Yeni Ingiltere - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yeni İngiltərə (ing. New England) — ABŞ-nin şimal-şərqində yerləşən region.
Yeni İngiltərə | |||
---|---|---|---|
New England | |||
|
|||
44°12′20″ şm. e. 70°18′23″ q. u.HGYO |
|||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Sahəsi |
|
||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəYeni İngiltərənin ərazisi 186458 km²-dır. Beləliklə o, Vaşinqton ştatından bir az böyük və Böyük Britaniyadan bir az balacadır.[3][4] Regiona bu ştatlar aiddir:
Cənub-qərbi Konnektikutdan şimal-şərqi Menə qədər uzanan bölgənin sahili göllər, təpələr, bataqlıqlar, sulaq yerlər və qumlu çimərliklərlə səpələnmişdir.[5]
Tarix
redaktəYeni İngiltərənin məlum olan ən erkən sakinləri Şərqi Alqonkin dillərində danışan hindilər idi. Bu ərazidə Abenaki, Mikmak, Penobskot, Pekot, Moheqan, Narraqansett, Pokumtuk və Uampanoaq kimi tayfalar məskunlaşırdı.[6]
1600-cü illərdən bəri fransız, Niderland, və ingilis alverçiləri Yeni dünyanın kəşfindən sonra burda metal, şüşə, parça və yerli qundu dəriləri ticarəti ilə məşğul idilər.[6][7]
1616-cı ildə İngilis səyyah Con Smit bu ərazini "Yeni İngiltərə" adlandırıb.[8] 1620-ci ilin noyabrın 3-də həmin ad rəsmiləşdirilib.[9] Bu ərazidə əsas rolu 1629-cu ilin kral fərmanı təsis etdiyi Massaçusetts Körfəz Koloniuası oynayırdı.[10][11] Onun əsas şəhəri isə 1630-cu ildə təsis olunan liman şəhəri Boston olub.[12]
1633-cü ildən bəri, İngilis puritanları Massaçusetsdə ilk daimi yaşayış yerlərini yaratmağa başlayıblar.[13] 1643-cü ilin mayın 19-da Massaçusets körfəzi, Plimut, Nyu Heven və Konnektikut birləşərək Yeni İngiltərə Konfederasiyası (rəsmən Yeni İngiltərə Birləşmiş Koloniyaları) adlı ittifaq yaradıblar.[14]
Kolonistlərin yerli tayfalar ilə əlaqəli dəyişkən idi. Ən qanlı toqquşma Mistik qəliamı ilə nəticələnən 1637-ci ildə baş verən Pekot müharibəsi idi.[15] 1688–1763 arasında Yeni İngiltərə Britaniya və Fransa arasındaki altı müharibədə, o cümlədən Yeni Fransaya qarşı iştrak edirdi.[16] Son Fransız-hindu müharibəsi Paris müqaviləsi (1763) ilə yekunlaşıb.
Bölgədə Avropa kolonializmi və özəlliklə Pekot müharibəsi və Birinci Kolonial Müharibəsi hindilərin qula çevirməyi ilə nəticələnibdir.[17][18] 1700-ə qədər kolonial Yeni İngiltərədə qeyri-ağ əməkçilərin böyük hissəsi hindlər idi.[19] Əvvəl kolonistlərin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul idi və nisbətən özünü təmin edə bilirdi. Daha sonra isə, İngiltərədən istehsal malları idxal edən və əsasən əkənçiliklə məşğul olan cənub koloniyalarıdan fərqli olaraq, Yeni İngiltərə iqtisadiyyatında əl işi və ticarət üstünlük təşkil edirdi.[20]
1686-cı ildə koloniyalarının müstəqil siyasətlərindən və onların böyüyən hərbi güvvəsindən narahat olar Kral II Ceyms Yeni İngiltərənin bütün koloniyalarıdan ibarət olan Yeni İngiltərə Dominionu təsis edib.[21] 1688-ci ildə keçmiş Niderland koloniyaları olan Nyu York, Şərqi Nyu Cersi və Qərbi Nyu Cersi də bu dominiona birləşdirilib. Bölgənin kolonistlərinin alışdığı demokratik ənənələrinə zidd olaraq, bu birlik dənizin o tayından təsis olunub və qeyri-populyar idi.[22]
Şanlı inqilabın koloniyalara yayımlaması nəticəsində, 1689-cu ildə Bostonlular Dominion hökumətini deviriblər.[23] Koloniyalar və London arasınaki bu gərginlik Bostondan başlayan Amerika inqilabına və ABŞ İstiqlal müharibəsinə gətirib. Müharibənin ilk döyüşləri Massaçusetsdə baş verib (Leksinqton və Konkorq döyüşləri və onların nəticəsi olan Boston mühasirəsi).
Amerikalı coğrafiyaşünas Cedidaya Morz artıq inzibati olaraq vahid şəkildə mövcud olmayan Yeni İngiltərəni "erkən respublikanın yeganə mədəni bölgəsi" adlandırıb.[24]
Əhali
redaktə2010 ilnən müqayisədə 4,6%-lik artımın nəticəsində 2020 ildə Yeni İngiltərənin əhalisi 15 116 205 adam idi. Bölgənin əhalisinə görə ən böyük ştatı Massaçusets (7 029 917), ən balaca ştatı isə Vermontdur (643 077).[25]
2014-cü ildə Yeni İngiltərənin sakinlərinin təhminən 87%-i ABŞ-də anadan olanlar, 12%-i isə xaricdə anadan olanlar təşkil edirdi.[26] Bölgədə yaşayan ən böyük etnik qrup irlandlardır (2,8 million).[27]
Mədəniyyət
redaktəYeni İngiltərənin ortaq irsi əsasən Avropadan immiqrasiya dalğaların nəticəsidir. ABŞ-nin başqa bölgələrindən fərqli olaraq, İngiltərəyə gələn ən erkən Puritan kolonistlər şərqi İngiltərədən gəlib və bölgənin xüsusi şivələrinə, yeməklərinə və ənənələrinə təsir etmiş.[28]:30–50
Din
redaktəYeni İngiltərə ABŞ-nin ən qeyri-dini bölgəsidir. 2009-cu ildə Men, Massaçusetts, Nyu Hempşir və Vermont ştatlarında sorğulanan əhalinin yarısından az olan hissəsi dinin gündəlik həyatlarında vacib olduğunu qeyd etmiş. Konnektikut və Rod Aylend ştatları da, ən qeyri-dini on ştat arasındadır. Konnektikutda 55%, Rod Aylenddə isə 53% dinin gündəlik həyatlarında vacib rol oynadığı deyib.[29] Amerikan Dini İdentifikasiya Sorğusu (ARIS) göstərir ki, Yeni İngiltərədə ABŞ-nin başqa bölgələri ilə müqayisədə faizinə görə daha çox katoliklər yaşayır. 1990-cı ildə bölgə əhalisinin 50%-i katolik idi, 2008-ci ildə isə 36%-i.[30]
İstinadlar
redaktə- ↑ https://www.census.gov/geographies/reference-files/2010/geo/state-area.html.
- ↑ http://research.stlouisfed.org/fred2/series/CNEWPOP.
- ↑ "Part 1: Population and Housing Unit Counts" (PDF). 2000 Census of Population and Housing – United States Summary: 2000. United States Census Bureau. April 2004. December 3, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: April 4, 2016.
- ↑ "The British Isles and all that ..." Heriot-Watt University, Edinburgh. May 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 7, 2011.
- ↑ Emerson, Philip. The Geography of New England. New York: The Macmillan Company. 1922. İstifadə tarixi: March 28, 2011.
- ↑ 1 2 Bain, Angela Goebel; Manring, Lynne; and Mathews, Barbara. Native Peoples in New England. Retrieved July 21, 2010, from Pocumtuck Valley Memorial Association.
- ↑ Wiseman, Fred M. "The Voice of the Dawn: An Autohistory of the Abenaki Nation". səh. 70. February 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 28, 2011.
- ↑ Cressy, David (1987). Coming Over: Migration and Communication Between England and New England in the Seventeenth Century. p. 4. Cambridge University Press.
- ↑ Swindler, William F., ed; Sources and Documents of United States Constitutions 10 Volumes; Dobbs Ferry, New York; Oceana Publications, 1973–1979. Volume 5: pp. 16–26.
- ↑ Secretary of the Commonwealth of Massachusetts. "Public Records: The History of the Arms and Great Seal of the Commonwealth of Massachusetts". sec.state.ma.us. February 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2011.
- ↑ Northend, William Dummer. The Bay Colony: A Civil, Religious and Social History of the Massachusetts Colony. Boston: Estes and Lauriat. 1896. səh. 305.
charter.
- ↑ "History of Boston, Massachusetts". U-S-History.com. March 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2016.
- ↑ State of Connecticut. "About Connecticut". CT.gov. April 29, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 28, 2011.
- ↑ Howe, Daniel Wait. The Puritan Republic of the Massachusetts Bay in New England. Indianapolis: Bowen-Merrill. 1899. 308–311.
- ↑ "1637 - The Pequot War". The Society of Colonial Wars in the State of Connecticut. July 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2013.
- ↑ "Wars for Empire (1689-1763)". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
- ↑ Peterson, Mark, The City-State of Boston. Princeton University Press, 2019, pp. 131–133
- ↑ Tetek, R. (2010). Relations between English Settlers and Indians in 17th Century New England Arxivləşdirilib 2021-07-22 at the Wayback Machine (unpublished master's thesis). Masaryk University Brno. Retrieved September 19, 2020
- ↑ Newell, M. E. (2009). "Indian slavery in colonial America." In A. Gallay (Ed.), Indian slavery in colonial America (pp. 33–66). University of Nebraska Press.
- ↑ Morison, Samuel Eliot. The Oxford History of the American People. New York City: Mentor. 1972. səh. 112. ISBN 0-451-62600-1.
- ↑ Stark, Bruce P. "The Dominion of New England". Connecticut Humanities Council. May 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2011.
- ↑ Palfrey, John Gorham. History of New England, vol. 3. Boston: Little, Brown, and Company. 1865. 561–590. İstifadə tarixi: March 30, 2011.
- ↑ "The Glorious Revolution and the English Empire". 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-20.
- ↑ [Imagining New England– Explorations of Regional Identity from the Pilgrims https://books.google.lt/books?id=UzyR6xZQXYAC&printsec=frontcover&vq=only+cultural+region&hl=lt#v=onepage&q=only%20cultural%20region&f=false p. 82]
- ↑ "Change in Resident Population of the 50 States, the District of Columbia, and Puerto Rico: 1910 to 2020" (PDF). United States Census Bureau. April 26, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 13, 2021.
- ↑ "Selected Characteristics of the Native and Foreign-Born Populations: 2014 American Community Survey 1-Year Estimates: New England Division (S0501)". American Factfinder. U.S. Census Bureau. February 13, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 4, 2016.
- ↑ "People Reporting Ancestry: 2014 American Community Survey 1-Year Estimates: New England Division (B04006)". American Factfinder. U.S. Census Bureau. February 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2016.
- ↑ Fischer, David Hackett. Albion's Seed: Four British Folkways in America. Oxford University Press US. 1991. ISBN 0195069056. İstifadə tarixi: April 4, 2016.
- ↑ Newport, Frank. "State of the States: Importance of Religion". Gallup. January 28, 2009. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2016.
- ↑ Kosmin, Barry A.; Keysar, Ariela. "ARIS 2008 Report: Part IIIC – Geography and Religion" (PDF). American Religious Identification Survey. March 2009. January 15, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: April 4, 2016.