York Hersoqu - Wikipedia
York hersoqu (ing. Duke of York) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, İngiltərə (daha sonra Britaniya) monarxlarının ikinci oğul övladına verilir. Bu ünvan Şotlandiya krallığının monarxial strukturundakı Albani hersoqu ünvanı ilə ekvivalentlik təşkil edir. İngiltərə və Şotlandiya krallıqlarının 1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də, York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı.
Ünvan İngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibi Birləşmiş Krallığın kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryudur. Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi 1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.
İlk verildiyi Edmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.
Tarixi
redaktəOrta əsrlərdə York şimali İngiltərənin əsas şəhəri və 735-ci ildən etibarən York başyepiskopluğunun mərkəzi idi. Yorkşir isə İngiltərənin bölgədəki ən böyük əyaləti idi. York adı isə orta əsrlər dönəmində burada vikinqlər tərəfindən yaradılan kiçik Jorvik krallığının adından qaynaqlanır.
York hersoqu ünvanı ilk dəfə 1385-ci ildə İngiltərə kralı III Eduardın dördüncü oğlu Edmond Lanqliyə verildi. Onun ardından ünvanı alan oğlu Eduard isə 1415-ci ildə Azenkur döyüşündəki ölümünədək ünvanı daşıdı. Onun ölümünün ardından ünvan V Henri tərəfindən edam olunan qardaşı Konisburqlu Riçardın oğlu Yorklu Riçarda verildi. Yorklu Riçardın Gül müharibəsi illərində Veykfild döyüşündə ölümündən sonra ünvan onun böyük oğlu Eduarda keçdi ancaq Eduardın 1461-ci ildə IV Eduard adıyla İngiltərə taxtına keçməsi nəticəsində ünvan səltənətlə birləşdi.
Ünvan ikinci dəfə IV Eduardın ikinci oğlu olan Şahzadə Riçard üçün təsis edilsə də, o, qardaşının taxtdan endirilməsinin ardından London qalasına həbs olundu və əmisi III Riçard tərəfindən 10 yaşında ikən müəmmalı şəkildə qətlə yetirildi.
Ünvan üçüncü dəfə VII Henrinin ikinci oğlu Henri Tüdor üçün təsis edildi. Onun böyük qardaşı Artur Tüdorun 1502-ci ildə ölümü ilə Henri taxtın varisi oldu və 1509-cu ildə VIII Henri adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.
Ünvan dördüncü dəfə I Ceymsin ikinci oğlu Karl Stüart üçün təsis edildi. Onun böyük qardaşı Henri Frederikin 1612-ci ildə ölümü ilə Karl taxtın varisi oldu və 1625-ci ildə I Karl adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.
Ünvan beşinci dəfə I Karlın ikinci oğlu Ceyms Stüart üçün təsis edildi. Hal-hazırda ABŞ-də yeləşən Nyu-York şəhəri də məhz onun şərəfinə adlandırılmışdır. Böyük qardaşı II Karlın geridə varis buraxmadan vəfatının ardından II Ceyms adıyla taxta çıxdıqdan sonra York hersoqu ünvanı yenidən səltənətlə birləşdi.
XVIII əsr ərzində İngiltərə və Şotlandiya krallıqlarının birləşməsinin ardından York və Albani hersoqu ünvanları birləşdirildi və bu ünvanlar cüt halında 3 dəfə təsis edildi. Bu ünvanların cüt halındakı ilk sahibi I Corcun kiçik qardaşı Ernest Avqust oldu. Ancaq o, yepiskop olaraq fəaliyyət göstərirdi və övladı yox idi. Onun vəfatının ardından qoşa ünvanlar III Corcun kiçik qardaşı Şahzadə Eduarda təsis edildi. Ancaq o da heç vaxt evlənmədi və geridə varis buraxmadan vəfat etdi. Bu ünvanların qoşa halında üçüncü və son sahibi isə III Corcun ikinci oğlu Frederik Avqust oldu. O, Britaniya ordusunda komandir olaraq xidmət göstərdi və bir çox mənbədə "Yorkun Böyük Hersoqu" olaraq anılır. Buna baxmayaraq o da geridə varis buraxmadan vəfat etdi.
Bundan sonrakı illərdə ünvan yenidən tək halda təsis edildi. York hersoqu ünvanının yeddinci sahibi gələcəkdə VII Eduard adıyla taxta çıxan şahzadə Eduardın ikinci oğlu Corc oldu. Ancaq o da V Corc adıyla taxta çıxdı və beləcə ünvan yenidən səltənətlə birləşmiş oldu.
Ardından York hersoqu ünvanı V Corcun ikinci oğlu və gələcəkdəki kral VIII Eduardın kiçik qardaşı Şahzadə Albert üçün təsis edildi. Ancaq qardaşının taxtdan anidən çəkilməsi ilə Albert VI Corc adıyla taxta çıxdı və beləcə ünvan yenidən səltənətlə birləşmiş oldu.
Ünvan səkkizinci və hələ ki, sonuncu dəfə II Elizabetin ikinci oğlu Şahzadə Endryu üçün təsis edildi. Hal-hazırda hersoqun yalnız 2 qızı var və yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.
York hersoqları
redaktəBirinci təsisi (1385-1415) (1425-1461)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Edmond Lanqli
(York ailəsinin banisi) 1385–1402 |
5 iyun 1341 - 1 avqust 1402 | |||
Yorklu Eduard
(2. York hersoqu) 1402–1415 |
1373 - 25 oktyabr 1415 | |||
Yorklu Eduardın vəfatı və qardaşı Konisburqlu Riçardın edamından sonra hersoqluq bir müddət boş qaldı. Ancaq Yorklu Riçardın VI Henri tərəfindən bağışlanmasının ardından ünvan yenidən təsis olundu. | ||||
Yorklu Riçard
(3. York hersoqu) 1415–1460 |
21 sentyabr 1411 - 30 dekabr 1460 | |||
Eduard Plantagenet
(4. York hersoqu) 1460–1461 |
28 aprel 1442 - 9 aprel 1483 | |||
Eduard Plantagenet 1461-ci ildə IV Eduard adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
İkinci təsisi (1474-1483)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şrusberili Riçard
(5. York hersoqu) 1474–1483 |
17 avqust 1473 - 1483 |
|
Üçüncü təsisi (1494-1509)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Henri Tüdor
(6. York hersoqu) 1494-1509 |
28 iyun 1491 - 28 yanvar 1547 | |||
Henri Tüdor 1509-cu ildə VIII Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Dördüncü təsisi (1605-1625)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Karl Stüart
(7. York hersoqu) 1605-1625 |
19 noyabr 1600 - 30 yanvar 1649 | |||
Karl Stüart 1625-ci ildə I Karl adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Beşinci təsisi (1633/1644-1685)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Ceyms Stüart
(8. York hersoqu) 1633/1644-1685 |
14 oktyabr 1633 - 16 sentyabr 1701 | |||
Ceyms Stüart doğuşdan York hersoqu idi ancaq bu ünvan rəsmi olaraq 1644-cü ildə ona təsis edildi. 1685-ci ildə II Ceyms adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Altıncı təsisi (1892-1910)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Corc
(9. York hersoqu) 1892-1910 |
3 iyun 1865 - 20 yanvar 1936 | |||
Şahzadə Corc 1910-cu ildə V Corc adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Yeddinci təsisi (1920-1936)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Albert
(10. York hersoqu) 1920-1936 |
14 dekabr 1895 - 6 fevral 1952 | |||
Şahzadə Albert 1936-cı ildə VI Corc adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi. |
Səkkizinci təsisi (1986-davam edir)
redaktəHersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Endryu
(11. York hersoqu) 1986-davam edir |
19 fevral 1960 |
Mənbə
redaktə- Scarisbrick, J. J. (1997). Henry VIII (2nd ed.). Yale University Press. ISBN 0300071582.
- Gregg, Pauline (1981), King Charles I, London: Dent
- Callow, John, The Making of King James II: The Formative Years of a King, Sutton Publishing, Ltd, Stroud, Gloucestershire, 2000. Page