Xalqlarin Boyuk Kocu - Wikipedia
Xalqların böyük köçü — IV əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə Elbada, xorvatlar və serblərin müasir Bosniya və Dalmasiyada məskunlaşması ilə nəticələnir.[1]
Köçün başlanması
redaktəBöyük Hun İmperiyası dağıldıqdan sonra hun tayfaları Qərbə doğru hərəkət edib,İdil Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların Qərbə doğru əziyyətli hərəkəti yox idi.
Yürüşün genişlənməsi
redaktəŞimaldan, qərbdən və Baltikyanı ərazilərdən böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü, köçəri türklərin axınına rast gəldilər. Bu iki cərəyan toqquşdu, qarışdı və güclü bir axının tərkibi oldu. Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etməyə başladı, bir müddət sonra bu proseslərə slavyan tayfaları da cəlb olundular.[2]
Gedişat
redaktəQərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər, Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər. Dneprdən qərbdə hunlar ostqotlara hücum etdilər. Kral Qermanirix öz qoşununu hunlara qarşı apardı. Onların ordusu darmadağın edildi və kral döyüşdə həlak edildi. Ammian Marsellinin məlumatına görə isə o intihar etmişdir. Qara dəniz çöllərindəki hadisələr vestqotlardan da yan keçmədi. Vestqot hökmdarı Atanarix hunların hücumuna müqavimət göstərməyi qərara aldı və öz qoşununu Dnestr çayının qərb sahilində cəmləşdirdi. Xəbərdarlıq etmədən hunlar gecə ikən çayı keçib Atanarixin düşərgəsinə hücum etdilər. Vestqotlar hücumun qarşısını ala bilmədilər və Seretə çəkildilər. Xalqın böyük hissəsi imperiyada sığınacaq tapmağı qərara aldı; Atanarix və onun tərəfdaşları Olteriyanı keçib Kaukalanda getdilər. Patça görə Kaukaland Maros, Tissa və Dunay çayları arasında yerləşən Banatın dağlıq hissəsi idi. Təqribən 376-cı ildə cənubi Rusiyada böyük bir regionun hakimləri hunlar idi. 384-cü ilin yazında hun atlıları Norikum və Raetiyadan Qalliyaya keçdilər. 395-ci ildə hunların böyük orduları Don çayını keçərək cənub-şərqə döndülər, Qafqazdan keçib Ermənistanın cənub-qərbinə, Roma əyalətlərinə və İrana hücum etdilər. Bir qrup hunlar Anti-Taurusdan cənuba və qərbə tərəf olan ölkələri qarət etdilər. Onlar Fərat çayını keçəndə romalılar hücum edib onları məhv etdi. Digər qrup, Basiç və Kursixin rəhbərliyi ilə Dəclə və Fəratın vadiləri ilə Stesifona tərəf getdilər. Fars ordusunun onlara tərəf gəldiyini eşitdikdə geri döndülər, lakin onlar məhv edildi, digər dəstə isə Azərbaycana qaçdılar, Xəzər qapılarından keçərək cənubi rus çöllərinə üz tutdular. Üçüncü qrup Şərqi Kiçik Asiyanı və Suriyanı qarət etdi.[3]
Köçə daxil olan türk tayfaları
redaktəErkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar hun ittifaqında birləşmişdilər. Bu ittifaqa bir çox türk etnosları, o cümlədən kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk, uz, heptal, barsil tayfaları daxil idi. Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin sakinləri olmuşlar. Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı. Azərbaycanın Gürcüstanla sərhədlərində hun adını daşıyan Hunarakert və Hunan toponimləri erkən orta əsrlərdə artıq mövcud idi. Beləliklə, hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni türk etnosları gəlmiş, burada yaşayan yerli xalqların arasında məskunlaşmış və onlarla qaynayıb qarışmışlar.[4]
Yürüşün səbəbləri
redaktə395-ci il yürüşünün səbəbi kimi hunlarda baş vermiş aclıq göstərilir. Həqiqətən də onlar özləri ilə bacardıqları qədər çoxlu iri buynuzlu mal sürülərini aparırdılar. Çoxlu qənimət ələ keçirdikdən sonra hunlar Abşeron yarımadasının yanından keçərək geri qayıtdılar. Hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşmış və Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər. Türklərin Anadoluya fəth məqsədi ilə ilk gəlişləri hunlar zamanında bu şəkildə olmuşdur. Bundan sonra bu torpaqlara sahib olmaq istəyindən daşınmamışlar, yeddi yüz il sonra Səlcuq türkləri tərəfindən gerçəkləşdirilmişdir.[5]
Araşdırılması
redaktəBöyük köçün Yaxın Şərq səhifələrindən uzun zaman tarixçilər heç bir məlumat bilmirdilər. Bu hadisəni ancaq əfsanələr əhatə edirdi. Amma 1945-ci ilin dekabrında Misirdə kəndlilər qədim məskənin xarabalıqlarında təsadüfən lüləyə bükülmüş papirus tapdılar. Sonralar alimlər bu hadisənin XX əsrin böyük arxeoloji kəşfinin olduğunu təsdiq etdilər. Bu əlyazmalar IV əsrdə yazılmışdı. Bu yazılarda Göy Tanrı barədə qeyd edilirdi.[6]
Hun inqilabı Eramızın dördüncü əsrinin əvvəlinə doğru, Mərkəzi Asiya, Qərbi Sibirin cənub ərazilərində, Filizli və Dağ Altayın bir hissəində, yaşayan hunlar yarım millionluq ordu çıxarmağa qadir güclü dövlət yaratdılar. Etnosun qüvvəsinin zirvə nöqtəsinə çatan energetik partlayış yaxınlaşırdı. Hunlar kimi döyüşkən və enerjili etnos, artıq nisbi hərəkətsilik vəziyyətində qala bilməzdi, onun yığılmış enerjisi öz tətbiqini tapmalıydı, ama bunun üçün dövlət səriştəsi olan, dahi, qətiyətli və böyük hərbi istedadı olan başçı lazım idi. Və belə lider tapıldı. Bu hunların yeni şanyusu Attila (Edil) idi. Hunlar Atillanın başçılığı ilə sürətlə dünya tarixinə, özüdə onun zirvələrinə, daxil oldular. Atilla hun dövlətində 431-ci ildə hakimiyətə gəldi. Mərkəzi Asiyada və cənubi Sibirdə sıxılan hun cəmiyətinin əhvalını tuta bilən Atilla, yaxın on il üçün hərəkət planını hazırladı. Atillanın ilk etdiyi hunların Qərbə hərəkətinin başlanması oldu. 432-ci ildə hun ordusu Volqanı(İdil) keçib cənub-qərbə, Don, Dneprin aşağı və orta axarına tərəf hərəkətə başladı. Dneprə çatan hun ordusu dayandı. Yaxşı otlaqları olan əraziləri mənisməmək gərək idi. Ordunun ardınca hun tayfalarıbu torpaqlarda oturmağa başladı. Birmənalı fikir olmadığına görə, bu torpaqlarda hansı tayfaların yaşaması barərə danışmaq çətindir.
Nəticə
redaktəQədim türklər köçəri cəmiyyət dünyasına aid idilər, köhnə dünyanın etnik tarixində rolları böyükdür. Uzun məsafələrə köç edərək, oturaq xalqlarla qarışaraq, əzəmətli imperiyalar yaradaraq, ictimai inkişafın gedişatını dəyişdilər, bir xalqın mədəni nailiyyətini digərlərinə ötürdülər, nəhayət özləri də dünya mədəniyyətinə töhfələr verdilər.
Beləliklə, qısa zamanda Ural dağlarından Dunay çayınadək əraziləri ələ keçirən hunlar Avropada öz dövlətlərini qurdular. Pannoniya (müasir Macarıstan) bu dövlətin mərkəzinə çevrildi.
"Xalqların böyük köçü" VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. Yeni eranın başlanğıcında onlar digər tayfalarla birlikdə antik quldarlıq sistemini məhv etmiş, Avropa tarixinin yeni səhifəsinin yazılmasında mühüm rol oynamışdılar.[7]
İstinadlar
redaktə- ↑ [https://web.archive.org/web/20211223174232/http://tarix.info/umumitarix/orta-esrler/657-xalqlar305n-b246y252k-k246231252nd601-hunlar305n-rolu.hadi Arxivləşdirilib 2021-12-23 at the Wayback Machine lan
- ↑ "Yürüşün genişlənməsi". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
- ↑ "Gedişat". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
- ↑ "Köçə daxil olan türk tayfaları". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
- ↑ "Yürüşün səbəbləri". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
- ↑ "Yürüşün araşdırılması". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
- ↑ "Nəticə". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.