Yuk Masini - Wikipedia
Yük_maşını - Haqqında Məlumat
Yük maşını ağır yük daşıyan bir mühərrikli nəqliyyat vasitəsidir. Avtomobil prinsipinə əsasən işlədikləri üçün texniki təsnifatda böyük bir yük avtomobili olaraq təyin olunurlar. Ümumiyyətlə Azərbaycan dilində beynəlxalq nəqliyyat daşımalarında istifadə olunan çox oxlu yük maşınlarına tır deyilir. Bu söz Azərbaycan dilinə TIR müqaviləsinə görə, TIR plitələrini daşıyan və beynəlxalq daşımaları aparan uzun yük maşınlarından keçmişdir.