Yuri Andropov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yuri Vladimiroviç Andropov (2 (15) iyun 1914[1], Soluno-Dmitriyevskoye[d], Stavropol quberniyası[d], Rusiya imperiyası və ya Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 9 fevral 1984[2][3][…], Moskva, RSFSR, SSRİ[1][4][5],[6]) — SSRİ-nin görkəmli dövlət və partiya xadimi, 1982–1984-cü illərdə Sov.İKP MK-nın Baş Katibi, 1983–1984-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri, SSRİ DTK sədri (1967–1982).
Yuri Andropov | |
---|---|
rus. Юрий Владимирович Андропов | |
12 noyabr 1982 – 9 fevral 1984 | |
Baş nazir | Nikolay Tixonov |
Əvvəlki | Leonid Brejnev |
Sonrakı | Konstantin Çernenko |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 (15) iyun 1914[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 fevral 1984[2][3][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat |
Dini | ateizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | SSRİ Dövlət Təhlükəsizlik Komitəsi |
Rəhbərlik edib | |
Döyüşlər | |
Rütbəsi | ordu generalı |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olmuşdur.
Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə ÜİK(b)P sıralarına daxil olmuşdur. 1938–1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatının rəhbəri olmuşdur. Böyük Vətən Müharibəsindən sonra Karel-Fin Kommunist Partiyası MK-nın 2-ci katibi kimi fəaliyyət göstərmişdir.
1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə, məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və Sov.İKP MK-ya şöbə müdiri təyin edilir.
1961-ci ildə Sov.İKP-nin XXI qurultayında o, partiya Mərkəzi Komitəsinin üzvü seçilir, daha sonra isə, Sov.İKP MK katibi kimi fəaliyyət göstərir. 1967-ci ildə partiya fəaliyyətindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir. Dövlət Təhlükəsizlik Komitəsi-nin rəhbəri kimi 1967-ci ildə partiyanın ali orqanı olan MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1972-ci ildə Siyasi Büroya üzv seçilir. Öz fəaliyyətini o, əsasən, antisovet və dissident hərakatına qarşı mübarizəyə həsr edir. 1976-cı il 10 sentyabrda ona ordu generalı hərbi rütbəsi verilir.
Mixail Suslovun vəfatından sonra, Andropov 1982-ci ilin 24 mayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri postundan Sov.İKP MK-nın katibi vəzifəsinə keçirilir. Daha sonralar, 1982-ci ilin 12 noyabrında Andropov Sov.İKP MK-nın Plenumunda MK-nın Baş Katibi seçilir. SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin sədri seçilir.
Andopov, rəhbərliyi dövründə ölkədəki sosial-iqtisadi problemlərin həllinə ciddi diqqət yetirməyə başlayır. Ancaq, bunun üçün islahatlar ancaq əmək intizamının möhkəmlənməsi ilə bitir, o, sovet siyasi siteminin əsaslarına toxunmur.
Yuri Andropov 9 fevral 1984-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Y.Andropov sovet və post sovet araşdırmalarında qətiyyətli və ziddiyyətli dövlət xadimi kimi xarakterizə edilir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118649310 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Yury Andropov // Encyclopædia Britannica (ing.).
- ↑ Andropovun yaxın ətraflarına dediklərinə görə o bir il geç doğulub, texnikuma daxil olmaq üçün yaşını bir il artırıbсм. Arxivləşdirilib 2011-11-07 at the Wayback Machine
- ↑ " Atam məhz 1914-cü ildə doğulub" (Y.Andropovun birinci kəbindən qızı yevgeniya Volkova) ("Караван-РОС" qəzeti, Yaroslavl qəzeti, 28.06.2004).
- ↑ Bəzi mənbələrdə stanisa, bəzilərində dəmir yol stansiyası.