Yasar Eliyev Millet Vekili - Wikipedia
Yaşar Tofiq oğlu Əliyev (5 iyul 1948, Bakı – 8 dekabr 2023) — Azərbaycan diplomatı və siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (1995–2002), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (1994–1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda (2004–2011) fövqəladə və səlahiyyətli səfiri.
Yaşar Əliyev | |
---|---|
24 noyabr 1995 – 26 iyul 2002 | |
24 noyabr 1995 – 12 noyabr 2000 | |
14 noyabr 1994 – 24 noyabr 1995 | |
26 iyul 2002 – 16 avqust 2011 | |
Əvvəlki | Tamerlan Qarayev |
30 sentyabr 2004 – 16 avqust 2011 | |
30 sentyabr 2004 – 4 noyabr 2006 | |
30 sentyabr 2004 – 16 avqust 2011 | |
30 sentyabr 2004 – 16 avqust 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 2023 (75 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | professor, həkim, diplomat |
Həyat yoldaşı | |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəYaşar Tofiq oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb.
Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb.
Yaşar Əliyev 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışıb.
Yaşar Əliyev 8 dekabr 2023-cü ildə 75 yaşında vəfat edib.[1] Yasamal qəbiristanlığında dəfn olunub.[2]
Rus və ingilis dillərini bilirdi.
Siyasi fəaliyyəti
redaktə1975–1979-cu illərdə Azərbaycan LKGİ Əzizbəyov Rayon Komitəsində II katib vəzifəsində işləmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü, eləcə də YAP Siyasi Şurasının üzvü olub.
Parlamentdə fəaliyyəti
redaktəYaşar Əliyev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yaşar Əliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin sədr müavini olub.
Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində isə 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi növbəti dəfə II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]
Diplomatik fəaliyyəti
redaktə2002-ci il iyulun 26-da Yaşar Əliyevə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri dərəcəsi verilib və həmin gün Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 30 sentyabr 2004-cü ildə iqamətgahı Çində olmaqla, eyni zamanda Azərbaycanın Vyetnam, Şimali Koreya, Cənubi Koreya və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Ailəsi
redaktəYaşar Əliyev ailəli idi, 2 övladı var.
- Həyat yoldaşı — Rəna Əliyeva 1948-ci ildən anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. İxtisasca uşaq stomatoloqdur. 1998-ci ildən Azərbaycan Tibb Universitetində Uşaq stomatologiya Kafedra müdiridir. YAP Qadınlar Şurasının üzvüdür.
- Oğlu — Rüfət Əliyev 1973-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Tibb xidməti üzrə DTX zabitidir. 2015-ci ildən "Vətən uğrunda" medalı ilə təltif edilib.
- Qızı — Səbinə Əliyeva 1980-ci ildən anadan olub. Bakı Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 2019-cu ildən Azərbaycanın İnsan Haqları üzrə Ombudsmanıdır.
İstinadlar
redaktə- ↑ Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev vəfat edib
- ↑ "Keçmiş səfir Yaşar Əliyev dəfn olunub - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2023-12-09. 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ "II çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
- ↑ "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı". 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.