Xace Hesen Naxcivani - Wikipedia
Xacə_Həsən_Naxçıvani - Haqqında Məlumat
Xacə Həsən Naxçıvani — İsgəndər bəy Münşinin "Tarixi aləmaraye Abbasi" əsərində yazdığına görə Səfəvi dövlət adamlarından biri olmuşdur. Axsaq Müşrif ləqəbi ilə məşhurlaşan Xacə Həsən Naxçıvaninin heç bir mənsəbi olmamasına baxmayaraq "məclis üzvləri" zümrəsindən idi. Heydər Sultan Tərxan Türkmanın vəziri Xacə Şahmənsur Fərahaninin hümayun məclisə getmək icazəsi vardı. Masum bəyin vəziri Mir Siracəddin Əli Qumi, onun yuxarıda yazılan şəhadət vaqiəsindən sonra divanın müxtəlif vazifələrində işləyirdisə də, amma, əvvəlki qayda ilə şaha mülazimlik də edirdi.
Mənbə
redaktə- İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.