Yeddi Professor Insidenti - Wikipedia
Yeddi professor insidenti (七博士意見書, Şiçihakase ciken?) – 1903-cü ildə Tokio Universitetindən olan yeddi professorun Rusiya haqqında yazdıqları bəyanatla əlaqədar baş vermiş insident.
Arxa plan
redaktəRus-yapon müharibəsinin başlamasından 8 ay öncə – 1903-cü ilin iyununda Tokio Universitetinin yeddi professoru yazılı bəyanat yayaraq Yaponiya hökumətinin Rusiyaya qarşı siyasətini qorxaq adlandırmışdır.[1] Bu professorların çoxu universitetin hüquq fakültəsindən idilər.[1] Masaaki Tomii, Hirondo Tomizu və digər beş professor baş nazir Katsuro Taroya xəbərdarlıq edərək Yaponiyanın hərbi cəhətdən güclü olduğu bu dövrdə Rusiyaya müharibə elan etməli olduqlarını bildirmişdirlər.[2]
Yeddi professorun bəyanatı "Tokyo niçiniçi şinbun" qəzetində nəşr olunduqdan sonra ictimaiyyətin ümumi fikrinə də təsir etmiş və ölkədəki müharibə tərəfdarların sayı artmışdır.[2]
İnsident
redaktəMüharibədən sonra professorlar Portsmut sülh müqaviləsinin şərtlərinə qarşı çıxmış, Yaponiyanın Karafutonu və Sibir sahillərinin bir hissəsini işğal etməli olduğunu müdafiə etmişdirlər.[2]
Yaponiya hökuməti Tomizunu Tokio Universitetindəki vəzifəsindən azad edəndə hüquq fakültəsi buna etiraz edərək Təhsil Nazirliyini akademik azadlığı pozmaqla ittiham etmişdir.[2] Universitetin prezidenti vəzifəsindən istefa etmiş, bütün fakültə universitetdən çıxacağını bildirmişdir.[2] Nəticədə, təhsil naziri Kubota Yuzuru istefa etmiş və Tomizu universitetə qayıtmışdır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Kodansha Encyclopedia of Japan. səh. 87
- ↑ 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan. səh. 88
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 87-88. ISBN 0-87011-627-4. İstifadə tarixi: 2022.