Yehudi Yunanlar - Wikipedia
Romaniotlar (yun. Ρωμανιῶτες) — Əhəmənilər, Selevkilər və Roma imperiyalarından Bizans İmperiyası ərazilərinə (indiki Türkiyə, Yunanıstan və ətraf ərazilər) miqrasiya etmiş yəhudi etnik qrup. Öz aralarında işlətdikləri dil yunan dilinin bir ləhçəsi olan və içində ivrit dilindən də sözlər olan yevanikdir (yevanca, yəhudi yunancası da deyilir).
Romaniotlar | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Əsasən yaşadıqları şəhərlər Yunanıstanın Afina, Saloniki, Yanya şəhərləri olmuşdur. 1900-cü ildə Saloniki şəhərinin 173 000 əhalisinin 80 000-ə yaxını romaniotlar idi.
İkinci dünya müharibəsi zamanı nasistlər 1941-ci ilin 9 aprelində Saloniki şəhərini tuturlar. 1943-cü ildə bütün şəhər yəhudiləri ölkədən deportasiya edilir. O zaman burada yaşayan 77 377 romaniotdan yalnız 10 000-i holokostdan xilas ola bilir.