Yascilan - Wikipedia
Yaşçilan (isp. Yaxchilán — hərfi mənası «yaşıl daşlar») — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri.
Ümumi məlumat
redaktəŞəhər Usumasinta çayının sahilində, müasir Meksikanın Çiapas ştatının ərazisində yerləşir. Yaşçilan ərazisində abidələr qorunub saxlanılmışdı. Qədim dövrlərdə şəhər yəqin ki, İzankanak adlanırdı. Bəzən şəhər Mençe (Menché) və Pyer Loriyarın şərəfinə «Loriyar şəhəri» (Ciudad Lorillard) də adlandırılır.
Tarix
redaktəSülalə yaradıcısı Yat Balam 2 avqust 320-ci ildə taxta oturduqda, Yaşçilan hələ kiçik bir qəsəbə idi. Şəhər-dövlət Yaşçilan yavaş-yavaş böyüyüb regionda bir mərkəzə çevrilmişdi. Yaquarın Qalxanının idarəsi zamanı, Yaşçilan bölgədə özünün maksimal təsir güvvəsinə çatdı. Yaşçilan Mayya sivilizasiyasını çox mühüm şəhərlərindən biridir və klassik dövrdə şəhər Usumasinta bölgəsində dominantlıq edirdi. O həmçinin digər Mayya şəhəri olan Bonampakı da (Şukalnax çarlığı) özünə tabe etmişdi. Uzun müddət Piedras-Neqras və Tikal ilə müttəfiq idi.
Müasir Yaşçilan
redaktəYaşçilanın xarabalıqları haqqda ilk məlumatlar 1833-cü ildə Xuan Qalindo tərəfindən qeyd edilir. Şəhərin tədqiqatı XIX əsrin sonunda başlamışdı, onun ilk rəsmləri və fotoları kitablarda çap edilmişdi.
Yaşçilana yol çox çətindir - hələ bu yaxın vaxta qədər ondan 150 km radiusda heç bir şose yolu yox idi. Yaşçilana çatmaq üçün yalnız lodka və ya kiçik təyyarənin köməyi ilə mümkün idi. Meksika hökuməti 1990-cı illərdən Qvatemalanın sərhəddinə şose çəkəndən bəri Yaşçilanı turistlər ziyarət etməyə başladı. Həmçinin Yaşçilana çatmaq üçün iki marşrut mövcuddur: birincisi Palenkedən cənub sərhədyani şose ilə Çankalaya, sonra oradan Fronteru-Korossalyaya çevirməklə Usumasinta çayına qədər, ikincisi isə Palenke, Okosinqo və ya Komitandan təyyarə reysi ilə.
-
21-ci binanın divar stelası
-
Baş meydanda yerləşən stela
Ədəbiyyat
redaktə- Yaxchilan, The Design of a Maya Ceremonial City, de Carolyn E. Tate, University of Texas Press, Austin, 1992. ISBN 0-292-77041-3
- М.Стюфляев. История царств майя. 2010—2011, эл.издание // http://mesoamerica.narod.ru: Царство Па’чан (Йашчилан)
Web links
redaktə- Karte und Rundgang durch die Ruinen (engl.)
- Yaxchilán bei Mayakultur.de Arxivləşdirilib 2013-10-26 at the Wayback Machine