Yemenin Dovlet Qurulusu - Wikipedia
Yəmənin dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Yəmən | |||||
---|---|---|---|---|---|
الجمهوريّة اليمنية | |||||
| |||||
Himn: «Vahid Respublika» |
|||||
Tarixi | |||||
• Yəmən Xalq Demokratik Respublikasın və Yəmən Ərəb Respubikası arasında | 22 may 1990 | ||||
Paytaxt | Sana | ||||
İdarəetmə forması | Prezident respublika | ||||
Prezident | Abd Rabbuh Mansur al Hadi | ||||
Sahəsi | Dünyada 49-cu | ||||
• Ümumi | 527970 km² | ||||
Əhalisi | |||||
• Əhali | 24 799 880 nəfər (48-ci) | ||||
• Sıxlıq | 44 nəf./km² | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
redaktəYəmən məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan birlik günü (1990) 22 mayda qeyd olunur. Ölkə Konstitusiyası 16 may 1991-ci ildən (1994 və 2001-ci illərdə əlavələr edilməklə) qüvvədədir.
İnzibati ərazi bölgüsü
redaktəŞimali (14 muhafaz) və Cənubi Yəmən (6 muhafaz) üzrə 333 rayonu, 2210 qəsəbəni və 38284 kəndi birləşdirən 20 vilayətdən (Amran, Əl-Beyda, Əl-Dali, Damar, Əl-Cauf, İbb, Marib, Mahvit, Rayma, Saada, Taiz, Xaca, Xodeyda, Abyan, Aden, Lahc, Əl-Mahra, Xadramaut və Şabva) və Sana paytaxt dairəsindən ibarətdir[1][2][3][4].
Dövlət başçısı
redaktəMövcud Konstitusiyaya görə ölkədə milli birliyin rəmzi, vətəndaşların hüquq və azadlıqlarının, dinimənəvi dəyərlərinin təminatçısı, dövlətin daxildə və xarici ölkələrdə ali təmsilçisi, dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı — Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaq şərti ilə 7 il müddətinə seçilir.
Geniş səlahiyyətlərə malik olan dövlət başçısı, dövlətin idarə edilməsində ona bilavasitə yardımçı olan vitse-prezidenti, Hökumətə rəhbərlik edən Baş naziri və onun müavinlərini, Milli Müdafiə Şurasının və Baş nazirin təqdimatına əsasən Nazirlər Şurasının üzvlərini təyin və vəzifələrindən azad edir, habelə ümumxalq referendumu və Nümayəndələr Palatasına seçkiləri təyin edir, qanunların icrası ilə bağlı fərmanlar imzalayır.
Qanunvericilik hakimiyyəti
redaktəQüvvədə olan 1991-ci il Konstitusiyasına müvafiq olaraq ölkədə iki palatalı Parlament — nümayəndələri Yəmən Prezidenti tərəfindən təyin edilən 59 yerlik Yuxarı Palata (Məşvərət Şurası) və üzvləri ümumi, gizli və birbaşa seçkilər yolu ilə 6 illik müddətə seçilən, 301 yerlik Aşağı Palata (Nümayəndələr Palatası) fəaliyyət göstərir.
Qanunvericilik sistemi islam, türk, ingilis hüquq sistemi ilə yanaşı, eyni zamanda qəbilə münasibətlərinə də əsaslanır və dünya parlamentarizminin fundamental prinsiplərini özündə ehtiva edir.
İcraedici hakimiyyət
redaktəParlamentin Nümayəndələr Palatası qarşısında fərdi və kollektiv məsuliyyət daşıyan Hökumətin (Nazirlər Şurası) tərkibini Yəmən Prezidenti formalaşdırır. Nazirlər Şurasına rəhbərliyi həyata keçirən Baş nazir də dövlət başçısı tərəfindən təyin edilir.
Mövcud Konstitusiyaya görə, Nazirlər Şurasının tərkibi formalaşdıqdan dərhal sonra Baş nazir Hökumətin fəaliyyət proqramını Aşağı Palataya təqdim etməli və səs çoxluğu ilə Nümayəndələr Palatasının deputatlarının etimadını qazanmalıdır. Yalnız etimad göstərildiyi təqdirdə, Nazirlər Şurasının üzvləri proqramın icrası üçün fəaliyyətə başlaya bilərlər.
Məhkəmə hakimiyyəti
redaktəKonstitusiyaya görə məhkəmə hakimiyyətini müstəqil olaraq Ali Məhkəmə həyata keçirir. Ölkədə Quran bütün qanunlardan yüksəkdədir və hüquqi aktlar ona zidd olmamalıdır. Bu baxımdan, ölkədə hakimlərin əksəriyyəti dini alimlərdirlər və məhkəmə prosesi qanunların dini zəmində müzakirəsi müstəvisində həyata keçirilir.
Mənbə
redaktə- Густерин П. В. Йемен в переходный период. На пути к миру или распаду? — Саарбрюккен, 2014. — ISBN 978-3-659-28300-0
- Густерин П. В. Йемен. Али Абдалла Салех: путь на вершину власти // Азия и Африка сегодня. — 2006. — № 12.
- Густерин П. В. Йеменская Республика и её города. — М.: Международные отношения, 2006. — ISBN 5-7133-1270-4
- Густерин П. В. Перепись населения в Йеменской Республике 2004 г. // Азия и Африка сегодня. — 2005. — № 11.
İstinadlar
redaktə- ↑ "Yemen to Become Six-Region Federation". Al-Jazeera. 10 February 2014. 27 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2015.
- ↑ Al-Haj, Ahmed. "Yemen's Shiite rebels reject plan for federal system". The Washington Post. 3 January 2015. 3 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
- ↑ "Yemeni government quits in protest at Houthi rebellion". The Guardian. 22 January 2015. 4 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
- ↑ Greenfield, Danya. "Yemen crisis: A coup in all but name". BBC News. 22 January 2015. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.