Yeddinci Sulale Misir - Wikipedia
VII sülalə — Qədim Misirdə birinci aralıq dövründə hökmranlıq etmiş sülalə[1].
Ümumi məlumat
redaktəVII sülalənin mövcudluğu ilə bağlı şübhələr mövcuddur. Manefonun yazılarından başqa heç bir yerdə bu ada rast gəlinmədiyindən bəzi mütəxəssislər bu sülalənin tarixdə mövcud olmadığı fikrini müdafiə edirlər[2]. Ənənəvi olaraq VII sülalənin hakimiyyəti birinci ara dövrə uyğun olduğu qəbul edilir. Manefona görə onlar çox qısa müddət taxtda olmuşlar.
Yeddinci sülalə adətən uydurma hesab olunur və buna görə ya müasir alimlər tərəfindən tamamilə nəzərə alınmır, ya da səkkizinci sülalə ilə birləşdirilir. Buna görə bəzi alimlər VIII sülalə üzvlərinin bir hissəsini yeddinciyə aid edirlər.
Fironlar
redaktəFironların VII sülaləyə məxsusluqları mübahisəlidir. Çox vaxt VIII sülaləyə aid edilirlər.
Ad | Qeyd |
İstinadlar
redaktə- ↑ VIIth Dynasty 2175 - 2165. 2009-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
- ↑ Wilkinson, Toby. Timeline // The Rise and Fall of Ancient Egypt. New York: Random House. 2010. səh. xiii. ISBN 9781408810026.
The system of dynasties devised in the third century B.C. [by Manetho] is not without its problems—for example, the Seventh Dynasty is now recognized as being wholly spurious, while several dynasties are known to have ruled concurrently in different parts of Egypt...