Xilon - Wikipedia
Spartalı Xilon (təq. e.ə. 600, Sparta – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu.
Spartalı Xilon | |
---|---|
Xilon | |
Doğum tarixi | təq. e.ə. 600 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 520 |
Vikianbarda əlaqəli mediafayllar |
Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox.[1]
Həyatı
redaktəHəyatı haqqında məlumat çox azdır. Eforlar həm də hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı? Xilon cavab vermişdir ki, -yalnız bircə hökmünə görə şübhə içindədir, bilmir ki haqlıdı ya haqsız. Həmin məhkəmə zamanı Xilon bir dostunun işinə baxırmış. Xilon onu qanun üzrə məhkum etmiş, ancaq efor dostundan xahiş etmişdir ki, hökmü dəyişib bəraətlə əvəz etsin və buna nail olmuşdur. Beləliklə o həm qanuna həm də dostluğa sadiq qalmışdır.
Vəfatı
redaktəXilon qoca yaşlarında vəfat etmişdir, özü də Olimpiya oyunları zamanı oğlunun yumruq savaşında qalib gəldiyini görərkən Diagenin yazdığı kimi sevincdən və qocalıq zəyifliyindən keçinmişdir.
İstinadlar
redaktə- ↑ Dünya Filosofları (Əlisa Nicat)1995 - səh. 70