Yeni Zenit Stadionu - Wikipedia
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı..[2] Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı.,[3] Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi.[4] Stadion 67000 tamaşaçı tutumuna malikdir.[5]
Qazprom arena | |
---|---|
Qeyri-rəsmi adı | Krestovski Stadionu |
Yeri | Krestovski adası, Sankt-Peterburq, Rusiya |
Təməli qoyulub | 2007 |
Açılış tarixi | 2017 |
Tikinti xərcləri |
48 milyard rubl 653 milyon € 1,1 milyard $ |
Memar | Kisyo Kurokava |
Sahibi | Sankt-Peterburq şəhər administrasiyası |
Tamaşaçı tutumu | 64468 (2018 FİFA Dünya Kuboku)[1] |
Ev sahibi komanda | Zenit Sankt-Peterburq FK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı.[6]
Ümumi baxış
redaktəStadionun arxitektural layihəsi barədə müsabiqədə qalib Kisyo Kurokavanın "The Spaceship" layihəsi oldu. Stadionun dizaynı Toyota şəhərindəki Toyota Stadionunun inkişaf etdirilmiş versiyası idi. Bu stadion da elə məhz Kurokava tərəfindən tikilmişdi. Stadion köhnə Kirov Stadionunun durduğu yer üzərində inşa edildi.
2009-cu ilin yanvarında Saint Petersburg Times qəzetinin verdiyi məlumata görə Sankt-Peterburq şəhər administrasiyası layihəni öz üzərinə götürür.Qazprom şirkəti isə bu stadionun tikintisinə pul ödəməyi rədd edir.
25 iyul 2016-cı ildə baş podratçı olan Inzhtransstroy-Spb şirkəti şəhər rəhbərliyinin tikinti işlərinə 1 milyard dollar ödəmədiyi barədə məlumat verir.Növbəti gün müqavilə ləğv edilir. Avqustun 1-in də isə media dağıdıcı küləyin və selin stadiona zərər vurduğu barədə xəbər yayımladı.[7][8]
2016-cı ilin avqustunda yeni podratçı Metrostoy tikinti işlərini bərpa etdi.[9]
Stadionda ilk rəsmi oyun 2017-ci ilin 22 aprelində Rusiya Premyer Liqasında Zenitlə Uralın arasında oynanıldı. Branislav İvanoviç stadionda ilk qolu vurur.
2017-ci ilin 17 iyununda həmin ildəki FİFA Konfederasiyalar Kubokunun ilk matçında Rusiya millisi ilə Yeni Zelandiya millisi oynadı.[2]
2017-ci ilin 2 iyulunda 2017 FİFA Konfederasiyalar Kubokunun final matçında Çili millisi ilə Almaniya millisi oynadı.Bu matç turnirdə ən çox tamaşaçının seyr etdiyi matç olmaqla yanaşı həm də bu stadionun tarixində ən çox tamaşaçının seyr etdiyi matç olaraq yadda qaldı.
Qalereya
redaktə-
Tikintilər başlayır
-
Tikintilər davam edir
-
Tikintilər davam edir (2012)
-
Tikintilər davam edir (2014 dekabr)
-
Tikintilər davam edir (2016)
-
Tikintilər bitmək üzrədir
-
Stadion tam hazırdır !
-
Prezidentin helikopter meydanından stadionun görünüşü
-
Sergey Kirovun möhtəşəm heykəli stadionun qarşısında
2017 FİFA Konfederasiyalar Kuboku zamanı
redaktəTarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
17 iyun 2017 | 18:00 | Rusiya | 2–0 | Yeni Zelandiya | A qrupu | 50251[10] |
22 iyun 2017 | 18:00 | Kamerun | 1–1 | Avstraliya | B qrupu | 35021[11] |
24 iyun 2017 | 18:00 | Yeni Zelandiya | 0–4 | Portuqaliya | A qrupu | 56290[12] |
2 July 2017 | 21:00 | Çili | 0–1 | Almaniya | Final | 57268[13] |
2018 FİFA Dünya Kuboku zamanı
redaktə
Date | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı şayı |
---|---|---|---|---|---|---|
15 iyun 2018 | 18:00 | Mərakeş | 0–1 | İran | B qrupu | 62548[14] |
19 iyun 2018 | 21:00 | Rusiya | 3–1 | Misir | A qrupu | 64468[15] |
22 iyun 2018 | 15:00 | Braziliya | 2–0 | Kosta-Rika | E qrupu | 64468[16] |
26 iyun 2018 | 21:00 | Nigeriya | 1–2 | Argentina | D qrupu | 64468[17] |
3 iyul 2018 | 17:00 | İsveç | 1–0 | İsveçrə | 1/8 Final | 64042[18] |
10 iyul 2018 | 21:00 | Fransa | 1–0 | Belçika | Yarı Final | 64286[19] |
14 iyul 2018 | 17:00 | Belçika | 2–0 | İngiltərə | Üçüncülük oyunu | 64406[20] |
UEFA Avro 2020
redaktə19 sentyabr 2014-cü ildə UEFA stadionda Avro 2020 çərçivəsində üç qrup və bir 1/4 Final matçı olmaqla dörd matçın keçiriləcəyini bildirdi.[21]
İstinadlar
redaktə- ↑ "Saint Petersburg Stadium". FIFA. 2017-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
- ↑ 1 2 "Matç hesabatı – A qrupu – Rusiya - Yeni Zelandiya" (PDF). 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
- ↑ New stadium Arxiv surəti 19 avqust 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-08-19 at the Wayback Machine Zenitin veb saytında (rus.)
- ↑ ""Газпром-Арена". Лучше, но позже - Невское время". 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
- ↑ FIFA.com. "2018 FİFA Dünya Kuboku – Son dayanacaq − Rusiya – FIFA.com". 2017-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
- ↑ Elusive arena. “Krestovsky” and 4 “most expensive” football stadium Arxivləşdirilib 2021-06-24 at the Wayback Machine 27.01.2017
- ↑ "У "Зенит-Арены" снесло крышу" (Russian). 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2016.
- ↑ "Строящийся стадион "Зенита" начал уходить под воду" (rus). 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2016.
- ↑ "Мутко: уровень беспокойства за стадион в Санкт-Петербурге понизят в сентябре" (rus). 2017-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2016.
- ↑ "Matç hesabatı – A qrupu – Rusiya - Yeni Zelandiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 17 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2017.
- ↑ "Matç hesabatı – B qrupu – Kamerun - Avstraliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 22 iyun 2017. 2017-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2017.
- ↑ "Matç hesabatı – A qrupu – Yeni Zelandiya - Portuqaliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 24 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017.
- ↑ "Matç hesabatı – Final – Çili - Almaniya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 2 iyul 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2017.
- ↑ "Matç hesabatı – B qrupu – Mərakeş - İran" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyun 2018. 2018-06-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2018.
- ↑ "Matç hesabatı – A qrupu – Rusiya - Misir" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 19 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 iyun 2018.
- ↑ "Matç hesabatı – E qrupu – Braziliya - Kosta-Rica" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 22 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 iyun 2018.
- ↑ "Matç hesabatı – D qrupu – Nigeriya - Argentina" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 26 iyun 2018. 2018-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 iyun 2018.
- ↑ "Matç hesabatı – 1/8 Final – Sweden - Switzerland" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 3 iyul 2018. 2018-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 iyul 2018.
- ↑ "Matç hesabatı – Yarı Final – Fransa - Belçika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 10 iyul 2018. 2018-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 iyul 2018.
- ↑ "Matç hesabatı – Üçüncülük oyunu – Belçika - İngiltərə" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 14 iyul 2018. 2018-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2018.
- ↑ UEFA.com. "UEFA EURO 2020". UEFA.com. 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.