Yozef Karol Hell - Wikipedia
Yozef Karol Hell (alm. Josef/ph Karl Hell, mac. Hell József Károly, slovak. Jozef Karol Hell) — dağ mühəndisi və ixtiraçı. Dünyanın ilk avtomatik su nasosunun müəllifi.
Yozef Karol Hell | |
---|---|
mac. Hell József Károly | |
Doğum tarixi | 15 may 1713[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 1789[1][2] (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | mədənçi, ixtiraçı |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəMədən mühəndisi Matey Kornele Hellenin oğludur. 1731-ci ildən atası ilə birlikdə mühəndislik təhsili alır. 1737-ci ildə Mədən Məktəbinin professoru Samuil Mikovininin tələbəsi olur və riyaziyyat, həndəsə və geodeziya üzrə dərin nəzəri biliklər alır.
17-ci əsrin sonu — 18-ci əsrin əvvəllərində Avstriya İmperiyasının dağ-mədən sənayesində böhran baş verir. Mədənlər daha da dərinləşir, yeraltı suların olması mədən işlərinə mane olur və su çəkilmədən işlənmə qeyri-mümkün olur. Mədənləri bağlamalı idi, lakin mühəndis Yozef Hell çıxış yolu kimi suyun enerjisindən istifadə etməyi təklif edir.
Hellin təklif etdiyi inkişafa görə, tayxi (almanca Teich, tərcümədə gölməçə, arxa su deməkdir) qurulur — Ştiavnise dağlarında 60 su anbarı sistemi. Onlar əsasən Banska Ştyavnisa gümüş mədənləri üçün lazım olan enerji istehsalı üçün tikilmişdir. Onları ümumi uzunluğu 100 km-dən çox olan kanallar və tunellər birləşdirir.
Ərazidə əhəmiyyətli çaylar yoxdur, buna görə də taixi yağışlardan və qar əriməsindən su toplayırdı. Daha sonra kanal sistemi boyunca su mədənlərdən suyun vurulması üçün maşınlara yönəldilmişdir. Bəndlərin hündürlüyü təxminən 30 metr idi. Taix sisteminin tutumu 3 milyon kubmetrdir. Taixlərin tikintisi çoxlu vəsait tələb edirdi. Rihnava gölündə iki taixa 3 il ərzində (1738–1740) 4000 nəfər tərəfindən tikilmişdir. Bu nəhəng strukturlar mədənləri enerji ilə təmin edir və nəticədə mədən işləri yenidən başlayır, amma o vaxtkı nasosların gücü zəif idi və suyun çəkilməsinə külli miqdarda vəsait xərclənirdi. Dünyada ilk buxarla işləyən nasoslar artıq peyda olmuşdu, lakin onların tikintisi böyük miqdarda ağac tələb edirdi — bu, çox bahalı idi.
1736-cı ildə, 23 yaşında olan mühəndis Yosef Karol Hell, o dövrdə mövcud olan bütün digərlərindən qat-qat güclü olan avtomatik su nasosu hazırlayır. Onun ilk maşını 212 metr dərinlikdən suyu çəkə bilir. Bu nasos 1738-ci ildə Banska Ştyavnisada istifadəyə verilmişdir. Tədricən onun ixtiraları digər Avropa ölkələrində də qəbul edilir. 1749–1768-ci illər arasında inşa edilmiş Yosef Karol Helin nasos maşınları bütün dünyada bu sahədə ən yaxşı texnologiyalardan biridir. Hal-hazırda onlar əsasən neft çıxarmaq üçün istifadə olunur (neft nasosları).
1744-cü ildə atasının ölümündən sonra Banska Ştyavnisa bölgəsinin dağ-mədən mədənlərinin baş mühəndisi olur.
1789-cu il martın 10-da vətəni Banska Ştyavnisada yoxsulluq içində vəfat edir.
İstinadlar
redaktə- ↑ 1 2 Hell József Károly // http://mek.oszk.hu/00300/00355/html/ABC05727/06198.htm.
- ↑ 1 2 Jozef Karol Hell // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
Mənbə
redaktə- Jozef Karol Hell (slovak.)