Yakob Burkhardt - Wikipedia
Yakob Burkhardt (25 may 1818[3][4][…], Bazel[4][5][…] – 8 avqust 1897[3][4][…], Bazel[5][6][…]) — İsveçrə tarixçisi və mədəniyyət filosofu.[7]
Yakob Burkhardt | |
---|---|
ing. Carl Jacob Christoph Burckhardt | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bazel |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bazel |
Dəfn yeri | |
Milliyyəti | isveç |
Təhsili | Bonn Universiteti |
Fəaliyyəti | incəsəənət tarixi, mədəni tarix |
Elmi dərəcəsi |
|
Elmi adı | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBonn, Berlin və Bazel universitetlərində teologiya, tarix və filologiya üzrə təhsil almışdır (1837–43). 1855-ci ildən Sürixdə İsveçrə Politexnikumunda, 1858–93-cü illərdə Bazel Universitetində tarixdən, o cümlədən incəsənət tarixindən dərs demişdir. Tarixşünaslıqda ruhi mədəniyyəti ön plana çəkən "mədəni-tarixi" cərəyanın banisidir. Qədim Yunanıstanı və Qədim Romanı, İntibah dövrünü, barokkonu tədqiq etmişdir. Burkhardt "İntibah dövründə İtaliya mədəniyyəti" ("Cultur der Renaissance in İtalien", 1860) əsərində İtaliya intibahını bariz fərdiyyətçilik dövrü olan Yeni dövrün ruhunun ilk yetkin inikası kimi şərh etmişdir.[7]
Fəaliyyəti
redaktəÖtən dövrlərin psixologiyasını və etik dəyərlərini Burkhardt özünün yaratdığı konkret mədəni-antropoloji insan tipləri (məs.,"qəhrəmanlıq dövrü"nün yunanı, İntibah dövrünün "universal insan"ı və s.) vasitəsilə ifadə etməyə çalışmışdır. Burkhardta görə, böyük insanlar "həyat üslublarının" yaradıcıları və daşıyıcıları, bu və ya digər dövrün vəhdəti və özünəməxsusluğunun ifadəçiləri kimi tarixçinin diqqətinə layiqdirlər. Burkhardt müasiri olduğu cəmiyyətdə mədəniyyətin tərəqqisi və şəxsiyyətin azad inkişafı perspektivlərinə bədbin yanaşırdı. Onun əsərləri müasirlərinə müəyyən təsir göstərmişdir. F. Nitsşenin "yeni barbarlıq" dövrünün yaxınlaşması haqqında proqnozu, əsasən, Burkhardtın mühazirələrinin təsiri altında yaranmışdı. Burkhardt elmi əsərlərlə yanaşı, alman dilinin aleman dialektində novella və şeirlərdə yazmışdır.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Trog H. Burckhardt, Jacob Christop // Biographisches Jahrbuch und Deutscher Nekrolog (alm.). / Hrsg.: A. Bettelheim B. Vol. 2, 1897. S. 54–75.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 https://d-nb.info/gnd/11851752X/about/lds (alm.). / Hrsg.: Deutsche Nationalbibliothek
- ↑ 1 2 3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Jacob Burckhardt // RKDartists (nid.).
- ↑ Jacob Burckhardt // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 Burkhardt// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 88
Xarici keçidlər
redaktə- Publications by and about Jacob Burckhardt in the catalogue Helveticat of the Swiss National Library [ölü keçid]
- Works by Jacob Burckhardt at Project Gutenberg
- Works by or about Jacob Burckhardt at Internet Archive
- Works by Jacob Burckhardt at LibriVox (public domain audiobooks)
- Jakob Burckhardt Renaissance — Cultural history.
- A Brief Biography. Arxivləşdirilib 2008-03-12 at the Wayback Machine