Xarimkotan - Wikipedia
Xarimkotan adası (rus. Остров Харимкотан) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adanın şimal-qərbdən cənub-şərqə uzunluğu 13 km, eni isə 8 km, sahəsi 68 km² təşkil edir. Öz növbəsində Severqin vulkanının (1157 m) su səthi sahəsini təşkil edir. Sunajma burnunda Aynulara məxsus olmuş yaşayış məntəqəsinin qalıqları vardır. Şimalında yerləşən Severqin buxtasında isə eyni adlı tərk edilmiş yaşayış məntəqəsi mövcuddur. Kiçik şirin su axarına və gölə sahibdir. Ətrafında dəniz kələmi sıx su altı cəngəllik əmələ gətirir. Burada Şimal dəniz şirinə və nerpalara rast gəlinir. Adaya təhlükəsiz yan almaq üçün əlverişli yer yoxdur. 15 km şimal-şərqdən Onekotan adasından Altıncı Kuril boğazı, 29 km cənub-qətrbdən isə Şiaşkotan adasından Severqin boğazı ilə ayrılır.
Xarimkotan adası | |
---|---|
rus. Остров Харимкотан | |
Ümumi məlumatlar | |
Sahəsi | 68 km² |
Hündür nöqtəsi | 1157 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
49°07′ şm. e. 154°32′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |