dekanı, kimya elmləri doktoru və professor olmuşdur.[2]
Yusif Musabəyov 8 may 1970-ci ildə Yaroslavlda vəfat edib. Həmin şəhərdə onun şərəfinə xatirə lövhəsi ucaldılmışdır.[2]
Əsərləri
redaktə- Rus elminin atası M. V. Lomonosov (rus. Отец русской науки — М. В. Ломоносов). Saratov, 1946.
- Kimyaçı alimlər yaroslavlılar (rus. Ярославцы — ученые химики). Yaroslavl, 1950.
- Sintetik kimya yeni mərhələdə (rus. Синтетическая химия на новом этапе). Yaroslavl, 1958.
- Rusiyada üzvi sintezin tarixi (rus. История органического синтеза в России). Moskva, 1958.
- Mixail İvanoviç Konovalov (rus. Михаил Иванович Коновалов). Yaroslavl, 1959.
- Yustus Libix (rus. Юстус Либих. 1803–1873). Moksva, 1962.
- Şarl Adolf Vürts (rus. Шарль Адольф Вюрц. 1817–1884). Moskva, 1963.
- V. İ. Lenin və kimyanın inkişafı (rus. В. И. Ленин и развитие химии). Yaroslavl, 1964.
- Marselen Bertlo (rus. Марселен Бертло. 1827–1907). Moskva, 1965.
- Alimlərin həyatından maraqlı hekayələr (rus. Занимательные истории из жизни ученых). Yaroslavl, 1967.
- Yuliya Vsevolodovna Lermontova (1846–1919) (rus. Юлия Всеволодовна Лермонтова (1846–1919)). Moskva, 1967.
- Üzvi sərbəst radikallar haqqında fikirlərin yaranması və inkişafı (rus. Возникновение и развитие представлений об органических свободных радикалах). Moskva, 1967 (həmmüəlif).
- Sovet kimyasının başlanğıcında (rus. На заре советской химии). Yaroslavl, 1969.
- Dünyanın görkəmli kimyaçıları: biblioqrafik göstərici (rus. Выдающиеся химики мира: биобиблиограф. указ.). Moskva, 1971 (həmmüəlif).
- Fyodr Ftodoroviç Beylşteyn (rus. Федор Федорович Бейльштейн. 1838–1906). Moskva, 1971.
- Boris Vasilyevim Bızov (rus. Борис Васильевич Бызов. 1880–1934). Moskva, 1972.
İstinadlar
redaktə- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ 1 2 "YAROSLAVLDA AZƏRBAYCAN ALİMİNİN XATİRƏ LÖVHƏSİ AÇILMIŞDIR". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-06.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |