Yosunlar - Wikipedia
Yosunlar (lat. Algae) — çoxhüceyrəli orqanizmlər.
Yosunlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yosunlar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Tarixi
redaktətorpaqlar digər adı ilə mamırlar Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən 1,5–2 milyon il planetimizin vahid canlıları olmuşlar. Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda dənizdə, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125 000-dən çox növləri məlum deyil
Yosunların formaları
redaktəYosunlar ibtidai avtotrof bitkilər olub, əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar. Tərkibində xlorofil və digər piqmentlər olduğuna görə bitkilər kimi fotosintez qabiliyyətinə malikdirlər.
Yosunların quruluşu
redaktəYosunların diferensiasiya olunmuş kökləri, yarpaqları, çiçəkləri və toxumları olmur. Onların orqanizmi tallom adlanan gövdə cismindən ibarətdir. Çox iri ölçülü bəzi yosunlar rizoidlərlə (yalançı köklərlə) substrata yapışır. Bu orqanizmlər sadə bölünmə, zoosporlar və cinsiyyətli yolla çoxalırlar. Bəzilərində nəsil növbələşməsinə də (qonur yosunlarda) təsadüf olunur.
Yosunların tərkibində olan rəngli piqmentlər onları bitkilər aləminə aid edir. Təbii ki, ibtidai bitkilərin təkamülündə bu orqanizmlər keçid rolu oynamışlar.
Yosunlar fitotrof olduqlarına görə əsasən torpağın üst qatında (0–10sm) yayılmışlar və dərinliyə getdikcə onların miqdarı azalır. Lakin 2–3 m dərinlikdə nadir halda tək-tək müşahidə olunur.
Torpaqda qızılı və qırmızı yosunlara nadir halda rast gəlmək olur. Əkilən torpaqlarda yosunların miqdarı xam torpağa nisbətən yüksək olur. Hesablamalar göstərir ki, 10sm-ə qədər dərinliyi olan 1qr torpaqda 100000–300000-dək, əkilən torpaqlarda isə 1 milyondan 3 milyona qədər yosun hüceyrələri müşahidə olunur. Deməli 1 ha torpaqda 100–200 kq-a qədər yosun biokütləsi olur. Bu qədər çəkiyə malik biokütlə torpaqda fəal inkişaf edib, çoxalır və torpaq həyatında mühüm rol oynayırlar.
Yosunların torpaq həyatında rolu
redaktəYosunlar torpaq həyatında bir sıra proseslərdə fəal iştirak edirlər:
- Yosunlar torpağı üzvi maddələrlə zənginləşdirir və bəziləri azot fiksə edir və digər mikroorqanizmlərin inkişafını stimulə edir. Fotosintez prosesi nəticəsində topladıqları üzvi birləşmələr yosun tələf olduqdan sonra torpağa keçir.
- Əmələ gələn üzvi birləşmələr nəinki bakteriyaların yemini, hətta torpaqda toplanan humusun əsasını təşkil edir.
- Mineral suxurların torpağa çevrilməsi prosesində yosunlar əsas rol oynayır. Krakatau adasında püskürən vulkan bütün canlıları məhv etmiş və hər yeri mineral kütlə olan isti lava örtmüşdü, lakin suxurlar soyuduqdan sonra onun üzərində əmələ gələn ilk canlı yosunlar olmuşdur. Bunların əmələ gətirdikləri metabalizm məhsulları ilə həmin suxurlar tədricən parçalanır və orada üzvi maddələr, humus əsasən yosunlar hesabına əmələ gəlmiş və beləliklə, bitkilərin inkişafı üçün şərait yaranmışdır. Analoji hala məhsuldar olmayan torpaqlarda da rast gəlmək olur.
- Yosunlar torpağın üst qatında inkişaf edərək, onun üzərini pərdə ilə örtür və beləliklə torpağı eroziyadan qoruyur. Belə pərdənin altında su rejimi və fiziki-kimyəvi şəraiti də dəyişir ki, bu da öz növbəsində torpağın formalaşmasına təsir göstərir.
- Yosunların ifraz etdiyi selik bilavasitə torpağın strukturlaşmasına kömək edir.
- Yosunların tənəffüs nəticəsində əmələ gətirdikləri O2 bitkilərin köklərinin oksigenə olan tələbatını ödəyir və eyni zamanda torpaqda yaşayan aerob bakteriya və göbələklərin inkişafları üçün şərait yaradır, bunlar da öz növbəsində üzvi maddələrin minerallaşma prosesini aparırlar.
- Torpaqdakı yosunlar orada yaşayan ibtidailərin yemini təşkil edir.
- Yosunların torpaq həyatındakı ən böyük rolu torpaqda azot rejimini tənzim etməkdir. Onlar bir tərəfdən torpaqda olan azotlu maddələri alıb, öz bədənlərində üzvi azotlu birləşmələrə çevirirlər və beləliklə də azotun bir hissəsi bitkilər tərəfindən mənimsənilən formaya keçir. Digər tərəfdən də burada olan yosunların bir çox növləri torpağın atmosfer hesabına azotlu maddələrlə zənginləşməsini təmin edirlər. Hindastanda, Yaponiyada və Çində göy-yaşıl yosunlardan düyü əkilən sahənin məhsuldarlığını artırmaqda azot mənbəyi kimi istifadə olunur.
- Laminariya yosunundan sarılıq və raxit xəstəliyinin müalicəsində istifadə olunur.
- Qırmızı və qonur yosunlarindan alınan aqar-aqar maddəsindən isə qənnadı sanayesindən, mikrobiologiyada istifadə edilir.
Yosunların çoxalma üsulları
redaktə- Vegetativ (bölünmə ilə, tallomun hissələri ilə, tumurcuqla və s.)
- Qeyri-cinsi (spor və zoosporlarla)
- Cinsi (konyuqasiya) və ya avtoqamiya
- Qametlərin qovuşması nəticəsində cinsi çoxalma. Qametlərin ölçü və formasından asılı olaraq izoqamiya, heteroqamiya, ooqamiya kimi prosesləri ayırd edirlər.
Yosunların şöbələri
redaktə- Pirofit
- Qızılı
- Diatom
- Sarımtıl-yaşıl
- Qonur
- Qırmızı
- Evqlen
- Yaşıl
- Xara
Yaşam şəraitinə görə qrupları
redaktəYaşama şəraitinə görə suda və sudan kənarda yaşayan yosunlar ayırd edilir.
Suda yaşayan yosunlar
redaktəSuda yaşayan yosunlar 3 böyük qrupa bölünür: plankton (suda asılmış halda) və bentos (su hövzələrinin dibində) və ya perifiton (sualtı qayaları örtür).
İstifadəsi
redaktəYosunların böyük praktik əhəmiyyəti vardır, müxtəlif məqsədlər üçün istifadə olunur. Hər şeydən əvvəl yosunlar əsas qida mənbələrindən biridir. Bir çox növ insan qidasını, dəniz heyvanlarının, xüsusilə balıqların, xərçəngkimilərin və s. yemini təşkil edir. Yosunlar suyun öz-özünə tənzimlənməsində, mineral suxurların parçalanmasında mühüm rol oynayır. Yosunların bəzi növlərindən polisaxarid-algin, qırmızı və qonur yosunlardan isə mikrobiologiyada geniş tətbiq edilən aqar-aqar alınır. Qonur yosunlardan alınan algin və alginatlar yapışdırıcı xüsusiyyətə malik olduğundan bunlar yeyinti məhsullarına, dərman preparatlarından həblər hazırlanmasında, kağıza, sintetik liflərə və plastik kütlələrə qatılır.
Yosunlar kosmosun fəth edilməsi problemində də böyük əhəmiyyətə malikdir. Onlar atmosferdə olan CO2 mənimsəyib O2 xaric edir. Yosunların torpaqda da rolu böyükdür. Bunların arasında atmosfer azotunu fiksə edən növlər də məlumdur.
Yosunların çoxalıb yayılması ilə dənizlərin, göllərin, su hövzələrinin məhsuldarlığı hesablanır.
Yosunların ifraz etdiyi selik torpağın strukturuna təsir edir. Mikroskopik yosunların bir çoxu torpaqda yaşayan ibtidailərin qidasını təşkil edir. Humusun əmələ gəlməsində və bitkilərin oksigenlə təmin edilməsində bunlar böyük rol oynayır. Torpağın məhsuldarlığını artırmaqda bəzi yosunlardan gübrə kimi istifadə olunur.
Torpaqda mühüm rolu olan yosunlardan, prokariotlara aid olan göy-yaşıl, əsil yosunlardan isə yaşıl və diatom yosunları göstərmək olar. Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal iştirak edir.[2] Yosunları öyrənən elm alqologiya adlanır.
Yosunlar xərçəng əleyhinə xassələrə malikdirlər. Antioksidantlar. Dəniz yosunları güclü antioksidantlara malikdirlər. Onların yaşadığı oksidativ mühitə cavab olaraq yosunlarda güclü antioksidant xassəsi yaranıb. Fotosintez qabiliyyətinə malik olaraq dəniz yosunları işıqda və oksigenin yüksək artıqlığı miqdarında sərbəst radikallar və digər güclü oksidləşdiricilər əmələ gətirir. Onlardan müdafiə üçün yosunlar güclü antioksidant müdafiə mexanizmini inkişaf etdirir ki, bu da sərbəst radikallardan səmərəli azad olmağa kömək edir. — Antiproliferativ, iltihab əleyhinə, anginogen və antiaqreqat xassələrə malikdirlər. Xərçəng əleyhinə tam kokteyldir. — Şiş hüceyrələrini özlərini məhvə təhrik edir. — Qlikemiyaya nəzarətə kömək edir, şiş hüceyrələrinə onlar üçün yaxşı qida olan şəkəri toplamağa mane olur. — Hormonların tənzimləyicisidir. Estrogenlərin və fitoestrogenlərin hormonal sistemlərini tənzimləməyə kömək edir, hormon asılılığı, şişlərin yaranma riskini azaldır. — Yapon qadınlarında reproduktiv həyat qısadır və qanda estrogenlərin miqdarı Avropa qadınlarında olduğundan azdır. Bu iki faktor süd vəzinə, uşaqlığın selikli qişasına və yumurtalıqlara estrogenlərin təsirini azaldır və bununla da hormon asılılıqlı şişlərin yaranması təhlükəsini azaldır. — Yosunlar orqanizmdə akkumulyasiya olunmuş ağır metalların kənarlaşdırılmasına kömək edir. — Fukoidanlara və fukoksantinlərə malikdir ki, bu iki maddə xərçəng üçün öldürücüdür. Yosunlar, daha çox da kombu və vakame fukoidanlara malikdir. Şəkərlərin bu mürəkkəb polimerləri şiş hüceyrələrinin özünü məhvini yaratmaq qabiliyyətinə malikdirlər. Fukoidanlar melanoma şiş hüceyrələri tozunu, yoğun bağırsaq, süd vəzi, ağ ciyər, qara ciyər, öd kisəsi, yumurtalıqlar, böyrək xərçənginin, leykemiyanın çoxalmasının qarşısını almaq üçün faydalıdır. Fukosantın xərçəngə qarşı mübarizə üçün dənizin hədiyyəsidir. Bu, sarı piqment olub dəniz yosunlarında çoxdur. O, şiş əleyhinə təsirə malikdir, xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Əlavə olaraq o, bizə çəki azaltmaqda və qanda şəkəri tənzimləməkdə kömək edir – başqa sözlə, kökəlməkdən və şəkərli diabetdən qaçmaqda kömək edir. — Yosunlar immun sistemini intensiv stimullaşdırır. Onlar immun sisteminin güclü stimullaşdırıcısı olan betaqlükanlarla zəngindirlər. — Bir laboratoriyanın əməkdaşları son mərhələdə olan leykozlu siçovullar üzərində təcrübə aparıb, yosunların və müxtəlif farmokoloji preparatların siçovulların immun sisteminə təsirini müqayisə ediblər. Yalnız yosunların təsiri müsbət nəticə verib. Yosunlar iltihab əleyhinə, antikoaqulyant, antianqiogen və antiproliferativ xarakteristikalara malik olduğundan onlar xərçəng ilə mübarizədə nanohissəcik kimi istifadə olunurlar. Əhəmiyyətlidir! Yosunlar xərçəngin iki ilkin mərhələsində xüsusilə faydalıdır: başlanğıcda və inkişafda. Onlar sağlam hüceyrələrə təsir etmədən xüsusi ximoterapiya kimi işləyirlər.
== İstinadlar ==
1. Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим. 2. NKPİ.az saytı,2019–10-11
Mənbə
redaktə- Biologiya. Bitkilər, Bakteriyalar, Göbələklər , Şibyələr. (Vəsait-sorğu kitabçası). — Bakı, "Şərq-Qərb", 2010.
- Ботаника: Курс альгологии и микологии. Под ред. Ю. Т. Дьякова. — М.: Издательство МГУ, 2007
- Водоросли // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Водоросли, лишайники и мохообразные СССР. Под ред. Л. В. Гарибовой. — М.: Мысль, 1978
- Горбунова Н. П. Альгология. — М.: "Высшая школа", 1991
- Жизнь растений в 6-ти тт. Том 3. Водоросли. Лишайники. Под ред. А. А. Фёдорова. — М.: Просвещение, 1977
- В. А. Крыжановский, Г. Л. Билич. Биология. Полный курс. В 3-х тт. Том 2. Ботаника. — М.: ООО "Издательский дом "ОНИКС 21 век"", 2002
- Курс низших растений. Под ред. М. В. Горленко. — М.: "Высшая школа", 1981
- Малый практикум по низшим растениям. — М.: "Высшая школа", 1976
- Паршикова Т. В. Поверхностно-активные вещества как фактор регуляции развития водорослей. — К.: Фитосоциоцентр, 2004. — 276 с. — ISBN 966-306-083-8.
- Храмцов А. К. Краткое руководство по определению родов пресноводных водорослей. — Минск, 2004.
- Tullock J. H. Natural reef aquarium: simplified approaches to creating living saltvater microcosmos. — Neptune Sity, NJ: T. F. H. Publications, 1997. — ISBN 1-890087-01-7.