Xedim Eli Pasa - Wikipedia
Hadım Əli Paşa və ya Qoca Əli Paşa (XV əsr, Sarayevo – 1 iyul 1511, Amasya) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Hadım Əli Paşa | |
---|---|
Əvvəlki | Məsih Paşa |
Sonrakı | Herseqli Əhməd Paşa |
Əvvəlki | Herseqli Əhməd Paşa |
Sonrakı | Herseqli Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1511 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | Sünni, İslam |
Həyatı
redaktəƏslən boşnaq olub, Sarayevo yaxınlığındakı Drozqometva qəsəbəsində dünyaya gəldi. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından dəvşirildi və hadım olaraq Əndəruna alındı. O illərdə Hadım Əli olaraq anılmağa başlandı və bir müddət Babüssəadə ağası olduqdan sonra öncə sancaqbəyi, daha sonra Qaraman bəylərbəyi təyin edildi (1482). Bu vəzifədə ikən başlayan taxt mübarizəsində Sultan Bəyazidi dəstəklədi. Cem Sultana və Qaramanoğlu Qasım bəyə qarşı mübarizə apardıqdan sonra Rumeli bəylərbəyliyinə təyin edilərək Akkermana hücum edən Boğdan hakiminə qarşı göndərildi. Boğdan hakimi məğlub olub Lehistana qaçdı və Əli Paşa, idarəsindəki Osmanlı birlikləriylə Boğdana daxil oldu. Ardından 1483-cü ildə sədrəzəm Davud Paşanın rəhbərliyi ilə Məmlük səfərinə qatıldı. Bu səfərdə ətraf bölgələrdəki qalaların ələ keçirilməsində nailiyyət qazandı və orduda artan xəstəlik səbəbilə 1492-ci ildə Qaramana geri çəkildi. Məmlüklərlə sülhün təmin edilməsinin ardından, Venesiyaya qarşı səfərə çıxan Davud Paşanı müşayiət etdi. Navarin və Zenşiyo qalalarını döyüşmədən təslim aldı (1500).
Sultan Bəyazidin səfər davam edərkən paytaxta geri dönməsindən istifadə edən Venesiya birlikləri Navarin qalasını ələ keçirsə də, Kamal rəis idarəsindəki donanmanın da yarımıyla, Əli Paşa qalanı yenidən fəth etdi (1501). Həmin il sədrəzəm Məsih Paşanın gözlənilməz qəza nəticəsində vəfat etməsinin ardından 17 noyabr 1501-ci ildə sədarətə gətirildi. Bu ilk sədarət dönəmi 2 ilə yaxın davam etdi və 1503-cü ildə vəzifədən alındı. İkinci sədarət dönəmi isə 1506-cı ildə başladı və ölümünədək davam etdi.
Sultan Bəyazidin oğulları arasındakı taxt mübarizəsində yaşca böyük olan Şahzadə Əhmədi dəstəklədi. Taxtı ələ keçirmək məqsədilə paytaxta gələn Şahzadə Səlimi Çorlu yaxınlığında məlub etdi (avqust 1511). Bundan başqa Anadoluda getdikcə artan şiə nüfuzuyla da mübarizə aparan Əli Paşa, çıxan Şahqulu üsyanını yatırdı. Ancaq döyüş meydanında aldığı ox yarasıyla şəhid düşdü (2 iyul 1511).
Mənbə
redaktə- İstanbul Vakıfları Tahrir Defteri 953 (1546), s. 67-71.
- Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. A. Mertol Tulum), İstanbul 1977, s. 207-213.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 218.
- Solakzâde, Târih, s. 294, 299.
- Hadîkatü’l-vüzerâ, s. 20.
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 119, 150, 159.
- Uzunçarşılı, Osmanlı Tarihi, II, tür.yer.
- Selahattin Tansel, Sultan II. Bayezit’in Siyasî Hayatı, İstanbul 1966, s. 106-107, 280-286.
- Tayyib Okiç, “Hadım (Atik) Ali Paşa Kimdir?”, Necati Lugal Armağanı, Ankara 1968, s. 501-515.
- Erünsal, Türk Kütüphaneleri Tarihi II, s. 33.
- Reşad Ekrem Koçu, “Ali Paşa”, İA, I, 331-332.
- R. Mantran, “ʿAlī Pas̲h̲a K̲h̲adi̊m”, EI2 (İng.), I, 396.