Deportasiya - Wikipedia
Deportasiya (lat. deportatio — qovulma, sürgün) — hansısa şəxsin və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, kanvoy altında digər dövlətə və başqa
yaşayış yerinə sürgün edilməsi.[1] Deportasiya həm də müvafiq icazə olmadan dövlətin ərazisində olan xarici vətəndaşlara və "arzu olunmayan şəxslərə" münasibətdə tətbiq olunur. Mülki əhalinin de portasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün az əl verişli olan başqa rayona məcburi olaraq köçürülməsində, didərgin salınmasında ifadə olunur. Deportasiya həm müharibə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin dən həyata keçirilirsə-müharibə cinayətləri kimi, həm də dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma sına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzunmüddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur. Deportasiya məsələsində əsasən iki ifadəyə – "əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma" və "digər məcburi hərəkətlələ didərgin salma" ifadələrinə diqqət yetirmək lazımdır.
Tarixi
redaktəDeportasiya ilk dəfə Fransada sürgünün xüsusi növləri kimi nəzərdə tutulmuş və şübhəli şəxslər haqqında 1791-ci il qanunu ilə tətbiq edilməyə başlanılmışdır. Həmin qanuna əsasən siyasi cəhətdən formalaşmamış şəxslər Qviana yaylasına sürgün olunurdular. İlk dəfə deportasiya haqqında maddə 1810-cu ildə Fransanın Cinayət Məcəlləsinə daxil edilmişdi. Qitə hüdudlarından kənarda sürgündə olmağı və ömür lük orada qalmağı nəzərdə tutan 23 mart 1872-ci il tarixli Fransa Qanununa görə isə yaşayış üçün yararlı olmayan ucqar müstəmləkə ərazilərində deportasiya olunanlar üçün möhkəmləndirilmiş düşərgələrin yaradılması zəruri sayılmışdı. Deportasiyadan təkcə cinayətkarları üçün deyil, həm də inqilabçılara divan tutmaq məqsədilə istifadə olunurdu. Göründüyü kimi, ilk deportasiyalar daha çox siyasi cəhətdən səbatsız sayılanlara və qatı cinayətkarlara qarşı tətbiq edilmişdir. Sonradan deportasiya təhlükəli cinayəkarlığa qarşı cəza növü kimi tədricən aradan götürülmüşdür. Əslində, 1880-ci ildən onun tətbiq olunması dayandırılmışdı.
Beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş əsasları
redaktə- dövlətin təhlükəsizliyinin qorunması;
- ictimai qaydanın mühafizə edilməsi;
- əhalinin sağlamlığının, mənəviyyatının və digər hüquq və azadlıqlarının qorunması. Deportasiya ilk dəfə olaraq insanlıq əleyhinə cinayət kimi Nürnbeq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində öz əksini tapmış və sonradan BNŞ-nın 10 nömrəli Qanununun 11-ci maddəsində, YBCT və RBCT nizamnamələrinin 5-ci və 3-cü maddələrində, Sülh və Bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsinin 2-ci maddəsində və BCM-nin 7-ci maddəsində daha da genişləndirilmişdir. RBCT Nizamnaməsinin 3-cü maddəsində göstərilir ki, Tribunal mülki əhaliyə qarşı dini, irqi, siyasi, etnik və ya milli əsaslara görə genişmiqyaslı və sistematik hücumun bir hissəsi kimi çıxış edən deportasiyanı insanlıq əleyhinə cinayət hesab edir. Bu keyfiyyətləri özündə ehtiva edən deportasiya insanlıq əleyhinə cinayət kimi aşağıdakı tərkib elementlərinə malikdir1 :
- deportasiya istər dinc şəraitdə, istərsə də münaqişəşəraitində mülki əhaliyə qarşı yönəlməlidir;
- mülki əhaliyə qarşı yönəlmiş deportasiya genişmiqyaslı və sistematik hücumun tərkib hissəsi kimi çıxış etməlidir
- deportasiya dövlət planı və ya siyasəti nəticəsində baş verməlidir;
- deportasiya siyasətini həyata keçirən şəxs əvvəlcədən törədəcəyi əməlin genişmiqyaslı və sistematik hücumun tərkib hissəsi olduğunu dərk etməli, bilməli və hətta bunu arzu etməlidir.
İstinadlar
redaktə- ↑ "Большой юридический словарь". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.